Kokos Palmasi - Wikipedia
Kokos_palması - Haqqında Məlumat
Kokos palması və ya Hind qozu ağacı (lat. Cocos nucifera) — palmalar fəsiləsindən bitki növü. Gövdəsinin hündürlüyü 20–25 m, diametri 50-60 sm-dir, yarpağı lələkvarı olub uzunluğu 3-6,5 metrdir. Bircinsiyyətli çiçəkləri süpürgə çiçək qrupunda yerləşir.
Kokos palması | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Kokos palması |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Kokos qozu adlanan meyvəsi çəyirdəkdir: çəkisi 1,5-2,5 kq olur. Yetişmiş meyvəsində kokos südü və yağı var. Hind qozu 7-13 yaşında meyvə verir, 60 ilə qədər məhsul yığmaq olur. 90-100 il yaşayır. Kokos palması qədim zamanlardan hər iki yarımkürənin tropik ölkələrində, əsasən Filippində, Malay arxipelaqı adalarında, Malakka yarımadasında, Hindistanda və Şri-Lankada becərilir.
Dəniz və okean sahillərində bitən bitkidir. Gövdəsi yaxşı tikinti materialıdır.
Sinonim
redaktə- Calappa nucifera (L.) Kuntze
- Cocos indica Royle
- Cocos nana Griff.
- Cocos nucifera var. synphyllica Becc.
- Palma cocos Mill. [Illegitimate]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1188.
Vikianbarda Kokos palması ilə əlaqəli mediafayllar var.
Birləpəlilər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |