Komarov Sorgilesi - Wikipedia
Komarov şorgiləsi (lat. Nitraria komarovii) — şorgiləkimilər fəsiləsinin şorgilə cinsinə aid bitki növü.
Komarov şorgiləsi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: ???: Komarov şorgiləsi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Təbii yayılması
redaktəQafqaz, Rusiya (Aşağı Volqa), Qazaxıstan, Türkmənistan, Avstraliya, Mərkəzi Asiya, Afrika, Ərəbistan və Fələstində yayılmışdır.
Botaniki təsviri
redaktə1-1,4 m hündürlükdə, yarpağını tökən koldur. Yarpaqları növbəli, sadə, ətlidir. Çiçəkləri sarımtıl və ya ağdır, qısa ayaqlarda, yumşaq, qoltuq qıvrımlarda yerləşir. May ayında çiçəkləyir, meyvəsi avqustda yetişir. Meyvəsi giləmeyvə, sulu, oval çəyirdəkdir.
Ekologiyası
redaktəİşıqsevən bitkidir. Şorgilə növləri qumluqların təbii bərkidiciləri kimi istifadə edilə bilər. Təbiətdə dağətəyində və zərif bitkilər üçün az yararlı olan sahələrdə bitir.
Azərbaycanda yayılması
redaktəAbşeronda rast gəlinir. Azərbaycanın nadir növüdür.
İstifadəsi
redaktəTərkibi qələvi ilə zəngindir – sabun istehsalı üçün istifadə edilir. Bitkinin külündə karbon kaliumu (potaş) vardır, qumluqlarən təbii bərkidiciləri kimi istifadə edilə bilər.
Ədəbiyyat
redaktə- Деревья и кустарники. СССР. т. 4. 1958;
- Флора Азербайджана т.6. 1955; Azərbaycanın ağac və kolları. III cild. 1970;
- Azərbaycanın “Qırmızı” və “Yaşıl kitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; *Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.
İstinadlar
redaktə- Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine