Muzakire Fikret Yusifov - Wikipedia
Bu, Fikrət Yusifov məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
Məlumatların silinməsi
redaktəWertuose, xahiş edirəm, məqalədən sildiyiniz məlumatları geri qaytarın. Qeyd etdiyiniz səbəb əsassızdır. Ora sırf dövlət vəzifəsi əlavə edilmir, şablonun adı "Vəzifəli şəxs"dir. Digər məqalələrə də diqqət yetirin. Bunu sizin də bildiyinizi düşünürəm. Dr.Wiki54, bir dəfə geri qaytarmısınız deyə sizi də fikir bildirməyə səsləyirəm. Gadir (müzakirə) 16:15, 3 iyul 2023 (UTC)
- İstifadəçinin həmin məlumatları dəfələrlə məqalədən çıxarmasının nəticəsidir ki, ən son @White Demon redaktəni geri qaytarıb və səhifəni mühafizəyə alıb. Həmin məlumatları niyə məqalədən silmisiniz? Gadir (müzakirə) 16:18, 3 iyul 2023 (UTC)
- "Vəzifəli şəxs" şablonu adından da göründüyü kimi vəzifəli şəxslərə aid məlumatların əks olunması üçündür. Hansısa partiyada hansısa məsələlər üzrə müavin olmaq sizcə vəzifədir? Üstəlik partiyada və ya QHT-də sədr və sədr müavini təyinatları gərək Ədliyyə Nazirliyində qeydiyyata alınsın. Onun həqiqətən də qeydiyyata alındığına dair əlinizdə əsaslı mənbələr varmı? Məqalədə belə bir mənbə yox idi. İstifadəçi, fikrimcə, həmin hissəni silməkdə haqlı olub. Siz isə fəal vikipediyaçı olmanıza baxmayaraq, həmin düzəlişə konstruktiv yanaşmamısınız.--Wertuose (müzakirə) 16:34, 3 iyul 2023 (UTC)
- @Wertuose, məgər "Vəzifəli şəxs" dövlət vəzifələri üçün yaradılmış şablondur? Bu cür addımınız qəbul olunmazdır. Dr.Wiki54 (müzakirə) 16:34, 3 iyul 2023 (UTC)
- Yuxarıdakı şərhimi oxuyun zəhmət deyilsə.--Wertuose (müzakirə) 16:35, 3 iyul 2023 (UTC)
- @Wertuose, yuxarıdakı şərhinizi özünüz də zəhmət olmasa bir daha oxuyun. Hansısa partiyada sədr və müavin olmaq vəzifədir. Sədr müavini təyinatını kontrol etmək bizim işimiz yox, Ədliyyə Nazirliyinin işidir. Siz hansısa təyinatın kontrolunu aparıbsınız indiyədək? Məlumatın "hansısa istək, arzu, xahişlə" silinməsi düzgün deyil. Buna başqa ad qoymaq da düzgün deyil. AVP 1990-cı ildən rəsmi fəaliyyət göstərən, parlamentdə təmsil olunan partiyadır. Rəsmi dövlət qeydiyyatı da var. Dr.Wiki54 (müzakirə) 16:40, 3 iyul 2023 (UTC)
- Razıyam. Gadir (müzakirə) 16:46, 3 iyul 2023 (UTC)
- Təyinatla bağlı mənbələr: [1]; [2]; [3]; [4].
- İstefayla bağlı mənbələr: [5]; [6]; [7]. Dr.Wiki54 (müzakirə) 16:49, 3 iyul 2023 (UTC)
- @Wertuose, zəhmət olmasa, sildiyiniz məlumatları bərpa edin. @Dr.Wiki54, zəhmət olmasa, siz də bu istinadlardan bir neçəsini məqaləyə də əlavə edin. Gadir (müzakirə) 16:57, 3 iyul 2023 (UTC)
- Sizin niyə digər istifadəçilərə göstəriş verdiyinizi öyrənmək olar? Bir də məlumunuz olsun ki, konsensus əldə olunmadan məqalədə öz istəyinizə uyğun redaktələr etməyiniz qayda pozuntusudur.-Wertuose (müzakirə) 17:02, 3 iyul 2023 (UTC)
- Biz burada AVP-də və ya hər hansı partiyada sədr təyinatını sorğulamırıq, aydındır ki, sədr olmadan partiya və ya ictimai birlik dövlət qeydiyyatına alınmır. Amma sədr müavini və sair partiya vəzifələri partiyadaxili istifadə üçün nəzərdə tutulan, heç bir ictimai əhəmiyyəti olmayan qeyri-ensiklopedik bir məlumatdır. Sizin şəxsi istək və arzularınızı Vikipediyada yerləşdirməyiniz bu baxımdan düzgün deyil. Bu məlumatı birbaşa şablonda əks etdirmək istəyiniz sizin bu məlumata xüsusi əhəmiyyətli bir məlumat kimi yanaşdığınızı göstərir.--Wertuose (müzakirə) 16:59, 3 iyul 2023 (UTC)
- Şablonda olmaması o qədər problem deyil, Həyatı bölməsində cümlə şəkildə olması bəsdir elə. Çox böyük vəzifə deyil ki, şablonda yer verilsin. Şiroi Akuma 17:04, 3 iyul 2023 (UTC)
- @Wertuose, sorğulayan sizsiniz. Yuxarıda yazmısınız. Ədliyyə Nazirliyi və s. Kimin öz şəxsi istək və arzuları ilə davrandığı isə yazılrı oxuyan şəxsə açıq aşkar məlum olur. @White Demon, vəzifənin böyük və ya kiçik olmasından söhbət getmir. Partiyalar üçün sədr və sədr müavini (həmçinin ekvivalentləri) bütün vikilayihələrdə şablonlara əlavə olunur. Eləcə də parlament fraksiyası sədri, müavini və s. Bəs şablonda olması niyə və hansı səbəblə cənab @Wertuose bu qədər narahat edir? Tarixçədə hansısa istifadəçi məqaləni "profil" olaraq görür və "profil sahibinin" bu məlumatdan narahat olduğunu bildirir. Vikipediyaçıların işi məlumat silmək deyil. Nə varsa onu yazmaqdır. Mənbələrlə. Dr.Wiki54 (müzakirə) 17:07, 3 iyul 2023 (UTC)
- Əvvəla mən burada heç kimə göstəriş filan vermirəm. İstifadəçi linkləri yerləşdirib, mən də etibarlılıq açısından bir neçəsini məqaləyə də əlavə etsin, ki, oxucular da məlumatın doğruluğunu yoxlaya bilsinlər demişəm. "Amma sədr müavini və sair partiya vəzifələri partiyadaxili istifadə üçün nəzərdə tutulan, heç bir ictimai əhəmiyyəti olmayan qeyri-ensiklopedik bir məlumatdır." Buna siz qərar verirsiniz? Hər bir dil layihəsində bu növdən məlumatların qeyd edildiyini görməmisiniz? Adicə, sizə bununla bağlı AzVikidən bir çox misal çəkə bilərəm, amma məncə, özünüz yaxşı xəbərdarsınız. Onu da qeyd edim ki, son vaxtlar fəaliyyətinizdəki qüsurlar çox gözə batır. @White Demon, sizinlə də razı deyiləm. Həm şablonda, həm də bölmədə qeyd etmək doğru olar. Gadir (müzakirə) 17:10, 3 iyul 2023 (UTC)
