Mexfure Yermakova - Wikipedia
Məxfurə (Mariya) Frolovna Yermakova (rus. Мария Фроловна Ермакова; 1901, Bakı – 1982, Bakı) — Azərbaycanın ilk aktrisalarından biri, Azərbaycan SSR əməkdar artisti (1936).
Məxfurə Yermakova | |
---|---|
Doğum tarixi | 1901 |
Doğum yeri | |
Vəfat tarixi | 1982 |
Vəfat yeri | |
Fəaliyyəti | teatr aktrisası |
Fəaliyyət illəri | 1918-ci ildən |
Teatr |
Akademik Milli Dram Teatrı (1920–1925); Bakı Türk İşçi Teatrı (1925–1932); Gəncə Dövlət Dram Teatrı (1933–1946); Gənc Tamaşaçılar Teatrı (1946–1982) |
Mükafatları |
Həyatı
redaktəMəxfurə Yermakova 1901-ci ildən Bakıda anadan olmuşdur. Əsl adı Mariya olsa da səhnəyə ilk addımından "Məxfurə" təxəllüsü ilə çıxış edib. Milliyyətcə rus olsa da, azərbaycanca səlis və aydın danışa bilirdi.[1]
Məxfurə Yermakova 1918-ci ildə Azərbaycan səhnəsində milli aktrisaların olmadığı bir dövrdə "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti" truppasına daxil olub. Az müddət Tiflisə gedib və oranın dram dəstəsində bir neçə tamaşada iştirak edib. 1920-ci ilin iyun ayında hazırkı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına daxil olub. 1925–1932-ci illərdə Bakı Türk İşçi Teatrında, 1933–1946-cı illərdə Gəncə Dövlət Dram Teatrında, 1946–1982-ci illərdə isə Gənc Tamaşaçılar Teatrında işləyib.[1]
Məxfurə Yermakova 1982-ci ildə Bakıda vəfat etmişdir.
Mükafatları
redaktə- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 fevral 1936
- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı — 1 iyun 1974
İfa etdiyi əsas rollar
redaktəMilli Dram Teatrında oynadığı əsas rollar
- "Hacı Qara", Mirzə Fətəli Axundov — Tükəz
- "Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundov — Nisə xanım
- "Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev — Pəri
- "Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev — Nazlı xanım
- "Eşq və intiqam", Süleyman Sani Axundov — Yasəmən
- "Anamın kitabı", Cəlil Məmmədquluzadə — Zəhrabəyim
- "Ölülər", Cəlil Məmmədquluzadə — Nazlı
- "Uçurum", Hüseyn Cavid — Göyərçin
- "Afət", Hüseyn Cavid — Alagöz
- "Şeyx Sənan", Hüseyn Cavid — Zəhra
- "İblis", Hüseyn Cavid — Rəna
- "Oqtay Eloğlu", Cəfər Cabbarlı — Firəngiz
- "Nel qülləsinin sirri", Aleksandr Düma — Kraliça
- "Müfəttiş", Nikolay Qoqol — Mariya Antonovna
- "Yurdsuz insanlar", Maksim Qorki — Nataşa
- "Otello", Vilyam Şekspir — Dezdemona
- "Məkr və məhəbbət", Fridrix Şiller — Luiza
- "Dəmirçi Gavə", Şəmsəddin Sami — Xubçöhr
İşçi teatrında ifa etdiyi bədii personajlar
- "Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundov — Şəhrəbanu
- "Sevil", Cəfər Cabbarlı — Dilbər xanım
- "Çinar altında məhəbbət", Yucin O'Nil — Həbibə
- "Notrdan kilsəsi", Viktor Hüqo — Cudilla
- "Cancur Səməd", Jan Batist Molyer — Xanbacı
- "Hind qızı", Əbdülhəq Hamid — Elizabet
Gəncə teatrında səhnəyə çıxdığı obrazlar
- "Hacı Fərəc", Nəcəf bəy Vəzirov — Güldəstə
- "Almaz", Cəfər Cabbarlı — Xanımnaz
- "1905-ci ildə", Cəfər Cabbarlı — Nabat
- "Nizami", Mehdi Hüseyn — Məhsəti
- "Toy", Sabit Rəhman — Zalxa
- "Xoşbəxtlər", Sabit Rəhman — Maral
Gənc Tamaşaçılar Teatrındakı rolları
- "Ağakərim xan Ərdəbili", Nəcəf bəy Vəzirov — Bədircahan
- "Tamahkar", Süleyman Sani Axundov — Şərəf xanım
- "Yaşar", Cəfər Cabbarlı — Şəhrəbanı
- "El oğlu", Abdulla Şaiq — Mərcan xanım
- "Qaraca qız", Abdulla Şaiq — Pəricahan
- "Nəsrəddin", Yusif Əzimzadə — Tükəz
- "Anacan", Yusif Əzimzadə — Fatma
- "Mənim nəğməkar bibim", Əkrəm Əylisli — Nabat
- "Romeo və Cülyetta", Vilyam Şekspir — Dayə
- "Evlənmə", Nikolay Qoqol — Fyokla İvanovna
- "Skapenin kələkləri", Jan Batist Molyer — Yerina
- "Ovod", Etel Voyniç — Ev sahibəsi
İstinadlar
redaktə- ↑ 1 2 İlham Rəhimli. Məxfurə Yermakova // Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. səh. 273–274. ISBN 978-9952-8021-9-1.