Kosovo Ve Avro - Wikipedia
Kosovo Respublikası 2008-ci ildə müstəqilliyini elan etdikdən daha öncə, 2002-ci ildə birtərəfli qaydada avronu öz valyutası kimi qəbul etdi.[1] Baxmayaraq ki, Kosovo Avrozonanın və ya Avropa İttifaqının üzvü deyildi.
1999-cu ildən əvvəlki vəziyyət
redaktəBirləşmiş Millətlər Təşkilatının Kosovodakı Müvəqqəti İdarə Heyətinin[ing.] təyin olunmasından öncə Kosovo, Yuqoslaviya ilə iqtisadi əlaqədə idi və valyuta kimi Yuqoslaviya dinarı istifadə olunurdu, lakin Yuqoslaviyadakı inflyasiya və gərginlik Yuqoslaviya dinarına olan etibarı azaltdı. Bunu görən əhali öz səhmlərini xarici valyutalarda saxlamağı üstün tuturdu. Əsasən alman markı, ABŞ dolları və isveçrə frankı istifadə olunurdu.
Alman markının istifadəsi
redaktəMüxtəlif valyutaların istifadə olunmasına baxmayaraq, alman markası üstünlük təşkil edirdi.[2] 1999-cu ilin sentyabrında BMT-nin administrasiyası digər valyutaların istifadəsini tənzimləyən qərar qəbul etdi. Yuqoslaviya dinarı rəsmi olaraq dövriyyədən çıxarılmadı, lakin istifadəsi "məsləhət görülmürdü".[3][4][5] Digər valyutaların istifadəsi isə davam edirdi. Almaniya Federal Bankı[ing.] vəziyyətdən gec xəbər tutduğuna görə Kosovaya əvəz olunması üçün yeni əskinsalar göndərməmişdi, lakin alman markının idxalına və ixracına heç bir qadağa qoyulmadığına görə xaricdə işləyən bir çox kosovalı ölkəyə bu valyutada pul göndərirdi ki, bu da Kosovada pul kütləsinin artmasına səbəb oldu.
Avroya keçid
redaktəAlmaniya kimi Kosovo Respublikası da avronu 2002-ci il yanvarın 1-dəv valyuta kimi qəbul edib. 9 mart 2002-ci il tarixinə qədər alman markı Kosovoda qanuni ödəniş vasitəsi olaraq qaldı. Avroya keçid Avropa Mərkəzi Bankı və avro zonasının bir sıra milli bankları ilə əməkdaşlıq nəticəsində əldə edilib.[6] 2001-ci ilin dekabrına qədər Kosovodakı Bankçılıq və Ödənişlər İdarəsinə təxminən 100 milyon avro nağd pul göndərilmişdi. Kosovonun özündə heç bir valyuta çap olunmur.
Avropa İttifaqına üzvlük
redaktəKosovo Avropa Birliyinə üzv olmaq üçün potensial namizəddir. Avropa Komissiyası bəzi ölkələrin birtərəfli qaydada avronu rəsmi valyuta kimi qəbul etməsinə narazılığını bildirib.[7] Buna görə Kosovanın Aİ-yə daxil olub-olmayacağı hələ də qeyri-müəyyən olaraq qalır."[8] 2002-ci ildə eyni qaydada avronu valyuta kimi qəbul edən Monteneqronun Stabilləşmə və Assosiasiya Prosesi[ing.] şazişindəki əlavədə qeyd olunub: "Avronun birtərəfli qaydada tətbiqi şazişə ilə uyğun gəlmir". Bu məsələnin üzvlüklə bağlı danışıqlar prosesi zamanı həll olunacağı gözlənilir. Diplomatlar təklif edirlər ki, ölkələr avronu dövriyyədən çıxarmağa məcbur edilməyəcək.[9]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ European Central Bank. "The Euro outside European Union". www.ecb.europa.eu. 21 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 December 2019.
- ↑ "Kosovo adopts Deutschmark". BBC. 3 September 1999. 25 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 June 2013.
- ↑ "Administrative Direction No. 1999/2 (On the currency permitted to be used in Kosovo)". UNMIK. 4 October 1999. 7 June 2011 tarixində arxivləşdirilib.
- ↑ "Enlargement – Kosovo". Avropa Komissiyası. 27 November 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 September 2012.
- ↑ Mitra, Saumya. Kosovo: economic and social reforms for peace and reconciliation. 2001. 22. ISBN 978-0-8213-4942-7.
- ↑ Bevölkerung am 1. Januar Arxivləşdirilib 2014-01-02 at the Wayback Machine (seit 2008), Eurostat, epp.eurostat.ec.europa.eu.
- ↑ "EU warns Montenegro over Euro". B92. 2007-10-10. 2012-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-09.
- ↑ "Montenegro heading for EU membership". 2007-10-24. 2013-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-19.
- ↑ "EU to question Montenegro's use of euro". 2007-10-08. 2013-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-19.