Mariya Svanenburq - Wikipedia
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Mariya Svanenburq (nid. Maria Catharina Swanenburg, eləcə də Goeie Mie və de Leidse Gifmengster ləqəbləri ilə tanınırdı; 9 sentyabr 1839, Leyden — 11 aprel 1915, Qorinhem) — ən 27 nəfəri və 90-dan çox insanı öldürməkdə şübhəli bilinən hollandiyalı qadın seriyalı qatil.
Mariya Svanenburq | |
---|---|
nid. Maria Swanenburg | |
Doğum tarixi | 9 sentyabr 1839[1] |
Doğum yeri | |
Vəfat tarixi | 11 aprel 1915[1] (75 yaşında) |
Fəaliyyəti | seriyalı qatil |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMariya Svanenburq Klemens Svanenburq və Yohanna Dinqyanın qızı idi. Mariyanın ilk iki qızı gənc yaşda öldükdən sonra o, 13 may 1868-ci ildə Yohannes van der Linden ilə evləndi. Bu evlilikdən beş oğlu və iki qızı dünyaya gəldi. Onun evliliyi 29 yanvar 1886-cı ilə kimi davam etdi.[2]
O, özünün yaşadığı Leydenin yoxsul məhəlləsində körpələrin böyütmək, xəstələrə və yaşlılara qayğı göstərmək üçün “Yaxşı Mi” ləqəbini götürdü.[3][4]
Qətllər
redaktəOnun ilk qurbanı 1880-ci ildə öz anası olmuşdur. Çox keçmədən atasını da zəhərlədi. 1880-1883-cü illər ərzində ən az 102 nəfəri arsen ilə zəhərlədiyi konkret olaraq müəyyən edilmişdir. Qurbanlarında 27-sini öldürmüşdü[3] və onlardan 16-sı onun qohumları idi.[3] İstintaq 90-dan çox şübhəli ölüm hadisəsini əhatə etdi.
Qırx beş sağ qalan insan zəhəri qəbul etdikdən sonra xroniki sağlamlıq problemlərində əziyyət çəkirdi. Svanenburq qurbanlarının ölümündən sonra sığorta və ya miras alacağına arxayın idi. O, sığorta polislərinin çoxunu özü təmin etmişdi.[4]
Ələ keçirmə və məhkumluq
redaktəSvanenburq 1883-cü ilin dekabrında Frankhuizen ailəsini zəhərlədikdən sonra tutuldu.[4] Onun məhkəməsi 1885-ci ilin 23 aprelində baş tutdu.[2] Svanenburq ən az üç qurbanı öldürməkdə günahkar bilindi və o, 1915-ci ildə öldüyü bir islah müəssisəsində ömürlük həbs cəzasına məhkum edildi.[4]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Maria Catharina Swanenburg. 2009.
- ↑ 1 2 Moerman, I. W. L. (2013). "Swanenburg, Maria Catharina (1839-1915)" (holland). resources.huygens.knaw.nl. 9 sentyabr 2014 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 Rasovich, M.; Van Willigenburg, H. (25 August 1995). "Goeie Mie: de grootste gifmengster aller tijden" (holland). volkskrant.nl. 31 October 2019 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 Weterings, V. (2019). "Swanenburg, Maria Catharina (1839–1915)" (holland). resources.huygens.knaw.nl. 28 dekabr 2016 tarixində arxivləşdirilib.