Kazim Ziya - Wikipedia
Kazım Ziya Cəfər oğlu Kazımzadə (21 mart 1896, Yuxarı Əylis, Naxçıvan qəzası – 20 noyabr 1956, Bakı) — Azərbaycan teatr və kino aktyoru, pedaqoq, tərcüməçi, Azərbaycan SSR Xalq artisti (1943), "Stalin" mükafatı laureatı (1948).[1][2]
Kazım Ziya | |||
---|---|---|---|
Doğum adı | Kazım Kazımzadə | ||
Doğum tarixi | |||
Doğum yeri | Yuxarı Əylis, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası | ||
Vəfat tarixi | (60 yaşında) | ||
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ | ||
Dəfn yeri | |||
Fəaliyyəti | aktyor | ||
Mükafatları |
|
||
IMDb | ID2151756 |
Həyatı
redaktəHəyatının erkən dövrü
redaktəKazım Ziya 21 mart 1896-cı ildə Azərbaycanın Ordubad rayonundakı Yuxarı Əylis kəndində doğulub. Yeniyetmə yaşlarından ərəb və fars dillərini mükəmməl öyrənib. Sonralar rus və fransız dillərini də mənimsəyib. 1911-ci ildə əmisi Hüseynin ailəsi ilə Bakıya köçüb. O, 1912-ci ilin payızında burada "İttihad" İran gimnaziyasına daxil olub. Bir il sonra məktəbdə ədəbiyyat dərnəyi yaradıb. 1914-cü ildə Hüseyn Ərəblinski başda olmaqla teatr fədailəri "İttihad" məktəbində şagirdlərin nəfinə (xeyrinə) Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" faciəsinin tamaşasını göstəriblər. Bununla da Kazım Ziyanın taleyinin sənət seçimi qətiləşib. Həmin vaxtdan müxtəlif teatr dəstələrində çıxışlar edib.[1][2]
Fəaliyyəti
redaktəAktyor kimi
redaktəKazım Ziya Milli Dram Teatrının tamaşalarında fəal iştirak etsə də, truppanın ştatına 1922-ci ildə götürülüb. Arada bir il Naxçıvana gedib. Orada dövlət teatrının formalaşmasında ciddi çalışan Kazım Ziya 1925-ci ildə yenidən Bakıya qayıdaraq Bakı Türk İşçi və Kəndli Teatrının truppasına daxil olub. Bakı Türk İşçi Teatrı 1933-cü ildə Gəncəyə köçəndə Kazım Ziya da doğma kollektivdən ayrılmayıb. 1936-cı ildən 1938-ci ilədək Tiflisdə və İrəvandakı dövlət teatrlarında aktyorluq edib. 1938-ci ildə Bakıya gələrək Milli Dram Teatrının formalaşıb şöhrətlənmiş truppasına daxil olub. Kazım Ziyanın Milli Dram Teatrında yaratdığı əsas rollar bunlardır: Arif, Dərviş ("İblis" və "Şeyx Sənan", Hüseyn Cavid), Vaqif Söhbət ("Vaqif" və "Xanlar", Səməd Vurğun), Surxay, Usta Segah ("Toy" və "Xoşbəxtlər", Sabit Rəhman), Piri baba ("Eşq və intiqam", Süleyman Sani Axundov), Şeyx Nəsrulla ("Ölülər", Cəlil Məmmədquluzadə), İmamyar, Xaspolad ("Yaşar" və "Oqtay Eloğlu", Cəfər Cabbarlı), Mirzə Həbib, Xan ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Dmitri Petroviç ("İki qardaş", Mixail Lermontov), General Tomson ("Şərqin səhəri", Ənvər Məmmədxanlı), Sərdar Eldarov ("Son gülən", Kondrat Krapiva), Baturin ("O tayda", Anatoli Boryanov), Kastenov ("Bir evin sirri", Tur qardaşları).[1][2]
Tərcüməçi kimi
redaktə"Bismillah", "Səbuhi" filmlərinə çəkilən[3] Kazım Ziya Lev Tolstoyun "Canlı meyit", Henrik İbsenin "Cəmiyyət sütunları", Vadim Sobkonun "İkinci cəbhə arxasında", Aleksandr Dümanın "Qanlı qala" ("Nel qülləsinin sirri") pyeslərini və digər dramları dilimizə tərcümə edib.[1][2]
Mükafatları
redaktəKazım Ziya 17 iyun 1943-cü ildə əməkdar artist olmadan birbaşa "Azərbaycan SSR xalq artisti" fəxri adına layiq görülüb. O, 1948-ci ildə "Şərqin səhəri" (Ənvər Məmmədxanlı) tamaşasının bir qrup yaradıcı heyəti ilə birgə General Tomson roluna görə "Stalin" mükafatı laureatı olub.
Ölümü
redaktəKazım Ziya 20 noyabr 1956-cı ildə Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Xatirəsi
redaktə- 1964-cü ildə yaradılmış Ordubad xalq teatrı Kazım Ziyanın adını daşıyır.
Filmoqrafiya
redaktə- Qız qalası əfsanəsi (film, 1923) (tammetrajlı bədii film)
- Bismillah (film, 1925) (tammetrajlı bədii film) — rol: Molla Rövzəxan
- Səbuhi (film, 1941)
- Bir ailə (film, 1943)
- Sualtı qayıq "T-9" (film, 1943)
- Fətəli xan (film, 1947)
- Məhəmməd Füzuli (film, 1958)
- Onlar belə sevirdilər (veriliş, 2007)
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Юткевич və başqaları, 1987. səh. 12
- ↑ 1 2 3 4 Подсеваткин, 1999
- ↑ Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
Mənbə
redaktə- Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь. Москва: Советская энциклопедия. 1987.
- Подсеваткин, С. Энциклопедия псевдонимов. Терра. 1999. ISBN 9785300026660.