Kibernetika Institutu - Wikipedia
İdarəetmə Sistemləri İnstitutu — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan elmi tədqiqat institutu. 2014-cü ilə kimi Kibernetika İnstitutu adlanmışdır.
İdarəetmə Sistemləri İnstitutu İSİ | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Tipi | Elmi-tədqiqat institutu |
Yaradılıb | 1965-ci il |
Əvvəlki adı | Kibernetika İnstitutu |
Digər məlumatlar | |
Direktor | Əli Abbasov |
Ünvan | Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi, 68 |
Telefon | (+994 12) 539-01-51 |
Sayt | isi.az |
Vikianbarda əlaqəli mediafayllar |
Elmi istiqamətləri
redaktəİnstitutda aşağıdakı istiqamətlərdə fundamental nəzəri və tətbiqi elmi tədqiqat işləri yerinə yetirilir:
- İdarəetmənin nəzəri və tətbiqi problemləri;
- Süni intellekt texnologiyaları;
- Sosial-iqtisadi sistemlərin tədqiqi.
Tarixi
redaktəAzərbaycanda Kibernetika sahəsində ilk tədqiqatlar 1952-ci ildə AEA-dakı Neft ekspedisiyası nəzdində Elektromodelləşdirmə laboratoriyasında başlanmışdır. 1952–1953-cü illərdən bu laboratoriyada quraşdırılmış şəbəkə modellər maşını neft laylarındakı müxtəlif proseslərin modelləşdirilməsi, süzülmə nəzəriyyəsi və neft yataqlarının əlverişli işlənməsi məsələləri həll edilirdi.
Neft ekspedisiyasının yenidən təşkili ilə əlaqədar olaraq Laboratoriya 1956-cı ildə Elmlər Akademiyasının Fizika və Riyaziyyat, 1958-ci ildə isə Riyaziyyat və Mexanika İnstitutunun tərkibinə daxil edilmiş və Hesablama mərkəzi adlandırılmışdır. 1959–1960-cı illərdə Azərbaycana ilk universal rəqəmli elektron maşınları ‒ "Ural-1" ,"BESM-2" gətirildikdən sonra ədədi üsullar, proqramlaşdırma, alqoritmlər yaradılması və ümumiyyətlə xalq təsərrüfat əhəmiyyətli səciyyəvi məsələlərin həlli sahəsində fəaliyyət başlandı və tezliklə xeyli sürətləndi.
1960-cı ildə isə Hesablama Mərkəzi müstəqil təşkilat kimi təsdiq edilmişdir. 1965-ci ildə Hesablama Mərkəzinin əsasında Kibernetika İnstitutu yaradılmışdır.
1971-ci ildə İnstitutun nəzdində təsərrüfat hesablı "Avtomatlaşdırılmış İdarəetmə Sistemləri" şöbəsi (2002-ci ildə müstəqil İnformasiya Texnologiyaları İnstitutuna çevrildi) yaradılmışdır. Kibernetika İnstitutu "Respublika Avtomatlaşdırılmış İdarəetmə Sisteminin" yaradılması üzrə baş təşkilat təyin olunmuşdu.
2014-cü ildə Nazirlər Kabinetinin qərarı ilə institutun adı dəyişdirilərək "İdarəetmə Sistemləri İnstitutu" adlandırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli Fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının "İdarəetmə Sistemləri İnstitutu" Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmişdir.
Direktorları
redaktə- 1952–1965-ci illərdə: t.e.d., professor Səid Əmiraslan oğlu Ələsgərov,
- 1965–1970-ci illərdə: akademik Əşrəf İsgəndər oğlu Hüseynov,
- 1970–1988-ci illərdə: akademik Cəlal Eyvaz oğlu Allahverdiyev,
- 1988–2020-ci illərdə: akademik Telman Abbas oğlu Əliyev,
- 2021-ci il tarixdən: akademik Əli Məhəmməd oğlu Abbasov.