Vusal Quliyev - Wikipedia
Vüsal_Quliyev - Haqqında Məlumat
Vüsal İlham oğlu Quliyev (31 dekabr 1982, Kürdəmir rayonu) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini,[1] dövlət qulluğunun baş müşaviri.[2]
Vüsal Quliyev | |
---|---|
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini | |
Vəzifədədir | |
30 aprel 2021-ci ildən | |
Vəzifədədir | |
16 aprel 2016-cı ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 dekabr 1982 (41 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | |
İxtisası | Hüquqşünas |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəVüsal Quliyev 31 dekabr 1982-ci ildə Kürdəmir rayonunun Sığırlı kəndində anadan olmuşdur.[3]
Evlidir, 1 oğlu var. Atası Quliyev İlham Qədir oğlu Birinci Qarabağ müharibəsi veteranıdır.
Təhsili
redaktə- 1989–1999-cu illərə Bakı şəhəri 244 nömrəli məktəbdə orta təhsil, 1999–2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetində hüquq üzrə bakalavr, 2003–2005-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət hüququ üzrə magistr təhsili almışdır.[4]
- 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Azərbaycan dövlətçiliyində konstitusiyanın inkişaf mərhələləri" mövzusunda magistr dissertasiyası müdafiə etmiş və hazırda həmin akademiyanın doktorantıdır.[4]
- 2007-ci ildə Varşava Universiteti və Polşa Təhlükəsizlik Akademiyası tərəfindən təşkil edilən "Sense" Proqramının məzunu olmuşdur.[4][5]
Fəaliyyəti
redaktəİctimai fəaliyyəti
redaktə- 1999–2000 – BMT-nin Könüllülər Proqramında qrup koordinatoru
- 2000–2008-ci illərdə "Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyinin, 2003–2005-ci illərdə gənclər təşkilatlarının vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təhsil komissiyasının sədri olmuşdur.[4]
- 2006-cı ildə Niderlandın "Olde Vechte" Fondunun keçirdiyi uzunmüddətli ixtisasartırma kursunda qeyri-formal təhsil üzrə beynəlxalq təlimçi dərəcəsini almışdır.[4]
- 2007-ci ilin may ayında Avropa Birliyi Gənclər Proqramının Azərbaycan üzrə informasiya təmsilçisi seçilmiş və 3 il müddətində ölkəni bu qurumda təmsil etmişdir.[4]
Dövlət qulluğunda
redaktə- 2008-ci ilin iyul ayının 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hüquqşünası, daha sonra aparıcı məsləhətçi-hüquqşünası vəzifəsinə təyin olunmuşdur[4].
- 2010–2012-ci illər ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında əlil və şəhid ailələrinin sosial təminat məsələləri üzrə Komissiyanın, "2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" üzrə işçi qrupunun və "Azərbaycan gəncliyi 2011–2015-ci illərdə" Dövlət Proqramının Əlaqələndirmə Şurasının üzvü olmuşdur[4].
- 2012-ci ilin noyabr ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi vəzifəsinə təyin olunmuş, 2014-cü ilin mart ayında isə aparıcı məsləhətçi vəzifəsinə keçirilmişdir[4][6]
- 2014-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində yaradılmış Gənclər təşkilatları ilə iş sektorunun müdiri vəzifəsinə təyin olunmuşdur.[4][7]
- Azərbaycan Respublikası Prezidentinin 20 aprel tarixli 2016-cı il Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü təyin edilmiş,[8][9] aprelin 22-də Şuranın ilk iclasında sədr müavini seçilmişdir.[4]
- 2018-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində yaradılmış ictimai-siyasi işin təşkili sektorunun müdiri vəzifəsinə təyin olunmuşdur.[10]
- 2019-cu ilin noyabr ayında Prezident Administrasiyasında yeni yaradılmış Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunmuşdur.
- Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2021-ci il tarixli Sərəncamı ilə yeni yaradılmış Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü təyin edilmiş, aprelin 30-da Şuranın ilk iclasında sədr müavini seçilmişdir.[11][12][13][14]
Müəllifi olduğu nəşrlər
redaktə- Azərbaycanda müasir könüllülüyün tarixi (ingiliscə nəşr);
- Qeyri-hökumət təşkilatları üçün yaddaş kitabı;
- Qeyri-hökumət təşkilatlarının idarə olunması;
- Müasir təlim metodları;
Təltifləri
redaktə2021-ci il iyunun 26-da Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmri ilə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunmuşdur. [15]
İstinadlar
redaktə- ↑ "Vüsal Quliyev yeni vəzifəyə təyin olundu". www.qht.az. 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fev 2022.
- ↑ "QHT-lərlə iş sektorunun müdiri təyin olunan Vüsal Quliyev". www.qht.az. 2022-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fev 2022.
- ↑ "Vüsal Quliyev". femida.az. 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fev 2022.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Müavin: Vüsal Quliyev [ölü keçid]
- ↑ "Vüsal Quliyev yeni yaradılmış sektorun rəhbəri təyin edilib". turaninfo.org. 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fev 2022.
- ↑ "Vüsal Quliyev sektor rəhbəri təyin edilib". azertag.az. 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fev 2022.
- ↑ "Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdir vəzifəsinə Vüsal Quliyev təyin olunub". azvision.az. 2022-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fev 2022.
- ↑ "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında" Arxivləşdirilib 2021-12-11 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2016-cı il tarixli, 1983 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- ↑ "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2021.
- ↑ "Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin tərkibində ictimai-siyasi işin təşkili sektoru yaradılıb". pia.az. 2019-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fev 2022.
- ↑ "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin təyin edilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 1983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 2021-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2021.
- ↑ "Prezidentin etimadını qazanan Vüsal Quliyev". www.bizimyol.info. 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fev 2022.
- ↑ "Prezident Administrasiyasında yeni sektor müdiri". www.istipress.com. 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fev 2022.
- ↑ "AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". e-qanun.az. 2021-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fev 2022.
- ↑ Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0192t nömrəli 26 iyun 2021-ci il tarixli əmrinə əsasən
Xarici keçidlər
redaktə- "Twitter ünvanı". twitter.com. İstifadə tarixi: 17 fev 2022.
- "Vüsal Quliyev: İctimai Şuraların koordinasiya olunmasına ehtiyac var". www.youtube.com. İstifadə tarixi: 17 fev 2022.
- "Vüsal Quliyev: Dövlətimizin başçısının tövsiyələri qarşımızda yeni vəzifələr qoyur". azertag.az. İstifadə tarixi: 17 fev 2022.
- "Vüsal Quliyev: QHT sahəsində Türkiyə ilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir". azertag.az. İstifadə tarixi: 17 fev 2022.
- "Vüsal Quliyev Müşahidə Şurasının sədr müavini seçilib". apa.az. İstifadə tarixi: 17 fev 2022.
- "Vüsal Quliyev: Korrupsiyaya qarşı birgə mübarizə aparmaq üçün ictimai şuraların bir çətir altında toplanması vacibdir". azertag.az. İstifadə tarixi: 17 fev 2022.
- "Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin təyin edilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 1983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb". etikxeber.az. İstifadə tarixi: 17 fev 2022.
- "Vüsal Quliyev: Gənclər təşkilatlarımız Avropada fəallıq nümayiş etdirirlər". az.trend.az. İstifadə tarixi: 17 fev 2022.
- "Vüsal Quliyev: "QHT-lər beynəlxalq ictimaiyyəti mina məsələsinə hüquqi qiymət verməyə çağırır"". icmal.az. İstifadə tarixi: 17 fev 2022.
- "Vüsal Quliyev: QHT jurnalistikasının inkişafı üçün geniş imkanlar mövcuddur". www.xezerxeber.az. İstifadə tarixi: 17 fev 2022.