- @White Demon, mühafizə edərkən redaktəni bir dəfə də siz geri almısınız, indi deyirsiniz vacib deyil. Gadir (müzakirə) 17:12, 3 iyul 2023 (UTC)
- Digər istifadəçiyə göstəriş verdiyiniz yazdığınız mətndən açıq-aşkar görünür. Hər ikiniz könüllü istifadəçi olduğunuz halda, nəyə görə bir könüllü özü edə biləcəyi işi başqasına tapşırsın? Sizə də qəribə gəlmir? Wertuose (müzakirə) 17:17, 3 iyul 2023 (UTC)
- Xahiş edirəm, söhbəti dəyişməyin. Siz yazıdan necə anlayırsınız ki, mən ona göstəriş verirəm? Siz də yaxşı bilirsiniz ki, orada göstəriş yoxdur, xahiş var. Gördüyünüz kimi, "zəhmət olmasa" yazmışam, yəni xahiş. @Dr.Wiki54, göstəriş kimi başa düşmüsünüz? Səhvsiz Vikipediyaçı yoxdur. Amma mən belə ciddi səhvlərə yol vermirəm. Etdiyiniz yanlışdır və sizə gec olmadan bu yanlışınızdan geri dönməyinizi məsləhət görürəm. Gadir (müzakirə) 17:20, 3 iyul 2023 (UTC)
- Söhbət göstəriş verməyinizdə yox, bu məsələdə birlikdə və məqsədli hərəkət etməyə cəhd göstərməyinizdədir. Qrup şəklində fəaliyyət göstərirsinizsə, yenə də öz işinizdir, amma bu hallar sonda öz mövqeyinizi yeritməyə hesablanıbsa, nəzərə alın ki, bu cür hallar qayda pozuntusudur.--Wertuose (müzakirə) 17:28, 3 iyul 2023 (UTC)
- @Wertuose, @Gadir məni maraqlandırmır, amma məni nə ilə iddiham etdiyinizdən xəbərdarsınız? Atdığınız şərdir, böhtandır. Birbaşa VP:N pozuntusudur. Ən çox sözümün çəp düşdüyü iki istifadəçidən biri Gadir-dir. İşarələmələrindən təngə gəldiyimi də müzakirə səhifəmdə bildirmişəm. Vikipediyadan o qədər uzaq qalmısınız ki, gəlib məni qruplaşma ilə günahlandırırsınız. Dr.Wiki54 (müzakirə) 17:31, 3 iyul 2023 (UTC)
- Söhbət göstəriş verməyinizdə yox, bu məsələdə birlikdə və məqsədli hərəkət etməyə cəhd göstərməyinizdədir. Qrup şəklində fəaliyyət göstərirsinizsə, yenə də öz işinizdir, amma bu hallar sonda öz mövqeyinizi yeritməyə hesablanıbsa, nəzərə alın ki, bu cür hallar qayda pozuntusudur.--Wertuose (müzakirə) 17:28, 3 iyul 2023 (UTC)
- Xahiş edirəm, söhbəti dəyişməyin. Siz yazıdan necə anlayırsınız ki, mən ona göstəriş verirəm? Siz də yaxşı bilirsiniz ki, orada göstəriş yoxdur, xahiş var. Gördüyünüz kimi, "zəhmət olmasa" yazmışam, yəni xahiş. @Dr.Wiki54, göstəriş kimi başa düşmüsünüz? Səhvsiz Vikipediyaçı yoxdur. Amma mən belə ciddi səhvlərə yol vermirəm. Etdiyiniz yanlışdır və sizə gec olmadan bu yanlışınızdan geri dönməyinizi məsləhət görürəm. Gadir (müzakirə) 17:20, 3 iyul 2023 (UTC)
- Digər istifadəçiyə göstəriş verdiyiniz yazdığınız mətndən açıq-aşkar görünür. Hər ikiniz könüllü istifadəçi olduğunuz halda, nəyə görə bir könüllü özü edə biləcəyi işi başqasına tapşırsın? Sizə də qəribə gəlmir? Wertuose (müzakirə) 17:17, 3 iyul 2023 (UTC)
- Sizin fəaliyyətinizdəki qüsurlardan bütün aktiv istifaəçilər narazıdırlar. Mənim qüsurlarım isə niyəsə ancaq "sizin gözünüzə batır".--Wertuose (müzakirə) 17:14, 3 iyul 2023 (UTC)
- @White Demon, mühafizə edərkən redaktəni bir dəfə də siz geri almısınız, indi deyirsiniz vacib deyil. Gadir (müzakirə) 17:12, 3 iyul 2023 (UTC)
- Mən sadəcə son dəyişikliklər bölməsində son 1 həftədə təcrübəsiz istifadəçilər və IP-lər tərəfindən edilən redaktələrə baxarkən bu məqaləyə rast gəlmişəm, sizin isə adi bir məqalədəki əhəmiyyətsiz və ensiklopedik əhəmiyyət daşımayan bir məlumata görə dərhal aktiv müzakirəyə qoşulmağınız təəccüb doğurur.--Wertuose (müzakirə) 17:12, 3 iyul 2023 (UTC)
- @Wertuose, vikipediyada aktiv idim. Nazir siyahıları məqalələrini yaradarkən (böyük ehtimalla xəbəriniz yoxdur: bax Azərbaycan maliyyə nazirlərinin siyahısı və aşağıdakı şablondakı bütün məqalələr) həmçinin Azərbaycan siyasi partiyalarının siyahısı və Azərbaycanda mövcud olmuş siyasi partiyaların siyahısı kimi məqalələrdə işləyərkən bu məqaləyə də əl atmışdım. Ardıcıl vandalizm isə bu səhifədə redaktə sayımı artırıb. Bu müzakirəyə isə Gadir işarələyib. İndi deyin təəccüb haradadır? Mənim fəaliyyətimdə, yoxsa sizin inadınızda? Dr.Wiki54 (müzakirə) 17:16, 3 iyul 2023 (UTC)
- Bu fikirləri mənim sifarişlə redaktə etməyimə eyham vurmağınıza cavab olaraq bildirmişəm. Gadirin sizi təq etməsinin ardınca sizə göstərişlər verməsi də digər maraqlı məsələdir.--Wertuose (müzakirə) 17:23, 3 iyul 2023 (UTC)
- @Wertuose, burada sii "sifariş" yerinə yetirməklə günahlandırmamışam. Hansısa istifadəçinin "xahişini" vikiqaydalardan üstün tutmağınızın düz olmadığını bildirmişəm. @Gadir-in bu ritorikası isə xoş deyil. Amma mənə hansısa "göstəriş" verməyib. Mübahisəsi sizinlə olub. İndiyədək isə kimsədən nə "göstəriş" almışam, nə də kiməsə "göstəriş" vermişəm. Dr.Wiki54 (müzakirə) 17:28, 3 iyul 2023 (UTC)
