Kokos Suyu - Wikipedia
Kokos suyu — kokos palmasının gənc meyvələrindəki maye endosperm[1][2].
Kokos suyu | |
---|---|
| |
Növü | Kokos palması |
Rəngi | ağ-şəffaf |
Vikianbarda əlaqəli mediafayllar |
Tərkib və xüsusiyyətləri
redaktəKokos çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində olan bəzi maddələr haqqında xüsusilə danışmaq lazımdır. Belə ki, kokos "südü"nün tərkibində olan laurin turşusu təbii "antibiotik"dir. Laurin turşusu ana südünün tərkibinə daxildir. Kokos əslində kokos palmasının toxumudur. Tropik ölkələrdə kokos "ilahı" meyvə sayılır və həm qida, həm dərman kimi müxtəlif xəstəliklər və pozulmalar zamanı (ishal, zəhərlənmə, baş ağrısı, yaralar, impotensiya və s.) geniş istifadə olunur. Kokosdan kişi gücünü artıran xüsusi tonuslaşdırıcı kokteyllər hazırlayırlar. Kokos B, E, C vitaminlər, kalsium, dəmir, kalium, sink, mis, fosfor, yod və s. kimi bir çox faydalı minerallar, bir çox nadir orqanik turşularla zəngindir. Kokosun suyu insana əlavə enerji və güc verir. Bu səbəbdən bu məhsulu idmançıların qidalanmasına tez-tez əlavə edirlər. Zəif, xəstə, əməliyyat keçirmiş insan da kokosun bu faydalı xüsusiyyətindən istifadə edə bilər. Kokos insanın cinsiyyət sisteminə çox müsbət təsir edir. Kokos (xüsusilə onun "südü") kişilərdə potensiyanı yaxşılaşdırır. Kokos ürək xəstəlikləri, onkoloji xəstəliklər, aterosklerozun riskini azaldır, görmə qabiliyyətini yaxşılaşdırır. Kokos saçların və dərinin vəziyyətinə müsbət təsir edir. Bu səbəbdən kokos suyu müxtəlif maskalar, kremlər, şampunlar və s. tərkibində çox geniş istifadə olunur. Ümumillikdə kokos yağı çox faydalı müalicəvi məhsuldur. B qrupu vitaminlərlə zəngin olan kokos insanın sinir sisteminə çox müsbət təsir edir - sakitləşdirir, beyinin fəaliyyətini yaxşılaşdırır. Kokos suyu bağırsaqlar üçün xüsusilə faydalıdır - bağırsaqları təmizləyir, burada yığılan toksinləri, şlakları və s. ziyanlı maddələrin xaric olmasını sürətləndirir. Kokos immun sisteminə çox müsbət təsir edir, orqanizmin virus və mikroblara qarşı davamlılığını artırır.okos suyu uşaqlar üçün çox faydalıdır. Kokos suyu (təzə kokoslarda maye) xüsusi xassələrinə görə fərqlənir. Onun gəncləşməyə və çəkinin sürətlə azalmasına kömək etdiyi də sübut edilib. Bu barədə "The Times of India" yazır. Rəsmi hesablamalara görə, bir fincan kokos suyunda təxminən 46 kalori, bir fincan kokos südündə isə tam 550 kalori var. Nisbətən aşağı kaloriliyi ilə yanaşı, kokos suyu orqanizmdəki maye çatışmazlığının yerini çox yaxşı doldurur. Dünya müharibəsi zamanı ondan fizioloji məhlul kimi istifadə edildiyi də məlumdur. Kokos suyunda yağ yoxdur, əvəzində çoxlu təbii şəkər və mineral maddələr var. O, maqnezium, kalium və sellülozla zəngindir. Su elektrolitlərin xüsusi tərkibinə görə su çatışmazlığını əla doldurur. Onun tərkibi plazmaya çox yaxındır. Suyun zənginliyi aclığı hiss etməməyə, qarşısıalınmaz şirin nəsə yemək istəyinin öhdəsindən gəlməyə imkan verir. Nəticədə insan az yeyir, bununla belə onun orqanizmi zəhərlərdən təmizlənir[3][4][5].
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Janick J, Paull RE. Cocos in The Encyclopedia of Fruit and Nuts. 2008. 109–113. 18 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 May 2015.
- ↑ Barclay, Eliza. "Coconut Water To The Rescue? Parsing The Medical Claims". NPR. 15 Aug 2011. 2013-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 Oct 2013.
- ↑ Crawford, Elizabeth. "Coconut products can never claim to be 'healthy' because of the saturated fats, says legal expert". foodnavigator-usa.com. October 29, 2014. 10 February 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 December 2015.
- ↑ "Vita Coco coconut water settles class action lawsuit". Lexology. Manatt Phelps & Phillips LLP. May 27, 2012. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 December 2015.
- ↑ Campbell-Falck D, Thomas T, Falck TM, Tutuo N, Clem K. "The intravenous use of coconut water". Am J Emerg Med. 18 (1). 2000: 108–11. doi:10.1016/S0735-6757(00)90062-7. PMID 10674546.