Kosovo Iqtisadiyyati - Wikipedia
Kosovo iqtisadiyyatı — keçid dövrü yaşayan, yeni qurulan ölkə. Kosovo iqtisadiyyatı faktiki olaraq alban diasporu və donor ölkələrdən gələn pul köçürmələri sayəsində inkişaf etməyə çalışır. İl ərzində adam başına 8 min dollar pul düşür.
Kosovo keçmiş Yuqoslaviya birliyinə daxil olan ölkələr arasında ən kasıb ölkə hesab edilir. 1990-cı illərdə planlı pis iqtisadi siyasət, beynəlxalq sanksiyalar, iqtisadi və etnik konfliktlər onsuzda zəif olan region iqtisadiyyatını daha da zəiflətmişdir.[1]
1999—2007
redaktə1999-cu ildən Kosovo iqtisadiyyatında dinamik inkişaf müşahidə edilir. Avro ölkənin əsas valyutasıdır.[2] Serbiya dinarı isə ölkənin serblər yaşayan şimal hissəsində istifadə edilir.
Müstəqillik dönəmi
redaktə2009-cu ildə orta əmək haqqı hər iş saatına görə 2,98 $ təşkil etmişdir.
İqtisadiyyatı zəiflədən əsas amillərdən biri beynəlxalq statusun müəyyən edilməməsi olmuşdur. Bu isə Kosovoya kredit alınması və investisiya yatırılmasını çətinləşdirir.[3]
2009-cu ilin iyul ayından Kosovo Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun üzvüdür. Bundan 3,5 il sonra ölkə Avropa Yenidənqurma və İnkişaf Bankının tam hüquqlu üzvü olmuşdur.
Porsche Austria 2008-ci ildə[4] Kosovoda öz filialını açmışdır.
İşsizlik və məşğulluq
redaktəKosovoda əsas problemlərdən biri işsizlikdir. 2013-cü il məlumatına görə əmək qabiliyyətli əhalinin 30,0 % işsizdir. Bununla belə ilbəil ölkədə işsizlik səviyəsi enməkdədir.
2013-cü ilə görə ölkədə 1 191 630 nəfər əmək qabiliyyətli insan vardır ki, bununda, 483 193 nəfəri işçi qüvvəsidir (338 364 nəfər işə sahib olsa da qalanları işsizdir). İşəgötürənlərin demək olar ki yarısı dövlət sektorunda cəmlənmişdir. 2013-cü ildə işləyən əhali aşağıdakı kimi paylanmışdır: 31,8 % - dövlət, ictimai xidmət və ordu, 13,3 % - dövlət təşkilatları, 46,7 % - özəl şirkətlər, 4,3 % - ailə biznesləri, 3,9 % - qeyri dövlət, humanitar və iyanə təşkilatları.
Şirkətlərin siyahısı
redaktəBank və sığorta şirkətləri
redaktə2014-cü ilin əvvələrinə olan məlumata görə Kosovoda 9 kommersiya bankı və 13 sığorta şirkəti fəaliyyət göstərir.
- Raifeisen
- Procredit
Telekamunikasiya
redaktəSənaye
redaktə- Kosova Steel
İstinadlar
redaktə- ↑ "Kosovo". 2013-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-22.
- ↑ "Архивированная копия". 2007-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-10-10.
- ↑ "BBC NEWS | Business | Brussels offers first Kosovo loan". 2021-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-22.
- ↑ "New Kosova Report — Porsche opens retail branch in Kosovo". 2016-03-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-22.