- Sizdən də o məlumatları bərpa etməyinizi xahiş etmişəm. Deməli sizə də göstəriş vermiş oluram? "zəhmət olmasa, siz də bu istinadlardan bir neçəsini məqaləyə də əlavə edin." Bu cümlədə haradadır göstəriş? Xahiş etmişəm. İndi də xahiş edirəm ki, söhbəti dəyişməyin. "Sizin fəaliyyətinizdəki qüsurlardan bütün aktiv istifaəçilər narazıdırlar." Bu cümləniz ilə də söhbəti başqa yerə çəkməyə çalışmağınız aydınca görünür. @Dr.Wiki54, "bu ritorikası isə xoş deyil." Hansı, mən sizə nə demişəm? İndi də mən günahkar oldum? Bəzən sizi anlamaqda həqiqətən çətinlik çəkirəm. Gadir (müzakirə) 17:29, 3 iyul 2023 (UTC)
- @Gadir, məhz bu müzakirədə mənə qarşı yox, @Wertuose qarşı yuxarıda bir neçə cümlənizi xoş qarşılamıram. Dr.Wiki54 (müzakirə) 17:32, 3 iyul 2023 (UTC)
- Aydındı. Siz nəyi nəzərdə tutursunuz? Mən sizi heç bir müzakirəyə dəvət etməmişəm ki, gəlin fikir bildirin deyə. Bəzi məqalələrin müzakirə səhifələrinə və həmçinin müzakirə səhifənizə də diqqətlə nəzər yetirsəniz, görərsiniz ki, normal üslubda müzakirə aparmışıq və söhbət bitib. İndi onları burda açmağın nəsə mənası var, sizcə? Həm də məni pis qələmə verərək. Hansı cümlələr, məsələn? Qəribə və xoş olmayan heç nə yazmamışam. Siz necə fikir bildirmisinizsə, mən də eləcə normal fikirlərimi qeyd etmişəm. Həmkarın mənə və sizə qarşı yazdığı sözlər, əsassız ittihamlar xoşdur bəs, sizcə? Ümumiyyətlə, söhbət məqalədən istifadəçilərə necə döndü? Bu müzakirədə artıq heç bir şərh yazan deyiləm. Ara yerdə mən günahkar çıxarıldım. Sizə müzakirədə uğurlar. Ümid edirəm bundan sonra danışıb həll edə bilərsiniz. Gadir (müzakirə) 17:52, 3 iyul 2023 (UTC)
- Gəlin qayıdaq mövzuya. Şablonda göstərilən məlumat əhəmiyyət kəsb edən məlumat olmalıdır. Lakin şəxsin Azərbaycan Respublikasının maliyyə naziri olması ilə bərabər səviyyədə rəsmi mənbələrlə təsdiq edilə bilməyən az əhəmiyyətli məlumatı daxil etməyə çalışırsınız. Üstəlik bunu məqalənin mətnində yazmaq təklifinə də belə görünür ki, isti yanaşmadınız və mütləq şablonda yazılmasına israr edirsiniz. Mən isə hesab edirəm ki, bu məlumat şablonda göstəriləcək qədər ciddi əhəmiyyət daşımır. Əgər məqsəd ədaləti bərqərar etmək olsa idi, ictimai birliyin sədri olmasını da şablonda yazardınız. Səhv etmirəmsə, təcrübəsiz istifadəçinin etmək istədiyi redaktələrin içində belə bir cəhd olmuşdu. Bir tərəfdə QHT sədri, digər tərəfdə isə siyasi partiyanın "qoz-fındıq işləri" üzrə müavini vəzifəsini götürsək, biri digərindən üstün deyil. Ona görə də hər ikisinin əhəmiyyətsiz olduğu üçün şablonda göstərilməsinin əleyhinəyəm.--Wertuose (müzakirə) 17:58, 3 iyul 2023 (UTC)
- @Wertuose, ictimai birlik ensiklopedik olsa böyük problem deyil. Məsələn İrəli İctimai Birliyi və s. Az əhəmiyyətli olduğunu siz deyirsiniz. Bütün vikilayihələrdə partiya postları infoboxlara əlavə olunur. Siz isə buna qarşı çıxırsınız. - Dr.Wiki54 (müzakirə) 18:08, 3 iyul 2023 (UTC)
- Gəlin unutmayaq ki, barəsində danışdığımız partiya ölkədəki siyasi proseslərə təsir imkanı olmayan, parlamentdə uzun illər yalnız 2 millət vəkili ilə təmsil olunan, seçkilərdə topladığı səs sayı 30 mini keçməyən bir qurumdur. Onun hansısa QHT-dən xüsusi bir üstünlüyü yoxdur. Üstəlik sədr müavini olduğu bəyan edilən şəxslərin həqiqətən də rəsmi qeydə alınmasına dair əlimizdə məlumat yoxdur. Yəni elə partiyadır deyə orda hər vəzifə tutanı məqalələrdə xüsusi bir şeymiş kimi qeyd etmək doğru deyil. Əgər hər hansı partiya öz sədr müavinini ensiklopedik şəxs hesab etsəydi, onun barəsində Vikipediyada məqalə yaratmaqdan çəkinməsi bir kənara, öz vebsaytında onun barəsində məlumat verərdi, bu partiyanın isə heç vebsaytı yoxdur. Yəni belə bir qeyri-ciddi təsisatda tutulan vəzifəni yüksək bir şey kimi təqdim etmək doğru deyil.--Wertuose (müzakirə) 18:46, 3 iyul 2023 (UTC)
- @Wertuose, AVP 1995-ci ildə sadəcə proporsional seçki üzrə %4 (140 min) səs toplayıb. Bu sadəcə fakt olaraq dursun. Partiyaları müqayisə etmək bizim işimiz deyil. Partiya ensiklopedikdir? Bəli. Qalanı vikipediyanın işi deyil. Ədliyyə Nazirliyi partiya daxili məsələlərə qarışmır. Partiya daxilində sədrin sərəncamı səlahiyyətlidir. Təsdiqdən söhbət getmir. Lap getsə belə bu bizim işimiz deyil. Fikrət Yusifov sədr müavini olub? Olub. Fikrət Yusifov ensiklopedikdir? Bəli. Onda qalan təfərrüata nə ehtiyac var axı. AVP-nin öz vebsaytı var idi. Ödəmələrini edə bilmədi bağlandı. BAXCP-nin də var idi. Hal-hazırda az sayda partiyanın saytı var. Saytı yoxdur deyə biz vikiçilər hansısa partiyaya qeyri-ciddi deyə bilmərik. Ölkədə rəsmi qeydiyyatda olan 30 partiya var. Onlardan bir neçəsinin ensiklopedik olaraq məqaləsi var. AVP də onlardan biridir. Vədsalam. Burada sədr müavininə məqalə yaratmağın dəxli nədir? Hər vəzifədən söhbət getmir. Sədr, sədr müavini və ekvivalentləri (katib, birinci katib, ikinci katib, icraçı katib, sözçü) kimi vəzifələr bütün vikilərdə infoqutuya əlavə olunur. Yersiz inadınızı əsaslandırsanız, sizinlə razılaşaram. Dr.Wiki54 (müzakirə) 21:13, 3 iyul 2023 (UTC)
