Krasna Horka Qalasi - Wikipedia
Krasna Horka qalası (slovak. Hrad Krásna Hôrka, mac. Krasznahorka vára) — Slovakiyada Koşitse Bölgəsindəki Roznava yaxınlarındakı Krasnohorske Podradiye kəndinə baxan bir təpədə qurulmuş bir qala. Qalanın ilk yazılan sözü 1333-cü ildə idi. 1961-ci ildə Krasna Horka, Slovakiya Respublikasının Milli Mədəniyyət Abidəsi elan edildi[1]. Ölkənin ən yaxşı qorunmuş qalalarından biri olduğu deyilirdi. 2012-ci ilin Mart ayının 10-da qalada yanğınla böyük zərər gördü.[2]
Krasna Horka qalası | |
---|---|
slovak. Hrad Krásna Hôrka mac. Krasznahorka vára | |
(Slovakiya) | |
Tipi | Qala |
Sahəsi | 485 m² |
Yer haqqında informasiya | |
İctimaiətə açılıb | Bəli |
Sayt | www.hradkrasnahorka.sk |
Tikinti yerinin tarixi | |
Tikilib | XIV əsrdə] |
Vikianbarda əlaqəli mediafayllar |
Etimologiyası
redaktəAdı "gözəl bir dağ" deməkdir (Slovakca: krásná - gözəl, hôrka - kiçik bir dağ).[3] Kras (Karst) məhəllədə olduğu üçün ola biləcək deyil, olabiləcək, Kras (karst) sözündən törədilmişdir.[3]
Tarixi
redaktəQala XIII əsrdə Akos qardaşları tərəfindən Transilvaniya'dan Koşitse'dən Spiş'ə və bugünkü Polşaya gedən bir ticarət yolunda inşa edilmişdir. (Daha sonra adı Bebek olaraq dəyişdirən) Akos ailəsi, Mariyassi ailəsinin qalanı nəzarət altına aldığı qısa bir müddət xaricində, XIII əsrin ortalarından, 1566-cı ilə qədər Krasna Horkada yaşayırdı. 1578-ci ildə qala, Pitr Andrassinin (əslən Macar olmuşdur) əlinə keçdi və 1918-ci ilə qədər (İlk Çoxoslovak Respublikasının qurulduğu il) Andrassi ailəsinin hakimiyyətində qalmışdır.[1]
2010 və 2011-ci illərdə qala təzələndi və 2011-ci ilin Aprel ayında ictimaiyyətə açıldı.[4]
2012 Yanğını
redaktə2012-ci ilin Mart ayının 10-da qala, yanğın səbəbiylə çox ziyan gördü. Yanğına, siqaret yandırmaq istəyən iki gənc oğlan səbəb oldu və onlar bilmədən təpəyə doğru gedən çəməni yandırdı, bu yanğın qalaya sıçradı.[5][6]
Qala binası çox ziyan gördü. Dam, Qotik saraydakı sərgi sahəsi və zəng qülləsi tamamilə məhv oldu[7][8]. Zəng qülləsində üç zəng əridi[9]. Başlanğıcda, qalanın tarixi əsərlərinin çoxunun məhv edildi fikirləşilirdi[2]. Bununla birlikdə, Slovakiya Daxili İşlər naziri Daniyel Lipşits, "... sərgilərin əksəriyyəti ziyan görmədi" dedi[10]. Slovakiya Mədəniyyət naziri Daniyel Krayser, qalanın yalnız üst qisiminin (kolleksiyalar da daxil) məhv olunduğunu dedi[4]. Slovakiya Milli Muzeyi, kolleksiyaları 90%'nin ziyan görmədiyini dedi.[9]
Yanğından dərhal sonra dedi-qodular, xəbər vasitələri və İnternetdə yanğın məsullarının qaraçı əsilli olduğunu yayıldı. Buna görə qonşu yaşayış məntəqələrdəki qaraçı əhali onlara hücum ediləcəyindən qorxdu.[11]
Qalereya
redaktəXarici Keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Sovova, Lusiye (2012-ci ilin Mart ayının 10-u). "VIDEO: Slovenský hrad Krásna Hôrka poničil požár" Arxivləşdirilib 2023-07-25 at the Wayback Machine (Çexcə). Mediafax.cz. 2012-ci ilin Mart ayının 11-ində alındı.
- ↑ 1 2 Urquhart, Vendi. "Slovakiyanın Krasna Horka qalası yanğın zamanı məhv olundu" Arxivləşdirilib 2012-04-18 at the Wayback Machine. BBC Xəbərləri. 2012-ci ilin Mart ayının 11-də alındı.
- ↑ 1 2 Krayçoviç, Rudolf (2011). "Z lexiky stredovekej slovenčiny s výkladmi názvov obcí a miest (12)". Kultúra slova. Martin: Vydavateľstvo Matice slovenskej (2): 99.
- ↑ 1 2 "Slovenský hrad Krásna Horka poškodil obrovský požár" Arxivləşdirilib 2014-09-06 at the Wayback Machine (Çexcə). Czech Television. 2012-ci ilin Mart ayının 10-u. 2012-ci ilin Mart ayının 11-də alındı.
- ↑ "Hrad Krásna Hôrka zdevastoval veľký požiar" Arxivləşdirilib 2012-05-13 at the Wayback Machine(Slovakca). Pravda.sk. 2012-ci ilin Mart ayının 11-i. 2012-ci ilin Mart ayının 12-də alındı.
- ↑ "Krasna Horka Yanğını: Siqaret Çəkən Uşaqlar Slovakiya Qalasını Yanırdılar" Arxivləşdirilib 2016-12-29 at the Wayback Machine. Huffington Post. 2012-ci ilin Mart ayının 11-i. 012-ci ilin Mart ayının 11-də alındı.
- ↑ Vilçek, İvan (10 Mart, 2012). "Na Slovensku hoří hrad Krásna Hôrka" Arxivləşdirilib 2023-07-25 at the Wayback Machine (Çexcə). Novinky.cz. 2012-ci ilin Mart ayının 12-ə alındı.
- ↑ "Z Krásnej Hôrky sa podarilo zachrániť 90 percent expozícií" Arxivləşdirilib 2023-07-25 at the Wayback Machine (Slovakca). Nový čas. 2012-ci ilin Mart ayının 11-i. 2012-ci ilin Mart ayının 11-də alındı.
- ↑ 1 2 Şubrt, Pavel (11 Mart, 2012). "Slovenský hrad Krásná Hôrka shořel kvůli dvěma dětem s cigaretou" Arxivləşdirilib 2013-01-05 at Archive.today (Çexcə). Novinky.cz. 2012-ci ilin Mart ayının 11-ində alındı.
- ↑ Sovova, Luciye (10 Mart, 2012). "VIDEO: Slovenský hrad Krásna Hôrka poničil požár" Arxivləşdirilib 2023-07-25 at the Wayback Machine (Çexcə) Mediafax.cz. 2012-ci ilin Mart ayının 11-də alındı. ("Drtivá většina exponátů je naštěstí nepoškozená...")
- ↑ Vilçek, İvan (12 Mart, 2012). "Na hradě Krásna Hôrka se většina exponátů zachránila" Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (Çexcə). Novinky.cz. 2012-ci ilin Aprel ayının 3-də alındı.