Meseliyal Dagi - Wikipedia
Meşəliyal_dağı - Haqqında Məlumat
Meşəliyal dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 2359,4 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub-şərq yamacında zirvə. Nürgüt kəndindən 2 km şimaldadır. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Boyəhməd-Dəvəboynu antiklinalının tağ hissəsində yerləşir. Şimal və cənub yamaclarından şərq istiqamətli fay və fay-yerdəyişmə qırılmaları və onların nəzarət etdiyi Gec Oliqosen-Erkən Miosen yaşlı dasit və andezit-dasit tərkibli daykalar keçir.[1]
Meşəliyal dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 2359,4 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.