- Məqaləyə əhəmiyyətsiz məlumatı inadla daxil etmək istəyən sizsiniz. Vaxtilə az-vikidə çox aktiv olan bir istifadəçimiz buranı kinopediyaya çevirmişdi, barəsində televiziyada veriliş çəkilən bütün şəxslər haqda məqalələrə filmoqrafiya bölməsi əlavə edirdi, preambulada həmin şəxsi filmlərdə rol alan şəxs kimi təqdim edirdi. Belə baxanda guya düz idi, amma həmin şəxslər tutaq ki, dənizçi, yaxud balerina idilər və kinoya aidiyyətləri yox idi. İndi siz də eyni yolla gedirsiniz və hər kəsi hansısa partiyaya bağlamağa, onların heç bir əhəmiyyət daşımayan siyasi fəaliyyətlərini qabartmağa çalışırsınız. Əgər bu məlumatı belə əhəmiyyətli hesab edirsinizsə, nəyə görə mətndə bu barədə bir kəlmə də yazmadan məhz şablonda əks olunmasına çalışırsınız? Məqsədiniz məlumatı oxucuya çatdırmaqdırsa, onda mətndə yazılması daha düzgün olardı. Amma belə görünür ki, siz bu məlumatı məhz afişalamaq, diqqət çəkməsinə nail olmaq üçün onu şablonda göstərmək istəyirsiniz. Bu isə artıq başqa məsələdir.--Wertuose (müzakirə) 21:36, 3 iyul 2023 (UTC)
- @Wertuose və @White Demon ilə müəyyən qədər razıyam. Məqaləni açan kimi şəxsin hansısa partiyada iki ay lazımsız vəzifə tutması adamın həmin an diqqətini çəkir ki, bu da şəxsin keçmiş fəaliyyətini müqayisədə əhəmiyyətsizləşdirir. Partiya sədrliyi şablonlara əlavə edilə bilər, amma hansısa partiyanın sədr müavini, məclis sədri, katibi kimi vəzifələrin mətn daxilində verilməsi daha düzgündür. Bununla məlumat qutularında nisbətən aşağı əhəmiyyətli məlumatlar partiyanın bayraq və emblemləri ilə, eləcə də sözügedən şəxsdən əvvəl və sonra kimin bu əhəmiyyəti az olan postu 2-3 aylıq tutması məsələsi qabardılmaz. Hələ siyasi partiya üzvlüyü bölməsində də bu məlumatların bir daha təkrarlanmasını, kateqoriyalar əlavə edilməsini demirəm.
- Ümumiyyətlə, məlumat qutuları şəxsin fəaliyyətindəki ən vacib məqamları, ümumi məlumatları qeyd etmək üçündür. Bəzən məqalələrdə hansısa şəxsin universitetdə prorektor olmasının da infoqutulara əlavə edildiyini müşahidə edirəm. Düzdür, buna məhdudiyyət yoxdur, amma müəyyən praktika, vəzifə limitləri tətbiq edilməlidir. Rektorlar, əhəmiyyətli qurumların sədrləri, partiya sədrləri, nazirlər və s. Məhz buna görə şablonun "Vəzifəli şəxs" edilməsinin tərəfdarı olmuşam. Aşağı dərəcəli vəzifələr şablonlara əlavə edilsə, məqalənin əsas mətn hissəsi mənasız olar, hamısını şablonun tərkibinə yerləşdirərik, heç mətnə ehtiyac qalmaz. — Toghrul R (m) 07:20, 4 iyul 2023 (UTC)
- @Toghrul R, bu müzakirədə artıq heç bir şərh yazmayacağımı bildirmişdim, amma sizə cavab yazıram. Problem həmin məlumatın silinməsi deyil, problem onu şəxsin məqaləsində istəməməsi və sildirməsidir. Mətn şəklində də əlavə edilə bilər, problem görmürəm. Amma gəlib onu da siləcəklər. Sabah-biri gün kim hansı məlumatı istəyir siləcək ya da silinməsini tələb edəcək. Bu vikipediyanın inkişafı və tərəfsizliyi üçün böyük problemdir. Məni narahat edən də elə budur. Gadir (müzakirə) 07:41, 4 iyul 2023 (UTC)
- @Gadir həmin məlumatlar silindiyi təqdirdə məqaləyə mühafizə tətbiq edilə bilər. Sadəcə mətndə yazılsın ki, filan tarixdən filan tarixədək filan partiyada filan vəzifədə olub, istinad verilsin, kifayət edər. Şablonda birinci sırada sırada emblemlərlə, eləcə də partiyanın sədri ilə birlikdə verilməsini düzgün hesab etmirəm — Toghrul R (m) 07:45, 4 iyul 2023 (UTC)
- @Toghrul R, bu arada, əgər belə olacaqsa, bütün səhifələrdən belə əlavələri təmizləmək lazmdır? Çünki sadəcə bu, deyil. Onları saxlayıb bunu siləcəyiksə də ədalətli yanaşma olmur axı. Gadir (müzakirə) 07:56, 4 iyul 2023 (UTC)
- @Gadir Fikrimcə, sədr və həmsədrlikdən başqa bütün bu cür məlumatlar şablonlardan çıxarılaraq mətnə köçürülməlidir. İstənilən şəxs gedib hansısa partiyaya üzv olub qısa müddət sonra müəyyən vəzifəyə sahib ola bilər. Samir Əsədli məqaləsinə baxın, partiyanın gənclər birliyinin sədri olması belə qeyd edilib. — Toghrul R (m) 08:09, 4 iyul 2023 (UTC)
- @Toghrul R, bu məsələ məncə, KM-da daha geniş müzakirə olunmalıdır. Çünki indiyə qədər bu, tətbiq olunub, əgər bundan sonra edilməyəcəksə, müzakirə edilib elə qərar verilməlidir. Məsələn, bir müddət öncə siyasətçilərin fikirlərini, mövqeylərini məqalələrə yerləşdirmək barədə də problem çıxmışdı AzVikidə. Amma bu, digər vikilərdə də görünmüş təcrübədir. Bu qeyd etdiyiniz məsələ ilə bağlı digər dillərdə vəziyyət nədir? Gadir (müzakirə) 08:14, 4 iyul 2023 (UTC)
- @Gadir məsələ orasındadır ki, indiyədək Vikipediyada bu sahə üzrə işlər çox az görülmüşdü, səhifələrdə bu barədə məlumatlar, demək olar, yox idi. Dr.Wiki54 əhəmiyyətli şəkildə həmin səhifələri işləyərək təkmilləşdirilib. Bundan əlavə, məlumat qutularına da vəzifələr barədə informasiyaların böyük qismini əlavə edib.
