Kibernetika - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Kibernetika (yun. Επιστήμη συστημάτων) — yunan sözü olub, hərfi mənası "idarə etmək bacarığı" deməkdir. Kibernetika əks əlaqəyə malik olan sistemlərin idarə olunması haqqında elmdir.[1] Riyaziyyat, texnika və neyrofiziologiyanın qovşağında yaranmış kibernetikanı əks əlaqə mexanizminə malik canlı və cansız sistemlər sinfi maraqlandırır.
1834-cü ildə görkəmli fransız fiziki Andre Mari Amper elmlərin təsnifatını təklif etmişdir. Cəmiyyətin idarə olunması haqqındakı elmi göstərmək üçün o, "kibernetika" (cybernetics) terminini istifadə etmişdir. Kibernetika yunan dilindən tərcümədə "idarə etmək məharəti" mənasını verir.
Kibernetikanın əsasını 1948-ci ildə "Kibernetika" kitabını çap etdirmiş amerikan riyaziyyatçısı Norbert Viner (1894–1964) qoymuşdur. Bu elmin orijinallığı bundadır ki, o, sistemin maddi tərkibini və strukturunu deyil, baxılan sistemlər sinfinin işinin nəticəsini öyrənir. Kibernetikada ilk dəfə "qara qutu" anlayışı işlənib hazırlanmışdır. "Qara qutu" elə bir keçirilməsini təmin edən informasiyalara mexanizmdir ki, o indiki və giriş potensialı üzərində, bu potensialın strukturu və onun həyata malik olmadıqda belə müəyyən əməliyyatları həyata keçirə bilirik. Kibernetikada mürəkkəb sistemlərin xarici təsirlərə cavab reaksiyaları, onların həyata keçirdikləri funksiyalar öyrənilir[2] Kibernetikada sistemlərə substrat (maddi) və struktur yanaşma ilə bərabər sözün geniş mənasında sistem yanaşmanın funksional variantından da istifadə olunur. Əgər XVII əsr və XVIII əsrin əvvəlləri – saat əsri, XIII əsrin sonu və XIX əsr – buxar maşını dövrü olmuşdursa, hazırkı dövr əlaqə və idarəetmə dövrüdür.
Bu proseslərin öyrənilməsinə kibemetika öz töhfəsini vermişdir. Əlaqə və idarəetmə modellərini öyrənən kibernetika bu prosesdə elmə çoxdan məlum olan, lakın yalnız müasır təbiətşünaslıqda status qazanan informasiya anlayışından istifadə edir. Sistemin təşkil olunmamasının ölçüsünü əks etdirən entropiya anlayışından fərqli olaraq informasiya anlayışı sistemin təşkil olunmasının ölçüsünü ifadə edir. Kibernetika informasiya ilə sistemin digər xarakteristikaları, o cümlədən entropiya arasındakı asılılığı aşkar edir. Araşdırmalar göstərir ki, informasiya ilə entropiya arasmda tərs mütənasib asılılıq mövcuddur: entropiya artdıqca ınformasıya azalır və əksinə. İnformasiyanın entropiya ilə əlaqəsi informasiyanın enerji ilə əlaqəsinə şəhadət verir.
Kibernetikanı, adətən, nəzəri, texniki və tətbiqi kibernetikaya bölürlər.
Texniki kibernetika
redaktəTexniki kibernetikaya bəzi hallarda kibemetikanın müstəqil istiqaməti, bəzən də tətbiqi kibernetikanın növlərindən biri kimi baxılır. Texniki kibernetika idarəedici və hesablayıcı qurğularda tətbiq olunan texniki vasitələrin quraşdırılması və istismar məsələləri ilə məşğul olur. Texniki kibernetikanın başlıca problemlərindən biri "insan-maşın" problemidir. Bu problemin mahiyyətində ayrılmaz elementini insan-operator təşkil edən avtomatlaşdırılmış idarəetmə sistemlərinin öyrənilməsi durur. Bu sahədə meydana çıxan bir sıra yeni problemlər (insanın adaptiv xassələri, insan-operatorun intellektual fəaliyyəti, onun fəaliyyətinin məntiqi təsviri, evristik proqramlaşdırma və s.) texniki kibernetikada mühüm əhəmiyyət kəsb edir.
Nəzəri kibernetika
redaktəNəzəri kibernetikaya riyaziyyatın müxtəlif bölmələrində yaranmış elmi istiqamətlər, o cümlədən riyazi məntiq, ehtimallar nəzəriyyəsi, hesablama riyaziyyatı, informasiya nəzəriyyəsi, kodlaşdırma nəzəriyyəsi, alqoritmlər nəzəriyyəsi və b. daxildir. Kibernetikanın özündə isə avtomatlar nəzəriyyəsi, formal dillər və qrammatikalar nəzəriyyəsi, obrazlarm tanınması nəzəriyyəsi və s. bölmələr yaranmışdır.
Nəzəri kibernetikanın yalnız riyaziyyat və məntiqə müncər edilməsini düşünmək doğru olmazdı. Digər təbii və texniki elmlər kimi kibernetika da obyektin öyrənilınəsi üçün eksperimentdən, xüsusilə maşın modelləşdirməsi adlanan riyazi eksperimentdən istifadə edir. Riyazi eksperiment obyektin fıziki modelini qurmadan və tədqiq etmədən onun elektron hesablama maşınında reallaşdırılan riyazi modeli əsasında tədqiqini mümkün edir. EHM-da aparılan modelləşdirmə digər elmlərlə müqayisədə kibernetikaya xüsusi üstünlük verir. Kibernetik yanaşma metodundan bütün elmlərdə – təbii, texniki və humanitar elmlərdə istifadə olımur. Bu baxımdan kibernetika riyaziyyata bənzəyir[3].
Sistemin rəngarəngliyi artdıqca informasiyalar da müvafıq suratdə çoxalır, lakin informasiyanın sistemlərin rangarəngliyi ilə əlaqəsi təkcə bununla bitmir. Kibernetikanın əsas qanunlarıdan biri "zəruri rəngaranglik" qanunudur. Bu qanuna görə hər bir sistemin eftektli idarə olunması yalnız o halda mümkündür ki, idarə edən sistemin rəngarəngliyi idarə olunan sistemin rəngarəngliyindən böyük olmuş olsun.
Nəzəri kibernetika ixtiyari təbiətli idarəetmə sistemlərinin aparatının və metodlarının işlənib hazırlanması ilə məşğul olur. Onun əsas bölmələrindən biri mürəkkəb sistemlərin idarə olunmasının nəzəriyyəsidir. Nəzəri kibernetikada təsadüfı proseslər nəzəriyyəsi, oyunlar nəzəriyyəsi, statistik həllər nəzəriyyəsi və s. böyük əhəmiyyət psixologiyası ilə kəsişməsinə səbəb olur. Texniki kibernetikanın məşğul olduğu problemlər spektri zəngindir: obrazların tanınması, oxuya bilən avtomatların yaradılması, texniki proseslərin və ya fiziki eksperimentlərin halını xarakterizə edən situasiyalarm təhlili, avtomatlaşdırılmış diaqnostik qurğuların işlənib hazırlanması, obyektlərin identifıkasiyası və s. Kibernetikanın xalq təsərrüfatı sahəsində ən mühüm vəzifəsi müəssisələrin idarə olunmasının avtomatlaşdırılmış sisteminin və texniki proseslərin idarə olunmasının avtomatlaşdırılmış sistemini yaratmaqdan ibarətdir. Bu sistemlərin yaradılmasının elmi bazasmı təkcə texniki kibernetika deyil, həm də informasiya nəzəriyyəsi, sistematotexnika, iqtisadi kibernetika təşkil edir.
Tətbiqi kibernetika
redaktəTətbiqi kibernetika nəzəri və bir sıra hallarda texniki kibernetikanın biologiyaya, təbabətə, iqtisadiyyata, sənayeyə, nəqliyyata, rabitə xidmətinə və s. tətbiq edilməsilə məşğul olur.
Kibernetikanın tarixi taleyi elədir ki, onun məzmununda biliyin demək olar ki, bütün sahələri birləşir. Kibernetika – hər hansı bir elm olmayıb, idarəetmənin ümumi prinsiplərini, idarəetmə üsullarını və onların texnikada istifadə olunmasının vasitələrini öyrənən bütöv bir istiqamətdir. Kibernetikanın bəzi tərkib hissələri təbiət elmlərinə, bəziləri texniki elmlərə, bəziləri isə ictımaı elmlərə aiddir.
