Meherrem Memmedov Iqtisadci - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Məhərrəm Tamo oğlu Məmmədov (1922, Bakı – 1993, Bakı) — Azərbaycanın əməkdar iqtisadçısı.
Məhərrəm Məmmədov | |
---|---|
Doğum tarixi | 1922 |
Doğum yeri | |
Vəfat tarixi | 1993 |
Vəfat yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Mükafatları |
|
Həyatı
redaktəMəmmədov Məhərrəm Təmimdər (Tamo) oğlu 1922-ci ildə Bakı şəhərində anadan olub. 1941-ci ildə könüllü olaraq cəbhəyə getmiş, döyüşlərdə iştirak etmişdir. 1944-cü ildə ağır yaralanmış və ordu sıralarından tərxis olunmuşdur.
1949-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmiş və 1964-cü ilədək bu institutda dərs demişdir. 1964-cü ildən ömrünün axırınadək Azərbaycan Dövlət Plan Komitəsində şöbə rəisi vəzifəsində çalışmış, Komitənin kollegiyasının üzvü olmuşdur. O, bir sıra orden və medallarla, fəxri fərmanlarla təltif olunmuşdur. 1944-cü ildə II dərəcəli Böyük Vətən Müharibəsi ordeninə, 1981-ci ildə Qırmızı Əmək Bayrağı ordeninə, 1985-ci ildə I dərəcəli Böyük Vətən Müharibəsi ordeninə, 1991-ci ildə "Azərbaycanın əməkdar iqtisadçısı" adına layiq görülmüşdür.
Ailəsi
redaktəAtası Xəlil oğlanlarından Təmimdar(Tamo) Məmmədağa 1875-ci ildə Kars şəhərində anadan olmuş. 20-ci əsrin əvvəllərində ailəsi ilə birlikdə (həyat yoldaşı Səriyyə, qizları Əfruz və Bilqeyis, kiçik qardaşı Həmid) Bakı şəhərinə köçmüş. Burada o uzun müddət Nobelin və Əsədullayevlərin neft mədənlərində çalışır. Bakı şəhərində onun oğlanları Məhərrəm (1922) və Ziya (1924) anadan olur. Təmimdarın kiçik qardaşi Həmid (Məhərrəmin əmisi) 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyətinin Parlamentinin xüsusi qərarına əsasən təhsilini tibb sahəsində davam etdimək üçün Almaniyaya göndərilmişdi. Təhsilini bitirdikdən sonra Türkiyədə məskunlaşmış və Ataman soyadını qəbul etmişdi. Gələcəkdə Həmid Xəlil Ataman Azərbaycan Kultur Dərnəyinin ilk sədri olur.