Meherrem Memmedov Filoloq - Wikipedia
Məhərrəm Məmmədov (tam adı: Məhərrəm Əvəz oğlu Məmmədov; d. 10 oktyabr 1958, Əlvənd, Zərdab rayonu) — Bakı Dövlət Universiteti, Türkologiya kafedrası, Azərbaycan dialektologiyası tədqiqat sahəsi üzrə müəllim, filoloq, filologiya elmləri doktoru, professor. 2023-cü ildən etibarən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri.
Məhərrəm Məmmədov | |
---|---|
Məhərrəm Əvəz oğlu Məmmədov | |
| |
Doğum tarixi | |
Doğum yeri | Əlvənd, Zərdab rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | filologiya |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
İş yerləri | Bakı Dövlət Universiteti, Türkologiya kafedrası |
Təhsili | Bakı Dövlət Universiteti Filologiya fakültəsi |
Elmi rəhbərləri | 3 doktorant, 1 elmlər doktoru (proqramına məsləhətçi), 16 magistrant |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə10 oktyabr 1958-ci ildə Azərbaycanın Zərdab rayonunun Əlvənd kəndində anadan olmuşdur.
1981-1985-ci illərdə İsmayıllı rayonunda Azərbaycan dili-Ədəbiyyat müəllimi işləmişdir.
1998-ci ildən hal-hazıra qədər BDU-nun türkologiya kafedrasında "Azərbaycan dialektologiyası", "Altayşünaslığın əsasları", "Türk dilçiliyinin əsasları", "Qədim türk dili", "Türkologiyaya giriş" fənlərindən dərs deyir.
Təhsili
redaktə1975-ci ildə Göyçay şəhəri 6 saylı orta məktəbi bitirmişdir.
1975-1980-ci illərdə BDU-nun filologiya fakültəsində oxumuşdur.
1986-1989-cu illərdə AMEA-nın Dilçilik İnstitutunun əyani aspirantı olmuşdur.
1990-1998-ci illərdə AMEA-nın Dilçilik İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır.
Elmi fəaliyyəti
redaktə1989-cu ildə “Azərbaycan dilinin Təbriz dialekti” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1991-ci ildə Ufada, 1999-cu ildə Bakıda, 2010-cu ildə Krımda və 2017-ci ildə Türkiyədə "VIII Uluslararası Böyük Türk Dili Qurultayı" elmi konfranslarında iştirak etmişdir.
2006-cı ildə “Azərbaycan dili şivələrində ismin qrammatik kateqoriyaları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
2007-ci ildə dosent, 2009-cu ildə professor elmi adını almışdır.
100-dən çox məqalə, 1 monoqrafiya və 7 kitabın müəllifidir.
Seçilmiş məqalələri
redaktə- Azərbaycan dili şivələrində y variantlı hal şəkilçiləri və onların mənşəyi - Dil və ədəbiyyat, 2004
- Hallanma prosesində bitişdirici n samiti və onun mənşəyinə dair, AMEA-nın xəbərlər, 2005, 3
- İsmə aid edilən xəbərlik kateqoriyasının qrammatik mənsubiyyətinə dair, BDU-nun xəbərlər, 2001
- Azərbaycan dili şivələrində ikiqat hallanmanın izləri, BDU-nun xəbərləri, 2003
- Adlıq halın semantik xüsusiyyətləri(şivə materialları əsas.), BDU-nun xəbərləri, 2005
- Qədim -q,-k kəmiyyət şəkilçisi və onun Azərbaycan dli şivələrində izləri, BDU-nun xəbərləri, 2005
- Hallanma prosesində saitlərin uzun tələffüzünə dair, ADPU-nun xəbərləri, 2004
- Qarabağ dialekti mənbələrdə- Konfransın materialları, 2003
- Azərbaycan dili şivələrində hal izoqlosları- Tədqiqlər, 2004
- Ural- Altay dillərində velyar ŋ fonemi- Konfrans materialları, 2006
- Krım- tatar dilində oğuz xüsusiyyətləri- BDU-nun xəbərləri, 2010
- Zərdab şivəsinin morfoloji xüsusiyyətləri- BDU-nun xəbərləri. 2011
- Güney Azərbaycan şivələrinin tədqiqi, təsnifi və əsas xüsusiyyətləri, "Sələflər və xələflər", Bakı, 2014
Seçilmiş əsərləri
redaktə- Azərbaycan dili şivələrində ismin qrammatik kateqoriyaları. Bakı, 2003
- Mətnşünaslıq fənninin proqramı, Bakı, 2003
- Altayşünaslığın əsasları kursunun proqramı, Bakı, 2005
- Türk dilçiliyinin əsasları fənninin proqramı, Bakı, 2005
- Güney Azərbaycan şivələri kursunun proqramı, Bakı, 2005
- Linqvistik mətnşünaslıq fənninin proqramı, Bakı, 2008
- Azərbaycan dilinin Təbriz dialekti (dərs vəsaiti). Bakı, 2008
Kitabları
redaktə- Azərbaycan dili şivələrində ismin mənsubiyyət kateqoriyası. Bakı, 2000
- Azərbaycan dili şivələrində ismin qrammatik kateqoriyaları. Bakı, 2003
- Azərbaycan dilinin Təbriz dialekti. Bakı, 2008
- Azərbaycan dialektologiyasına dair mühazirələr. Bakı, 2012
- Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası. Bakı, "Elm və təhsil", 2015 (həmmüəllif)
- Azərbaycan dilinin Naxçıvan dialektoloji lüğəti. Bakı, "Elm və təhsil", 2017, (həmmüəllif)
- Azərbaycan dialektologiyası. Dərslik. Bakı, "Zərdabi nəşr", 2019
Qalereya
redaktə-
Məhərrəm Məmmədov İsmayıl Qaspiralının abidəsi önündə. "Krım tatarlarının latın qrafikasına keçməsi ilə bağlı konfrans" çərçivəsində. (28 may 2010, Bağçasaray, Krım, Ukrayna)
-
Krımda Bəkir Çobanzadənin abidəsi önündə
-
Bakı Dövlət Universitetinin 100 illik yubiley mərasimində.
-
Bakı Dövlət Universitetinin Türkologiya kafedrasında qazaxıstanlı alimlərlə görüş
-
Bakı Dövlət Universitetinin Türkologiya kafedrasında özbəkistanlı alimlə görüş
-
VIII Türk Dil Qurultayında
-
Şamaxıda I Azərbaycan dili və ədəbiyyatı forumunda
Mənbə
redaktə- "Türkologiya kafedrasının professoru" (az.). İstifadə tarixi: 2014-06-29.