Memmedxan Memmedxanov - Wikipedia
Məmmədxan Məmmədxan oğlu Məmmədxanov (1884, Qoçəhmədli, Cəbrayıl qəzası – 1938, Bakı) — Azərbaycanın ictimai və siyasi xadimi. Qaryagin qəzası İcraiyyə Komitəsinin sədri.
Məmmədxan Məmmədxanov | |
---|---|
Karyagin Qəza İnqilab Komitəsinin sədri[1] | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1884 |
Doğum yeri | |
Vəfat tarixi | 1938 |
Vəfat yeri | |
Vəfat səbəbi | siyasi repressiya |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Həyatı
redaktəMəmmədxan Məmmədxan oğlu 1884-cü ildə Cəbrayıl qəzasının Qoçəhmədli kəndində doğulmuşdu.Qarğabazar kənd məktəbində oxumuşdu. 1902-ci ildə Bakıda neft mədənlərində işləmişdi. 1905–1907-ci il inqilabında iştirak etmişdi. Bakı proletariatının 1914-cü il yay tətilinə qatılmışdı. 1917–1919-cu illərdə Qaryagin qəzasında Qırmızı qvardiyanın tərkibində əksinqilabçılara qarşı vuruşmuş, partiya özəklərinin yaradılmasında iştirak etmişdi. Qaryagin qəza partiya komitəsinin sədri, AK(b)P-nin 1-ci qurultayına nümayəndə seçilmişdi. 1920-ci ildə MK-ya üzvi olmuşdu. Sovet dönəmində məsul vəzifələrdə çalışmışdı. Dəfələrlə partiya və sovet qurultaylarının nümayəndəsi olmuşdu. Azərbaycan KP MK və Azərbaycan MIK-in üzvi seçilmişdi.
Məmmədxan Məmmədxanov 1938-ci ildə repressiyaya uğrayıb.
Mükafatları
redaktəMəmmədxan Məmmədxanov Qırmızı Bayraq ordeni ilə təltif olunmuşdu.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Qoçəhmədli kəndi, Bakı, "Mütərcim", 2012, 244 səh.
İstinadlar
redaktə- ↑ İltifat Şahsevən (Əliyarlı), İltifat Musa oğlu. İstiqlal fədailəri - Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918-1920 Bakı – Mütərcim – 2013