- Uzun müddət "Dövlət xadimi" şablonunun adının dəyişdirilməsinin problemlərə yol açıb-açmayacağını düşünmüşəm. Görünür, bu cür redaktələrə görə xeyli problemlər yaranıb. Düzdür, demək olmaz, niyə belə məlumatlar yerləşdirilib, çünki istifadəçinin tutarlı arqumentləri var. Məncə, "Vəzifəli şəxs" şablonunun limitləri müəyyənləşdirilməlidir. Konkret olaraq hansı vəzifələr yerləşdirilə bilər, hansılar yox. Çətin deyil — Toghrul R (m) 08:25, 4 iyul 2023 (UTC)
- @Toghrul R, ən yaxşısı müzakirə nəticəsində qərar vermək olacaq. Hərçənd ki, mən hansısa təşkilatın sədri ya da partiyanın müavini olmasını və s. qeyd etməkdə problem görmürəm. Həmin vəzifələrin önəmli olub-olmadığını biz ölçə bilmərik, etibarlı mənbələr varsa, okey. Həm şablonda olsun, həm də mətndə. Problem nədir? Bu, TrVikidə də var, başqa digər dillərdə də. İngilis dilində məqalələr görmüşəm ki, 10-15 vəzifə birdən şablonda göstəriblər. Və bu, digər vikilərdə heç bir problem də yaratmır, bizdə niyə problemə səbəb olsun ki? Gadir (müzakirə) 08:57, 4 iyul 2023 (UTC)
- @Gadir əlbəttə, həmin vəzifələrin əhəmiyyətli olub-olmamasını vikipediyaçılar ölçməlidir. Həmkarım "İrəli" İB-nin əhəmiyyətli olub məqalələrə daxil edilməsini dəstəkləyir, məsələn. Bu da tanınmışlığa, əhəmiyyətə görə istisna yaradır. Enviki-də 10-15 vəzifə olduqda əksəri nazir, deputat kimi postlar olur — Toghrul R (m) 09:42, 4 iyul 2023 (UTC)
- @Toghrul R, müzakirə başladıb icmanın qərar verməsində problem görmürəm, həll yolu budur. Gadir (müzakirə) 10:15, 4 iyul 2023 (UTC)
- @Gadir əlbəttə, həmin vəzifələrin əhəmiyyətli olub-olmamasını vikipediyaçılar ölçməlidir. Həmkarım "İrəli" İB-nin əhəmiyyətli olub məqalələrə daxil edilməsini dəstəkləyir, məsələn. Bu da tanınmışlığa, əhəmiyyətə görə istisna yaradır. Enviki-də 10-15 vəzifə olduqda əksəri nazir, deputat kimi postlar olur — Toghrul R (m) 09:42, 4 iyul 2023 (UTC)
- @Toghrul R, ən yaxşısı müzakirə nəticəsində qərar vermək olacaq. Hərçənd ki, mən hansısa təşkilatın sədri ya da partiyanın müavini olmasını və s. qeyd etməkdə problem görmürəm. Həmin vəzifələrin önəmli olub-olmadığını biz ölçə bilmərik, etibarlı mənbələr varsa, okey. Həm şablonda olsun, həm də mətndə. Problem nədir? Bu, TrVikidə də var, başqa digər dillərdə də. İngilis dilində məqalələr görmüşəm ki, 10-15 vəzifə birdən şablonda göstəriblər. Və bu, digər vikilərdə heç bir problem də yaratmır, bizdə niyə problemə səbəb olsun ki? Gadir (müzakirə) 08:57, 4 iyul 2023 (UTC)
- @Toghrul R, bu məsələ məncə, KM-da daha geniş müzakirə olunmalıdır. Çünki indiyə qədər bu, tətbiq olunub, əgər bundan sonra edilməyəcəksə, müzakirə edilib elə qərar verilməlidir. Məsələn, bir müddət öncə siyasətçilərin fikirlərini, mövqeylərini məqalələrə yerləşdirmək barədə də problem çıxmışdı AzVikidə. Amma bu, digər vikilərdə də görünmüş təcrübədir. Bu qeyd etdiyiniz məsələ ilə bağlı digər dillərdə vəziyyət nədir? Gadir (müzakirə) 08:14, 4 iyul 2023 (UTC)
- @Gadir Fikrimcə, sədr və həmsədrlikdən başqa bütün bu cür məlumatlar şablonlardan çıxarılaraq mətnə köçürülməlidir. İstənilən şəxs gedib hansısa partiyaya üzv olub qısa müddət sonra müəyyən vəzifəyə sahib ola bilər. Samir Əsədli məqaləsinə baxın, partiyanın gənclər birliyinin sədri olması belə qeyd edilib. — Toghrul R (m) 08:09, 4 iyul 2023 (UTC)
- @Toghrul R, bu arada, əgər belə olacaqsa, bütün səhifələrdən belə əlavələri təmizləmək lazmdır? Çünki sadəcə bu, deyil. Onları saxlayıb bunu siləcəyiksə də ədalətli yanaşma olmur axı. Gadir (müzakirə) 07:56, 4 iyul 2023 (UTC)
- @Gadir həmin məlumatlar silindiyi təqdirdə məqaləyə mühafizə tətbiq edilə bilər. Sadəcə mətndə yazılsın ki, filan tarixdən filan tarixədək filan partiyada filan vəzifədə olub, istinad verilsin, kifayət edər. Şablonda birinci sırada sırada emblemlərlə, eləcə də partiyanın sədri ilə birlikdə verilməsini düzgün hesab etmirəm — Toghrul R (m) 07:45, 4 iyul 2023 (UTC)
- @Toghrul R, bu müzakirədə artıq heç bir şərh yazmayacağımı bildirmişdim, amma sizə cavab yazıram. Problem həmin məlumatın silinməsi deyil, problem onu şəxsin məqaləsində istəməməsi və sildirməsidir. Mətn şəklində də əlavə edilə bilər, problem görmürəm. Amma gəlib onu da siləcəklər. Sabah-biri gün kim hansı məlumatı istəyir siləcək ya da silinməsini tələb edəcək. Bu vikipediyanın inkişafı və tərəfsizliyi üçün böyük problemdir. Məni narahat edən də elə budur. Gadir (müzakirə) 07:41, 4 iyul 2023 (UTC)
- Məqaləyə əhəmiyyətsiz məlumatı inadla daxil etmək istəyən sizsiniz. Vaxtilə az-vikidə çox aktiv olan bir istifadəçimiz buranı kinopediyaya çevirmişdi, barəsində televiziyada veriliş çəkilən bütün şəxslər haqda məqalələrə filmoqrafiya bölməsi əlavə edirdi, preambulada həmin şəxsi filmlərdə rol alan şəxs kimi təqdim edirdi. Belə baxanda guya düz idi, amma həmin şəxslər tutaq ki, dənizçi, yaxud balerina idilər və kinoya aidiyyətləri yox idi. İndi siz də eyni yolla gedirsiniz və hər kəsi hansısa partiyaya bağlamağa, onların heç bir əhəmiyyət daşımayan siyasi fəaliyyətlərini qabartmağa çalışırsınız. Əgər bu məlumatı belə əhəmiyyətli hesab edirsinizsə, nəyə görə mətndə bu barədə bir kəlmə də yazmadan məhz şablonda əks olunmasına çalışırsınız? Məqsədiniz məlumatı oxucuya çatdırmaqdırsa, onda mətndə yazılması daha düzgün olardı. Amma belə görünür ki, siz bu məlumatı məhz afişalamaq, diqqət çəkməsinə nail olmaq üçün onu şablonda göstərmək istəyirsiniz. Bu isə artıq başqa məsələdir.--Wertuose (müzakirə) 21:36, 3 iyul 2023 (UTC)
