Leyden - Wikipedia
Leyden (nid. Leiden) — Niderland Krallığında şəhər.[4]
Leyden | |
---|---|
Leiden | |
52°09′36″ şm. e. 4°29′24″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 0 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +31 71 |
Poçt indeksi | 2300–2334 |
Digər | |
gemeente.leiden.nl | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəLeyden Qədim Reyn çayının sahilində, Haaqa şəhərindən 20 km şimalda və Amsterdam şəhərindən 40 km cənubda yerləşən qədim və gözəl şəhərdir. Şəhərin şimal-şərqində Kaaq gölləri mövcuddur.[4]
Əhalisi
redaktə329000 nəfər sakini olan Leyden şəhərinin insanları çox mehriban və qonaqpərvərdirlər.[4]
Turizm
redaktəQədim şəhərin saysız-hesabsız tarixi abidələri, Muzey və qalereyaları (Morsport şəhər qapıları, Rapenbürx kanalı, Milli Etnologiya muzeyi, çoxmərtəbəli külək dəyirmanı - Molen De Valk muzeyi, "Hortus Botanicus" botanika bağı, qədim kilsələr və s.) buraya çoxlu sayda turist cəlb edir.[4]
Elm və təhsil
redaktəLeyden elm və təhsil şəhəri kimi tanınır.[4] Bu şəhərdə rəssam Rembrandt, hüquqşünas Huqo Qrotius, riyaziyyatçı Rene Dekart, kondensatoru kəşf etmiş fizik Piter van Müshenbruk, məşhur professor Kamerlinq-Onnes, dahi Eynşteyn yaşayıb və yaradıblar. Leyden şəhəri işığın sınması, elektrik kondensator, termodinamikanın molekulyar əsası, elektron nəzəriyyə, yüksək keçiricilik, Qalaktikanın strukturu və kometaların mənşəyi, elektro-kardioqrafiya və s. kəşflərin vətənidir.[4]
Leyden şəhərində ölkənin ən qədim ali təhsil ocağı olan Leyden Universiteti yerləşir.[4]
İstinadlar
redaktə- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ register of public bodies.
- ↑ Kerncijfers wijken en buurten 2021. 2021.
- ↑ 1 2 3 4 5 6 7 Lamiyə Əliyeva, Dünya universitetləri: Leyden Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 07.01.2011, № 01. (az.)
Niderland haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |