Men Nece Idiot Oldum Roman - Wikipedia
Mən_necə_idiot_oldum_(roman) - Haqqında Məlumat
"Mən necə idiot oldum" — Martin Paj tərəfindən yazılmış fəlsəfi roman. Yazıçının ilk romanıdır. 2001-ci ildə "Le Dilettante" nəşriyyatı tərəfindən çap edilmişdir.
Mən necə idiot oldum | |
---|---|
fr. Comment je suis devenu stupide | |
Müəllif | Martin Paj |
Orijinalın dili | Fransız dili |
Ölkə | Fransa |
Orijinalın nəşr ili | 2001 "Le Dilettante" |
Tərcüməçi | Nadir Qocabəyli (ruscadan) |
Nəşriyyat | "Qanun" nəşriyyatı[1] |
Nəşr | 2013 |
Səhifə | 136 |
Növ | kitab |
Tiraj | 1000 |
ISBN | ISBN 978-9952-26-534-7 |
Kitab Avroregional məktəblər arası ədəbiyyat mükafatını qazanıb. Bu mükafatın qalibini Belçika, Hollandiya və Almaniyadan tələbələr seçir.
Haqqında
redaktəMartin Paj bu kitabında az qala dünyada hamını axmaq yerinə qoyub: avtomobilçilərdən tutmuş universitet müəllimlərinə, video-oyun, dəbli paltar, etnik musiqi və televiziya həvəskarlarına qədər hər kəsi. Roman, demək olar ki, sözbəsöz sitatlara bölündü. İnternet saytlarında Pajın cümlələrini Stendalın, Nitsşenin və Nabokovun aforizmlərilə yanaşı görmək olar.
İstinadlar
redaktə- ↑ "'Mən necə idiot oldum', Qanun nəşriyyat". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-01.