Labrador Retriver - Wikipedia
Labrador retriver ən məşhur it cinslərindən biri sayılır. İlk əvvəl bu itlərdən işçi it qismində istifadə olunduğundan buna görə onların əksəriyyəti bələdçi itlər, xilasedici itlər kimi istifadə olunur. Bu it cinsi öz adını Kanadanın şərq sahillərində yerləşən Nyufaundlend adasından almışdır.
Labrador retriver | |||||
---|---|---|---|---|---|
ing. Labrador Retriever | |||||
Qısa adı | Lab, Labrador | ||||
Mənşəyi | |||||
Ölkə | Kanada[1] | ||||
Xarakteristikaları | |||||
Boyu |
|
||||
Çəkisi |
|
||||
Tükü | Hamar, qısa, sıx və düz | ||||
Rəngi | Qara və ya sarı | ||||
Balalaması | 5-10 bala (ortalama: 7.6)[2] | ||||
Ömrü | 12-13 il[3] | ||||
BKF təsnifatı | |||||
Qrupu | 8 | ||||
Seksiyası | 1 | ||||
Nömrəsi | 122 | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Aparılan tədqiqatların nəticələri "Labrador" cinsinin adının mənşəyi haqqında üç versiyanın olduğunu göstərmişdir. İlk labradorlar tamamilə qara rəngdə olduğundan " labradorit" mineral daşının rəngini xatırlatmışdılar. Ola bilsin ki bu daşın şərəfinə labradorlar öz adını almışdılar. İkinci versiyada isə bildirilir ki, labradorların əcdadları Labrador yarımadasına gətirilmişdir. Üçüncü versiya odur ki, onların yüksək işləmək qabiliyyəti görən portuqallar onlara portuqal dilindən tərcümədə "zəhmətkeş" mənasını verən labrador sözü ilə adlandırmışdılar.
Xarakterləri
redaktəBu itlər insanlara və başqa heyvanlara aqressiyanın yoxluğu ilə fərqlənirlər. Lakin onlar öz şıltaqlıqlarıyla seçilirlər. İnsanla çox əlaqədə olduğundan onlar öyrənməyə və təlimə çox asan meyllidirlər. Labrador retriverlər (məs. Golden Retriver) — özlərini şıltaq və çox fəal apardıqlarından yaşlı insanlara onların öhdəsindən gəlmək çətin olur. Labrador retriverlər — ağıllı, aktiv, oynaq, ünsiyyətcil itlərdir, onlar həmişə hamıyla dostlaşmaq istəyirlər. Onlar uşaqlarla əla yola gedirlər.
Bu itlər başqa heyvanlarla da əla yola gedirlər (pişiklər və s.).
Tarixi
redaktəLabradorların tarixi XIX əsrdən başlanır. Bu zaman Nyufaundlendin adasında balıqçıların sadiq köməkçisi olan "qara nyufaundlend" adlı itlər var idi. İngilis Piter Xoker Böyük Britaniyaya bir neçə belə individ gətirmişdir. Bu itlərin buruq tüklü retriverlərlə, ola bilsin ki setterlə birləşməsindən labrador peyda olmuşdur.
Cinsin ilk standartı 1887-ci ildə qeyd olunmuşdur. 1903-cü ildə Britaniya Kennel Klubu tərəfindən yalnız qara rəngli labradorlar tanınsalar da ancaq XX əsrin sonunda solğun sarı və daha sonra şokolad rəngində olan labradorlar da bu siyahıya əlavə edilmişdir.
Çox hərəkətli və mülayim xarakterə malik olması ilə seçilir. Yaxşı və ehtiraslı ovçudur. Öz kompanyonuna çox tez uyğunlaşandır. Dərrakəli, diqqətli və sözəbaxan, zərif və əsl dostdur. Təbiətcə çox mehriban olan bu itlərdə heç bir aqressiyaya nə də ki hər hansısa bir qorxaqlığa rast gəlinir. Beynəlxalq kinologiya federasiyasının təsnifatına əsasən 8-ci qrupa — retriverlər və spaniyellərə aid edilir. Labrador — ov itidir. O öz unikal keyfiyyətlərinin sayəsində kompanyon, bələdçi, xilasedici it qismində çıxış edə və partlayıcı maddələrin və narkotiklərin axtarışında iştirak edilə bilər.
Qulluq
redaktəLabradorlar qeyri-düzgün qidalanma zamanı artıq çəkini yığmağa malikdirlər. Həftədə 1-2 dəfə sıx su keçirməyən tükünü daramaq və təmizləmək kifayətdir. Labradorlar hərəkətdə olmağı sevirlər. Yaşlı itlərə gündəlik ən azı yarımsaatlıq səhər gəzintisi və iki saatlı gecə gəzintisi lazımdır. Körpələrə isə uzun müddətli oyunlar və məşğuliyyətlər tələb olunur.
İtin yeri
redaktəİtin yeri — bu heyvanın istirahəti üçün aparılmış ərazidir, haradaki o özünün təhlükəsizlikdə olduğunu hiss edir. İtin əldə etməmişdən əvvəl öncədən itin özünü rahat hiss etməsi üçün qalacağı yeri hazırlamaq lazımdır. Labradorların qalacağı yerlər nə çox yelçəkən yer nə də isitmə cihazlarına yaxın yerləşdirilməlidir. Adətən belə yer otağın küncü olur. Heyvanı hamamda və mətbəxdə yerləşdirmək olmaz. Həftədə bir dəfə yuyucu vasitə və dezinfeksiya edən vasitənin tətbiqiylə döşəməni yumaq tövsiyə edilir. Tük tökmə dövründə təmizləməni gündə iki dəfə keçirmək lazımdır. Bir də unutmaq lazım deyil ki, it yedizdirmə və qulluqdan başqa, adi diqqətə, ünsiyyətə, daimi qayğıya ehtiyac duyur.
Labradorlar incəsənətdə
redaktə2008-ci ildə çəkilmiş "Marli və mən" filminin baş qəhrəmanı
"Sağ qalmaq (teleserial, 2004) serialında Vinsent adlı köpək
"Qriffinlər" multiserialında Brayan Qriffin adlı it
İstinadlar
redaktə- ↑ Club, American Kennel. "Labrador Retriever History & Training/Temperament". 2018-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-06.
- ↑ "Litter Size in Dogs". Crown Partners Scientific Library. Royal Canin. 2010. 23 oktyabr 2012 tarixində arxivləşdirilib.
- ↑ Cassidy, Kelly M. "Breed Weight and Lifespan". Dog Longevity. 1 fevral 2008. 2007-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2017.