Kul Serif Mescidi - Wikipedia
Qol Şərif məscidi (tatar. Колшәриф мәчете, rus. мечеть Кул-Шариф) — Tatarıstan Respublikasının və paytaxtı Kazanın əsas cümə məscididir (2005-ci ildən); Kazan Kremlin ərazisində yerləşir.
Qol Şərif məscidi | |
---|---|
tatar. Колшәриф мәчете rus. мечеть Кул-Шариф | |
55°47′53″ şm. e. 49°06′18″ ş. u.HGYO | |
Ölkə |
Rusiya Tatarıstan |
Şəhər | Kazan |
Yerləşir | Kazan |
Aidiyyatı | Kazan Kremli |
Memar | Ş.X.Latışov, M.V.Safronov, A.Q.Səttarov, İ.F.Sayfullin |
Tikilmə tarixi | 1996-2005 |
Üslubu | İslam memarlığı |
Material | qranit, mərmər |
Rəsmi sayt | kazan-kremlin.ru/muzej-z… |
İstinad nöm. | 1610053000 |
Kateqoriya | Məscid |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məscidin inşasına 1996-cı ildə Kazan xanlığının paytaxtı, XVI əsrdə Orta Volqa dini təhsil və elmlərin inkişafı mərkəzi əfsanəvi çox minarəli məscidin yenidən qurulması kimi başlanmışdır. Məscid 1552-ci ilin oktyabrında İvan Qroznı qoşunları tərəfindən Kazana edilən hücum zamanı dağıdılmışdı. Sonuncu imam seyid, Kazan müdafiəsinin liderlərindən biri Kul-Şərifin adını daşıyır. 36 m yüksəklikdəki günbəz "Kazan papaqları" təsviri və dekorativ detalları ilə əlaqəli formalarla bəzədilib. Dörd əsas minarənin hər birinin hündürlüyü 58 metrdir. Məscidin xarici görünüşünün memarlıq və bədii həlli məscidin memarlığını yerli ənənələrə yaxınlaşdıran semantik elementlərin inkişafı ilə əldə edilmişdir. Ağ mərmər və qranitdən tikilmiş,günbəz və minarələr firuzəyi rəngdədir.[1]
İstinadlar
redaktə- ↑ "Putin joins Tatarstan festivities". BBC News. 2005-08-26. 2010-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-22.
Xarici keçidlər
redaktə- "Kul Sharif (The main page)". 13 September 2005 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 June 2009.
- Kul Sharif video