- @Wertuose, AVP 1995-ci ildə sadəcə proporsional seçki üzrə %4 (140 min) səs toplayıb. Bu sadəcə fakt olaraq dursun. Partiyaları müqayisə etmək bizim işimiz deyil. Partiya ensiklopedikdir? Bəli. Qalanı vikipediyanın işi deyil. Ədliyyə Nazirliyi partiya daxili məsələlərə qarışmır. Partiya daxilində sədrin sərəncamı səlahiyyətlidir. Təsdiqdən söhbət getmir. Lap getsə belə bu bizim işimiz deyil. Fikrət Yusifov sədr müavini olub? Olub. Fikrət Yusifov ensiklopedikdir? Bəli. Onda qalan təfərrüata nə ehtiyac var axı. AVP-nin öz vebsaytı var idi. Ödəmələrini edə bilmədi bağlandı. BAXCP-nin də var idi. Hal-hazırda az sayda partiyanın saytı var. Saytı yoxdur deyə biz vikiçilər hansısa partiyaya qeyri-ciddi deyə bilmərik. Ölkədə rəsmi qeydiyyatda olan 30 partiya var. Onlardan bir neçəsinin ensiklopedik olaraq məqaləsi var. AVP də onlardan biridir. Vədsalam. Burada sədr müavininə məqalə yaratmağın dəxli nədir? Hər vəzifədən söhbət getmir. Sədr, sədr müavini və ekvivalentləri (katib, birinci katib, ikinci katib, icraçı katib, sözçü) kimi vəzifələr bütün vikilərdə infoqutuya əlavə olunur. Yersiz inadınızı əsaslandırsanız, sizinlə razılaşaram. Dr.Wiki54 (müzakirə) 21:13, 3 iyul 2023 (UTC)
- Gəlin unutmayaq ki, barəsində danışdığımız partiya ölkədəki siyasi proseslərə təsir imkanı olmayan, parlamentdə uzun illər yalnız 2 millət vəkili ilə təmsil olunan, seçkilərdə topladığı səs sayı 30 mini keçməyən bir qurumdur. Onun hansısa QHT-dən xüsusi bir üstünlüyü yoxdur. Üstəlik sədr müavini olduğu bəyan edilən şəxslərin həqiqətən də rəsmi qeydə alınmasına dair əlimizdə məlumat yoxdur. Yəni elə partiyadır deyə orda hər vəzifə tutanı məqalələrdə xüsusi bir şeymiş kimi qeyd etmək doğru deyil. Əgər hər hansı partiya öz sədr müavinini ensiklopedik şəxs hesab etsəydi, onun barəsində Vikipediyada məqalə yaratmaqdan çəkinməsi bir kənara, öz vebsaytında onun barəsində məlumat verərdi, bu partiyanın isə heç vebsaytı yoxdur. Yəni belə bir qeyri-ciddi təsisatda tutulan vəzifəni yüksək bir şey kimi təqdim etmək doğru deyil.--Wertuose (müzakirə) 18:46, 3 iyul 2023 (UTC)
- @Wertuose, ictimai birlik ensiklopedik olsa böyük problem deyil. Məsələn İrəli İctimai Birliyi və s. Az əhəmiyyətli olduğunu siz deyirsiniz. Bütün vikilayihələrdə partiya postları infoboxlara əlavə olunur. Siz isə buna qarşı çıxırsınız. - Dr.Wiki54 (müzakirə) 18:08, 3 iyul 2023 (UTC)
- @Gadir, məhz bu müzakirədə mənə qarşı yox, @Wertuose qarşı yuxarıda bir neçə cümlənizi xoş qarşılamıram. Dr.Wiki54 (müzakirə) 17:32, 3 iyul 2023 (UTC)
- Bu fikirləri mənim sifarişlə redaktə etməyimə eyham vurmağınıza cavab olaraq bildirmişəm. Gadirin sizi təq etməsinin ardınca sizə göstərişlər verməsi də digər maraqlı məsələdir.--Wertuose (müzakirə) 17:23, 3 iyul 2023 (UTC)
- @Wertuose, vikipediyada aktiv idim. Nazir siyahıları məqalələrini yaradarkən (böyük ehtimalla xəbəriniz yoxdur: bax Azərbaycan maliyyə nazirlərinin siyahısı və aşağıdakı şablondakı bütün məqalələr) həmçinin Azərbaycan siyasi partiyalarının siyahısı və Azərbaycanda mövcud olmuş siyasi partiyaların siyahısı kimi məqalələrdə işləyərkən bu məqaləyə də əl atmışdım. Ardıcıl vandalizm isə bu səhifədə redaktə sayımı artırıb. Bu müzakirəyə isə Gadir işarələyib. İndi deyin təəccüb haradadır? Mənim fəaliyyətimdə, yoxsa sizin inadınızda? Dr.Wiki54 (müzakirə) 17:16, 3 iyul 2023 (UTC)
- Əvvəla mən burada heç kimə göstəriş filan vermirəm. İstifadəçi linkləri yerləşdirib, mən də etibarlılıq açısından bir neçəsini məqaləyə də əlavə etsin, ki, oxucular da məlumatın doğruluğunu yoxlaya bilsinlər demişəm. "Amma sədr müavini və sair partiya vəzifələri partiyadaxili istifadə üçün nəzərdə tutulan, heç bir ictimai əhəmiyyəti olmayan qeyri-ensiklopedik bir məlumatdır." Buna siz qərar verirsiniz? Hər bir dil layihəsində bu növdən məlumatların qeyd edildiyini görməmisiniz? Adicə, sizə bununla bağlı AzVikidən bir çox misal çəkə bilərəm, amma məncə, özünüz yaxşı xəbərdarsınız. Onu da qeyd edim ki, son vaxtlar fəaliyyətinizdəki qüsurlar çox gözə batır. @White Demon, sizinlə də razı deyiləm. Həm şablonda, həm də bölmədə qeyd etmək doğru olar. Gadir (müzakirə) 17:10, 3 iyul 2023 (UTC)
- @Wertuose, sorğulayan sizsiniz. Yuxarıda yazmısınız. Ədliyyə Nazirliyi və s. Kimin öz şəxsi istək və arzuları ilə davrandığı isə yazılrı oxuyan şəxsə açıq aşkar məlum olur. @White Demon, vəzifənin böyük və ya kiçik olmasından söhbət getmir. Partiyalar üçün sədr və sədr müavini (həmçinin ekvivalentləri) bütün vikilayihələrdə şablonlara əlavə olunur. Eləcə də parlament fraksiyası sədri, müavini və s. Bəs şablonda olması niyə və hansı səbəblə cənab @Wertuose bu qədər narahat edir? Tarixçədə hansısa istifadəçi məqaləni "profil" olaraq görür və "profil sahibinin" bu məlumatdan narahat olduğunu bildirir. Vikipediyaçıların işi məlumat silmək deyil. Nə varsa onu yazmaqdır. Mənbələrlə. Dr.Wiki54 (müzakirə) 17:07, 3 iyul 2023 (UTC)