Öyrəndiyi obyektlərin genişlik dairəsini əsas tutaraq bir sıra müəlliflər kibernetikanı "müasir fəlsəfə", "elmi-texniki inqilab dövrünün fəlsəfəsı" adlandırırlar. Məzmunu fəlsəfi problemlərlə zəngin olsa da kıbernetika fəlsəfə deyil. Onun özünəməxsus, lakin fəlsəfənin predmetindən (təbiət, cəmiyyət, təfəkkür və idrakın ən ümumi qanunları) daha məhdud və dar olan xüsusi predmeti (idarəetmə) vardır. Bu problemlərin həlli kibernetikanın hüdudlarını aşaraq fəlsəfi təhlil sahəsinə daxil olur. Elmi dialektik fəlsəfə kıbernetikanın dünyagörüşü və metodoloji əsası kimi çıxış edir.
Fəlsəfə və kibernetika
redaktəFəlsəfə və kibernetikanın əlaqəsi qarşılıqlı səciyyə daşıyır. Bütövlükdə kibernetikanın nəzəri idrak üçün əhəmiyyəti aşağıdakı cəhətlər ilə müəyyən olunur:
- Fəlsəfi əhəmiyyəti: kibemetıka əlaqənin, idarəetmənin, informasiyanın, təşkilolunmanın, əks əlaqənin, məqsədəuyğunluğun, ehtimalın roluna əsaslanaraq dünya haqqında, təbiət və cəmiyyət haqqında yeni təsəvvürlər verir.
- Sosial əhəmiyyəti: kibemetika mütəşəkkil tam kimi qəbul etdiyi cəmiyyət haqqında yeni təsəvvürlər irəli sürür.
- Umumi elmi əhəmiyyəti: kibemetikanın bu əhəmiyyəti üç mənaya malikdir: a) kibernetıka elmin digər sahələri üçün mühüm əhəmiyyət kəsb edən ümumelmi anlayışlar (idarəetmə, mürəkkəb dinamik sistem, informasiya və b. verir; b) elmə yeni tədqiqat metodları (ehtimali metod, stoxastik metod, EHM-də modelləşdirmə və b. verir; v) "siqnal-cavab" funksional yanaşma metodu əsasında kibernetik sistemlərin tərkibi və strukturu haqqında sonrakı tədqıqatların gedişində yoxlanıla bilən hipotezləri irəli sürür. Məsələn, texnika sistemlər üçün işlənib hazırlanmış yeni bir qaydaya görə sistemin işindəki xətanı tapmaq üçün üç eyni sistemın işini yoxlamaq lazımdır. Onlardan ikisinin işinə görə üçüncünün səhvləri tapılır.
- Metodoloji əhəmiyyəti: kibernetikanın metodoloji əhəmiyyəti bununla müəyyən olunur ki, sadə texniki sistemlərin funksiyalaşmasının öyrənilməsi daha mürəkkəb sistemlərdə (canlı orqanizmlər, insan təfəkkürü və s.) cərəyan edən proseslərin (həyatın yenidən hasil edilməsi, təhsil və s.) dərk edilməsində istitadə olunur. Bu qəbildən olan kibernetik modellərin müasir elm üçün əhəmiyyəti bununla şərtlənir ki, hazırda mürəkkəb sistemlərdə cərəyan edən proseslərin adekvat təsvirini verən riyazi tənliklər olmadığından onlarm daha sadə modelləri ilə kifayətlənmək lazım idi.
- Texniki əhəmiyyəti: kibernetikanın texniki əhəmiyyəti bundadır ki, mövcud kibernetik prinsiplər əsasında elektron hesablama maşınlarının, robotların, şəxsi kompyuterlərin yaradılması yalnız elmi idraki deyil, həm də həyatm bütün sahələrinin kibemetikləşdirilməsinə yə informatikləşdirilməsinə səbəb olur.
