Katolikos Viro - Wikipedia
Katolikos Viro və ya Viroy (erm. Վիրոյ, pəhl. 𐭥𐭩𐭥𐭥𐭩, v. 630) — VII əsrdə Alban Həvari Kilsəsinə rəhbərlik etmiş katolikos.
Katolikos Viro | |
---|---|
Kilsə | Alban Həvari Kilsəsi |
Oturulub | 596 |
Səlahiyyət müddəti sona çatıb | 630 |
Sələf | Katolikos Abas |
Xələf | Katolikos II Zəkəriyyə |
Vəfat | 630 |
Sasani sarayında fəaliyyəti
redaktəHəyatının ilkin dövrləri haqqında məlumat yoxdur. O, 596-cı ildə Abasdan sonra Alban Həvari Kilsəsinin başçısı olub. Stepanos Asoqikin dediyinə görə, o, II Xosrovun erkən dövründə Paytakaranda yaşayırdı.[1] “Albaniya ölkəsinin tarixi”nə görə 603-cü ildə alban əhalisi Sasani hakimiyyətinə qarşı üsyan qaldıranda Sasani sarayına qaçmışdı.[2] Mari Brosset bunu 602-628-ci illər Bizans-Sasani müharibəsi zamanı Xosrovun Bizans İmperiyasına hücumu ilə əlaqələndirsə də[3], Çarlz Dousett bunu inandırıcı hesab etmir.[4] O, mənbələrdə pəhləvi dilini öyrənməyə müvəffəq olan və şahənşahın arvadı Şirinin himayəsindən istifadə edən alim ilahiyyatçı və bacarıqlı diplomat kimi təsvir edilmişdir. Şirinin onu qoruması müqabilində II Xosrov belə bir şərt qoymuşdudu ki, Viro ömrünün sonunadək "öz ölkəsinə qayıtmasın və sarayda nəzarət altında qalsın. O,(Xosrov) Vironun patriarx gəlirini əlindən almadı və onu katolikos titulundan məhrum etmədi".[4] Katalikos Viro ev dustağı ikən II Xosrovdan Mehranilər sülaləsindən olan alban knyazlarına "Girdiman hakimləri və Albaniya knyazları" titulu verilməsi barədə fərman ala bilmişdir.
Albaniyada fəaliyyəti
redaktə“Albaniya ölkəsinin tarixi”nə görə 628-ci ildə II Qubad hakimiyyətə gələndən sonra üsyanda günahlandırılan yerli alban hakimləri birlikdə 25 illik həbsdə qalan alban katalikosu Viro da Ktesifondan azad oldu. O, Albaniyaya Üçüncü Fars-Türk müharibəsinin qızğın vaxtında gəlib çatmışdı. Sasani mərzbanı Göytürklərin qabağından qaçarkən, Viroy onların irəliləməsini dayandırmağa, Sasanilərdən dəstək gözləməyə çalışsa da, gözləməkdən yorulan Göytürk ordusu Albaniyaya soxuldu. Viro və Qad Vşnasp adlı bir zadəgan (Konstantin Zukerman onu Varaz Qriqorla bərabərləşdirir[5]) Albaniyanın dağlıq əyaləti olan Arsaka qaçdılar. Lakin türk ordusu onlara çataraq Albaniyanın katolikos və zadəganlarını tabe olmağa məcbur etdi. Viroy və onun heyəti Partav yaxınlığındakı Börü Şadın düşərgəsini hədiyyələrlə ziyarət etdi. Viroy təslim oldu və sülh əldə etdi, sülh sayəsində əsarət altında qalan albanları geri qaytardı.[4]
628-ci ildə Göytürklərin müttəfiqi I Heraklius Albaniyaya girdikdən sonra onun dəstəyi ilə Varaz Qriqoru xaç suyuna saldı və hökmdar kimi təqdis etdi. O, Mxitar Qoş tərəfindən "Xeyirxahlığı ilə parlayan pak insan" kimi səciyyələndirilirdi.[6] Viro Albaniyada tüğyan edən Şiruyə vəbasının şahidi olmuş və onun haqqında təfərrüatlı yazmışdı[4], özü də yəqin ki, 630-cu ildə elə həmin epidemiyadan öldü.
Teoloji mövqeyi
redaktəGürcü alimi Zaza Aleksidze Vironu Xalkedonçu kimi təsvir edir, onun məcburiyyət altında Xalkedonu lənətlədiyini önə sürür[7]. Bununla belə, Kiril Tumanov hesab edir ki, Viro monofizit idi və Heraklius onu pravoslavlığa gətirə bilməmişdi.[8] Erməni alimi Akopyan da bu versiyanı dəstəkləyir.[9] Ceyms Hovard-Conston isə belə nəticəyə gəlib ki, Vironun hekayəsi onun həyatından çox sonralar yazılın və müəlliflər onun həmyerliləri üçün etdiyi əməllər fonunda onun pravoslav olmağını etiraf etmək istəmirdilər.[10]
Şəxsi keyfiyyəti
redaktə“Albaniya ölkəsinin tarixi”ndə Viro dahi və müdrik bir insan, fəlsəfənin mahir bilicisi kimi təsvir edilir. Onun teoloji və diplomatik bacarıqları təriflənir.
İstinadlar
redaktə- ↑ Greenwood, Tim. The Universal History of Step'anos Tarōnec'i : Introduction, Translation, and Commentary (First). Oxford. 2017. 162–163. ISBN 978-0-19-879251-2. OCLC 966822567. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-13.
- ↑ Baca-Winters, Keenan. From Rome to Iran: Identity and Xusro II (Tezis) (ingilis). UC Irvine. 2015. 2022-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-13.
- ↑ Brosset, Marie-Félicité. Additions et éclaircissements à l'Histoire de la Géorgie depuis l'antiquité jusqu'en 1469 de J.-C (fransız). l'Académie impériale des sciences. 1851. 474–475. 2022-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-13.
- ↑ 1 2 3 4 Movses; Dowsett, C. J. F. The history of the Caucasian Albanians. London; New York: Oxford University Press. 1961. 93–103. OCLC 445781. 2022-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-13.
- ↑ Zuckerman, Constantine. "The khazars and Byzantium—The first encounter". The World of the Khazars (ingilis). 2007-01-01: 399–403. doi:10.1163/ej.9789004160422.i-460.70. 2022-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-13.
- ↑ Dowsett, C. J. F. "The Albanian Chronicle of Mxit'ar Goš". Bulletin of the School of Oriental and African Studies, University of London. 21 (1/3). 1958: 472–490. ISSN 0041-977X. 2022-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-13.
- ↑ The Caucasian Albanian palimpsests of Mt. Sinai. Jost Gippert. Turnhout: Brepols. 2008–2010. xix. ISBN 2-503-53116-4. OCLC 319126785.
- ↑ Toumanoff, Cyrille. Studies in Christian Caucasian History (ingilis). Georgetown University Press. 1963. 477. 2022-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-13.
- ↑ Akopjan, A. A. Albanija-Aluank v greko-latinskich i drevnearmjanskich istocnikach (Russian). Erevan: Izd. Armjansk. SSR. 1987. 191–195. OCLC 600882151. 2022-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-13.
- ↑ Howard-Johnston, J. D. East Rome, Sasanian Persia and the End of Antiquity: Historiographical and Historical Studies (ingilis). Ashgate Publishing, Ltd. 2006. 56–57. ISBN 978-0-86078-992-5. 2016-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-13.
SƏLƏF Katolikos Abbas |
Viro 596 — 630 |
XƏLƏF Katolikos II Zəkəriyyə |