- @Wertuose, zəhmət olmasa, sildiyiniz məlumatları bərpa edin. @Dr.Wiki54, zəhmət olmasa, siz də bu istinadlardan bir neçəsini məqaləyə də əlavə edin. Gadir (müzakirə) 16:57, 3 iyul 2023 (UTC)
- Razıyam. Gadir (müzakirə) 16:46, 3 iyul 2023 (UTC)
- @Wertuose, yuxarıdakı şərhinizi özünüz də zəhmət olmasa bir daha oxuyun. Hansısa partiyada sədr və müavin olmaq vəzifədir. Sədr müavini təyinatını kontrol etmək bizim işimiz yox, Ədliyyə Nazirliyinin işidir. Siz hansısa təyinatın kontrolunu aparıbsınız indiyədək? Məlumatın "hansısa istək, arzu, xahişlə" silinməsi düzgün deyil. Buna başqa ad qoymaq da düzgün deyil. AVP 1990-cı ildən rəsmi fəaliyyət göstərən, parlamentdə təmsil olunan partiyadır. Rəsmi dövlət qeydiyyatı da var. Dr.Wiki54 (müzakirə) 16:40, 3 iyul 2023 (UTC)
- Yuxarıdakı şərhimi oxuyun zəhmət deyilsə.--Wertuose (müzakirə) 16:35, 3 iyul 2023 (UTC)
@Toghrul R, katib bir çox partiyada 2000-ci illərədək sədr müavini vəzifəsi olub. İcraçı katib sədrin birinci müavini. Məclis sədri bir çox partiyada sədr müavinindən üstün postdur. Digər viki layihələrində də olduğu kimi sədr müavini və yüksək çinli postlar (partiya daxili) əlavə oluna bilər. TrVikidə bəzən hətta partiya departamentlərinin rəhbərlik titulları da şablona əlavə olunur. Digər vəzifələr müzakirəyə açıq ola bilər. Lakin sədr müavinin heç bir müzakirəyə ehtiyacı yoxdur. Şəxsdən biz xahiş etməmişik ki, getsin sədr müavini olsun, indi də biz silək ki, yox olmayıb. Bu vəzifəni daşıyıb. Digər vikilərdə olduğu kimi də əlavə olunmalıdır. 1 gün belə daşısa vəzifə vəzifədir. Hansı istifadəçi həmkarım idi, tam xatırlamıram, deyəsən, Solavirum idi, deyirdi ki, Azərbaycanca Vikipediyanı kağız ensiklopediyaya çevirməyək. Haqlıdır. Nazir, deputat, komitə sədri deyilsə vəzifə sahibi deyil məgər? Bu biraz təkpartiyalı sovet dövrü təfəkkürüdür. Fəaliyyətimi dəyərləndirdiyiniz üçün təşəkkür edirəm. Dr.Wiki54 (müzakirə) 10:45, 4 iyul 2023 (UTC)
- @Wertuose, yenə yersiz, mənasız və sizin kimi təcrübəli bir istifadəçiyə, xüsusən də inzibatçıya yaraşmayacaq böhtanlar, eyhamlar. Təəssüf!! Siz maraqlanmırsınız deyə əhəmiyyətsiz məlumat olur? Mən sizə konkret fakt deyirəm ki, digər vikilərdə bu tərz məlumatlar birbaşa infoboxa əlavə olunur. Siz isə "mənasızdır", "əhəmiyyətsizdir". İnfoboxlar isə mənim maraq dairəmdə olan bir mövzudur. Çox məqalədə mətnlə işləmək əvəzinə infobox yığıram. Bu mənə daha maraqlıdır. Dr.Wiki54 (müzakirə) 10:39, 4 iyul 2023 (UTC)
- Dediyiniz nümunələrdən heç olmasa 5-6 dənə göstərsəniz, nədən bəhs etdiyinizi, nə ilə müqayisə apardığınızı mən də anlayardım. İndiki halda sizin ucdantutma infoboks yığmanız, bəzi hallarda ensiklopedik əhəmiyyət daşımayan məlumatların da infoboksa düşməsi ilə nəticələnir. Belə başa düşürəm ki, siyasi partiya sizə görə nəsə böyük bir məfhumdur. Məsələn, ABŞ-da 420-dən artıq partiya var və onların heç 5% barədə en-vikidə məqalə yoxdur, olanların isə heç sədrləri barədə məqalə yoxdur. Azərbaycanda 125 millət vəkillik parlamentdə son 25 ildə eyni 2 millət vəkili ilə təmsil olunan partiyada tutulan vəzifə hansı meyar əsasında ensiklopedik məlumat sayıla bilər sizcə? Mənim millət vəkillərinin sayı, yaxud seçici sayı, habelə vebsaytın olmaması barədə yazdıqlarım məhz meyar təşkil edən məlumatlardır. Siz də meyarlarınızı qoyun ortaya və ona görə qərar verək ki, niyə infoboksda o məlumat əks olunmalıdır. Əks təqdirdə siz sadəcə öz istəyinizə uyğun, sizə maraqlı olduğu üçün məlumatları yerləşdirməkdə bu cür davam etsəniz, gələcəkdə daim bu tip problemlərlə rastlaşacaqsınız.--Wertuose (müzakirə) 11:22, 4 iyul 2023 (UTC)
- @Wertuose, çox maraqlı ritorikanız var. Nümunələr üçün: trvikidən: [8] [9] [10] [11]; ruviki üçün: [12] [13] [14] [15] [16] [17]; enviki üçün: [18]; [19] [20] və s. ABŞ-da iki partiyalı sistemdir. Parlamentlərində iki partiya var, bizdə isə 11 idi. Hansısa partiyanın ensiklopedikliyinə şübhəniz varsa buyurun SNS-ə təqdim edin. Üzv sayı, millət vəkili sayı və səs sayı isə ensiklopediklik meyarına dəstək verə biləcək məqamlardır. Bir-başa təsir etmir. Sizi sonuncu dəfə sağlam müzakirəyə, iddihamlardan uzaq olmağa, böhtan atmamağa dəvət edirəm. Əks halda burada müzakirə aparmağın mənası olmayacaq. Bir müzakirə ərzində 3 fərqli aspektdən "hücum etdiniz". Bir inzibatçıya və təcrübəli istifadəçiyə yaraşmır. Dr.Wiki54 (müzakirə) 07:45, 5 iyul 2023 (UTC)