Kibernetika cinayətləri və qanunları
redaktəMüasir dövrdə informasiya kommunikasiya texnologiyalarının inkişafı kibercinayətkarlığın meydana gəlməsinə və gündən-günə artmasına gətirib çıxarmışdır. Birləşmiş Millətlər Təşkilatı nın hesabatında hər il 1.5 milyondan çox insanın internet vasitəsilə edilən cinayətlərin qurbanı olduğu və kibercinayət xarakterli fəaliyyət nəticəsində dəymiş ümumi ziyanın 1 milyard ABŞ dolları təşkil etdiyi bildirilir. Kibercinayətkarlığın artması bütün dünyada dövlət idarəçiliyi, bank, nəqliyyat, milli təhlükəszilik və digər sistemlərin təkmilləşdirilməsini, kibermüdafiə tədbirlərinin genişləndirilməsini aktual edir. 2012-ci ildə NATO-nun Çikaqoda keçirilən sammitində qəbul olunmuş yekun bəyənnamədə də kiberhücumların kəmiyyət və keyfiyyətinin artması faktları bir daha qeyd olunmuş və Alyansa üzv dövlətlərinin ayrı-ayrılıqda, həmçinin beynəlxalq təşkilatlarla (BMT, Avropa İttifaqı, Avropa Şurası və digərləri) birlikdə vahid kibermüdafiənin təşkilinin vacibliyi vurğulanmışdır. Artıq ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa, Almaniya və bir sıra başqa inkişaf etmiş dövlətlər öz xüsusi kiber qoşunlarını yaradıblar. Bu dövlətlər əsas məqsədlərinin öz şəbəkələrini müdafiə etmək olduğu bildirsələr də, burada hücum əməliyyatlarının aparılması da nəzərdə tutulur. Dünyanın sürətlə inkişaf edən ölkələrindən biri kimi Azərbaycanda da müasir informasiya kommunikasiyası texnologiyalarının (İKT) geniş tətbiqi bu sahədə davamlı kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsini gündəmə gətirmişdir. Hələ 2011-ci ildə Rusiyanın Yekaterinburq şəhərində təhlükəsizlik məsələlərinə həsr olunmuş beynəlxalq tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təhlükəsizilik Şurasının katibi, akademik Ramiz Mehdiyev kibertəhlükəsizlik məsələlərinə toxunaraq demişdir ki, Hər bir müasir dövlət kimi Azərbaycan da İKT-nin inkişafına diqqət yetirir, bu sahə ölkənin sosial iqtisadi inkişafının prioritet istiqaməti elan edilmişdir və biz informasiya təhlükəsizliyi məsələlərində Avropa Şurası, Avropa İttifaqı, NATO, Beynəlxalq Elektrik Rabitəsi İttifaqı və digər beynəlxalq təşkilatlarla fəal qarşılıqlı əlaqələr saxlayırıq. Bu sahədə hüquqi bazanın formalaşdırılması istiqamətində Azərbaycan beynəlxalq konvensiya və proqramlara qoşulmuş, daxili qanunvericilik bazasını daha da təkmilləşdirmişdir. Belə ki, Azərbaycan 2008-ci ildə Avropa Şurasının Kibercinayətkarlıq haqqında Konvensiyasını imzalamışdır (2010-cu ildə ratifikasiya etmişdir). Ölkəmiz həmçinin Şərq tərəfdaşlığı – Avropa Şurası mexanizmi proqramı çərçivəsində həyata keçirilən kibercinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq layihəsində də iştirak edir. Respublikada informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması, bu sahədə təhdidlərin qarşısının alınması, təhlili və qabaqlanması üçün dövlət və qeyri-dövlət informasiya infrastrukturu subyektlərinin, onların istifadəçilərinin fəaliyyətinin əlaqələndirilməsi, kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi və idarə olunması, ümummilli hazırlığın və maarifləndirmənin təmin edilməsi məqsədilə 26 sentyabr 2012-ci il tarixində İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidenti tərəfindən Fərman imzalanmışdır. Fərmana əsasən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında əlaqələndirici qurum olan Elektron Təhlükəsizlik Mərkəzi yaradılmışdır. Bundan əlavə olaraq, Azərbaycanda kibertəhlükəsizlik sistemlərinin qorunmasına cavabdeh UTİ Group şirkəti dir.
Mənbə
redaktə- Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.