Macaristan Iqlimi - Wikipedia
Macarıstan iqlimi[1] ölkənin yerləşdiyi coğrafi mövqeyi ilə əlaqədərdır. Macarıstan Mərkəzi Avropanın qərbində yerləşir. Yerləşdiyi mövqeyi ilə istər qütbdən istərsə eyni məsafədə yerləşir. Üstəlik Atlantik okeandan 1000 km uzaqlıqda yerləşir. Macarıstan sərhədindən ən yaxın dənizə olan məsafə 500 kilometrdir. İqlimi qolosen dövründə formalaşmışdır. Macarıstan iqlimi kontinental, okean və aralıqdəniz iqliminin qarışığından formalaşmışdır. Nəticədə burada iqlim olduqca dəyişkəndir.
Təsir göstərici faktorlar
redaktəMacarıstan iqliminə təsir göstərən iki faktor vardır. Bunlardan biri ölkənin Aralıq dənizindən olan məsafə və qərb küləklərinin gətirdiyi yağıntılardır. Dənizlərdən uzaqda yerləşməsinə baxmayaraq onun iqlimi Şərqi Avropa və Qərbi Rusiyaya nisbətdə elədə kontinental deyildir. Onun iqliminə təsir göstərən digər amil Macarıstanın yerləşdiyi Ortadunay düzənliyidir. Buraya istiqamətlənən soyuq hava kütlələri tədricən yavaşıyır və fyon küləkləri ilə yeyin hərəkət edir.
İki hava kütləsi onun iqlimi tamamən dəyişir. İslandiya siklonu ölkəyə sərin hava və yağış gətirir. Bu zaman aşağı atmosfer təzyiqi müşahidə edilir. Azar antidiklonu isə əsasən qış və yay ayları müşahidə edilir. Bu zaman küləklər qovulur, hava qurulaşır və günəşli olur. Mövsümü olaraq Sibir antisiklonu müşahidə edilir. Bu zaman Şərqi Avropadan və Sibirdən soyuq hava kütlələri bölgəyə hərəkət edir.
Günəşli günlər
redaktəMacarıstanın şimalı və cənubu arasında temperatur fərqi 3 °C təşkil etdiyindən günəş radiasiyasının ökə ərazisində psylanması arasında fərqin böyük olmamasını deməyə imkan verir. İllik günəşli saatların miqdarı 1700-2100 arasında dəyişir. Maksimumuna isə iyul ayında çatır. Günəşli saatların miqdarı 70-190 gün arasında dəyişir.
Temperatur
redaktəMacarıstanda orta illik temperatur Avstriyaya nisbətdə 2,5 °C yüksəkdir. Orta illik temoeratur isə burada 8 - 11 °C arasında yerləşir. Orta illik temperatur ölkənin elədə böyük olmaması səbəbindən şimalı və cənubu arasında fərq cəmi 3 °C təşkil edir. Bununla belə qışı ilə yayı arasında amplitud fərqi böyük olur.
Kənd təsərrüfatı
redaktəYayda temperatur burada kənd təsərrüfatı məhsullarının istehsalını mümkün edir. Bununla melə may ayı anomal soyuqlar müşahidə edilir.
Küləklər
redaktəSürət, istiqamət və hava kütlələrinin hərəkəti küləyə təsir göstərir. Bofort şkalası ilə 1,5 - 2,5 bal arası küləklər müşahidə edilir (2–3 m/s).
Yağıntılar
redaktəÖlkədə orta illik yağıntının 600 mm təşkil edir. Minimal yağıntı Xortobadedə 500 mm-dir. Maksimal yağıntı isə ölkənin qərbində 1000 mm qədərdir. Yağıntı əsasən yaz və ilkin yay qylsrı düşür. Macarıstanın cənub-qərbində yağıntılar oktyabr ayında düşür. Qərbdə yağışlı günlərin miqdarı 100-dür. Yay ayları dolu müşahidə edilir. Qar isə noyabrın sonlarından marta qədər müşahidə edilir. Şərqdə nazik qar örtüyünün qalınlığı 4 sm-dir.
Rütubət
redaktəMacarıstanın qərbində rütubət 75% təşkil edir. Müvafiq olaraq yay ayları qişa nisbətdə daha rütubəli olur.
İstinadlar
redaktə- ↑ "Macarıstan iqlimi". 2021-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-04.
Ədəbiyyat
redaktəFerenc Erdei. Information Hungary. — Pergamon Press, 1968. — С. 12 – 14.