- Sizin nümunələrinizdən mənə aydın olur ki, siz siyasətçi və dövlət xadimi (buna dar mənada "vəzifəli şəxs" də deyə bilərik) anlayışlarını qarışdırırsınız. Sizin nümunələrdə göstərilən şəxslər əsasən siyasətçilərdir və onların tutduqları vəzifələr, yaxud cəmiyyətdəki rolları siyasətçi olmalarından irəli gəlir. Məsələn, AKP sədr müavinlərindən Mustafa Şentopun məqaləsində infoboksda onun AKP sədr müavini olduğu qeyd edilib, çünki bu şəxs məhz siyasətçidir, tutduğu TBMM sədri postu da siyasətçi, millət vəkili olmasından irəli gəlir. Amma müxtəlif dövrlərdə sədr müavinləri olmuş tr:Mevlüt Çavuşoğlu, tr:Egemen Bağış, tr:Hüseyin Çelik, tr:Abdullah Gül, tr:Mehmet Ali Şahin, tr:Mehmet Özhaseki və s. şəxslərin məqalələrində bu məlumat infoboksda qeyd edilməyib. Hətta hal-hazırda AKP sədr müavini olan tr:Numan Kurtulmuş və tr:Binali Yıldırımın məqalələrində də AKP sədr müavini olduqları göstərilməyib, çünki onlar icraedici hakimiyyətdə, yəni hökumətdə hal-hazırda təmsil olunan və ya əvvəllər təmsil olunmuş şəxslərdir, onların hökumətdə tutduğu vəzifə hansısa partiyada icra etdiyi işdən vacibdir. Amma tr:Fatih Şahin (siyasetçi) məqaləsində isə bütün partiya vəzifələri göstərilib, çünki adam siyasətçidir. Yəni, qısası, məlumatın konkret şəxs baxımından əhəmiyyətliliyi vacibdir. Ona görə də kiminsə məqaləsində hansısa məlumatı şablona daxil etmək üçün əlinizdə qiymətləndirmə meyarı olmalıdır. Ən sadə dildə desək: siyasətçi üçün siyasi vəzifələr, dövlət xadimi üçün isə dövlət vəzifələri. Belə meyarlar olmazsa, harda nə gəldi yazmaq olar və daim müxtəlif istifadəçilərin haqlı etirazları ilə rastlaşmaq olar.-- Wertuose (müzakirə) 09:41, 5 iyul 2023 (UTC)
- Wertuose, şərh yazanda məni işarələyin. Sizin fəaliyyətinizi təqib etmirəm, ona görə də bildirişsiz məlumatım olmur. Nümunələrə gəldikdə, heç bir qarışıqlıq yoxdur. "Dar məna" dediyiniz isə əksinə çadır başlıqdır. Bütün vikilərdə olduğu kimi. Adını çəkdiyiniz şəxslərin hər biri həm siyasətçi, həm dövlət xadimidir. Bələdiyyə başçısı olan da var, deputat da, baş nazir də. İnfoboksa sədr müavinlikləri əlavə olunsa heç kimin etirazı olmayacaq şəxslərdir. Buna etiraz edən tək sizsiniz. Qanunverici və ya icraedici hakimiyyətdə təmsil edilməsindən asılı olmayaraq yüksək partiya postu tutanların vəzifəsi infoboxa qeyd olunabilər. Məsələn baxın: [21] [22] , məclisdəki vəzifələrə görə [23] [24] [25]. Əlimizdəki meyar isə şəxs ensiklopedik, partiya ensiklopedik, post yüksək. Bu qədər sadə. - Dr.Wiki54 (müzakirə) 07:36, 6 iyul 2023 (UTC)
- Dr.Wiki54, gördüyünüz kimi, fərqli yanaşmalar var və bununla bağlı konkret qayda müəyyən olunmadan 1 istifadəçinin yanaşmasını bütün az-vikiyə tətbiq etmək, qəbul edərsiniz ki, doğru yanaşma deyil. Bu gün siz öz istədiyinizi, sabah da başqa birisi öz istədiyini yazmaq istəyəcək. Ona görə də qaydalarla tənzimlənmədiyi müddətcə özünüzə xoş görünən yanaşmanı bütün məqalələrə tətbiq etməməyi məsləhət görürəm.--Wertuose (müzakirə) 10:57, 7 iyul 2023 (UTC)
- @Wertuose, burada "mənə xoş görünəni tətbiq etmə" yoxdur. Faktların manipulasiyası üçün özüm etmirəm, amma siz misal gətirdiyiniz nümunələrin infobox-una partiya məlumatlarını əlavə etsəniz heç bir etirazla qarşılaşmayacaqsınız. Sizdən başqa etiraz edən olmadığına görə sizin də özünüzə xoş görünməyəni geri qaytarmamağınızı tövsiyə edirəm. Dr.Wiki54 (müzakirə) 11:04, 7 iyul 2023 (UTC)
- Dr.Wiki54, necə yəni yoxdur? Bəs məqalədə sizin düzəlişinizi geri qaytarmağa çalışan təcrübəsiz istifadəçi etiraz etmirdi və ya yuxarıda Toghrul R-in yazdıqları etiraz sayılmır? 1-2 ay sonra başqa etiraz edən olsa, ona da "sizdən başqa etiraz edən yoxdur" deyəcəksiniz? Etirazlardan nəticə çıxarmaq əvəzinə öz istəyinizi yeritməyə çalışırsınız.--Wertuose (müzakirə) 14:00, 7 iyul 2023 (UTC)
- @Wertuose, mən sizi təcrübəsizliklə itham etməmişəm. @Toghrul R bəy isə konkret etiraz etməyib. Daha neytral mövqedən çıxış edib. Etirazlar sağlam səbəblərə dayansa, qəbul olunandır. Lakin statusunuzdan irəli gələn ötkəmliyə bağlı olan və heç bir qaydaya təlimata əsaslanmayan mövqenizlə bağlı bu qədər yazıdan sonra hələ də məni nələr iləsə itham etmənizi sağlam qarşılamıram. Sizinlə apardığımız "müzakirə"nin də sağlam zəmində davam edəcəyinə inanmadığım üçün davam etdirməkdə də məna görmürəm. Dr.Wiki54 (müzakirə) 20:40, 7 iyul 2023 (UTC)
- Wertuose və Dr.Wiki54, təklif edirəm ki, bu müzakirəni ikitərəfli saxlamayacaq və şablondan istifadə qaydalarna müvafiq dəyişiklərin edilməsi (və ya indiki vəziyyətin saxlanılması) barədə müzakirə açılsın. --► Hörmətlə: SolaVirum 22:13, 7 iyul 2023 (UTC)
- Solavirum, tək-tək hər məqalə üçün müzakirəyə ehtiyac olacaq onda? Şablonun tətbiqinə dair standart müəyyən etmək lazımdır. Siyasi xadimlər üçün siyasi vəzifələr, dövlət xadimləri üçün dövlət vəzifələri göstərilməlidir. Müəyyən istisnalar da təyin olunmalıdır. Yoxsa bu tip məlumatları şablonda görən yeni istifadəçilər gələcəkdə bir az da irəli gedib əlavə tələblər irəli sürəcəklər. Şablon öz məqsədlərindən kənar istifadə ediləcək. "Niyə orda filan şey yazılıb, mən amma burda bu şeyi yaza bilmərəm" tipində etirazlar olacaq daim. Ona görə də konkret standart olmalıdır.--Wertuose (müzakirə) 06:24, 8 iyul 2023 (UTC)

İnfobox
redaktəSalam həmkarlar. Müzakirəni diqqətlə oxudum. Bu hal ilə məndə rastlaşdım Vüsal Quliyev adlı məqalədə. İnfoboksda hansı məlumatların yazılmasının qaydası harda qeyd edilib? Həmkarım Dr.Wiki54 bir neçə dəfə qeyd etdiklərimi geri qaytarıb. Baxmayaraq ki, "Vəzifəli şəxs" şablonu qoymuşam və bu şablonda şəxsin vəzifəsi qeyd edilməlidir fikrimcə. Fikirləriniz önəmlidir. @Wertuose, @Toghrul R, @Gadir, @Solavirum — A.Aida88 (müzakirə) 09:34, 8 iyul 2023 (UTC)