Karvansara - Wikipedia
Karvanasara — karvanların dayanacaq yeri.[1][2] Karvansaraylar Asiya, Şimali Afrika və Cənub-Şərqi Avropanı, xüsusilə də İpək Yolu ərazisini əhatə edən ticarət yolları şəbəkəsi üzrə ticarət, məlumat və insanların hərəkətini təmin edən infrastruktur idi.[3][4] Çox vaxt kənd yerlərində kənd yolları boyunca yerləşən karvansarayların şəhər variantları da tarixən İslam dünyasının bütün şəhərlərində yayılmışdır və tez-tez xanagah, qonaq evi başqa adlar ilə də adlandırılırdı.[5]
Ümumi məlumat
redaktəBöyük ipək yolunun magistralı boyunca Azərbaycanın ticarət əhəmiyyətli şəhərlərində və karvan yolları üzərində karvanasaralar mövcud olmuşdur. Karvansaralarda karvanların dayanacaq yeri, mehmanxana tipli istirahət otaqları, minik və yük heyvanları üçün ayrıca yer (tövlə) və axurlar, ticarət mallarının saxlanması üçün anbarlar, müxtəlif dükanlar, yeməkxana və s. olurdu.[6][7]
Karvansaralar həmçinin müxtəlif ticarət əməliyyatlarını kecirilməsi üçün ən sərfəli obyektlər idi. Ona görə də karvansaralar, bir qayda olaraq, şəhərin qızğın ticarət gedən "qaynar nöqtələrində" tikilirdi. Etnoqrafik materiallardan aydın olur ki, iri karvansarlarda onun daimi xidmətçilərindən başqa, çoxlu çarvadar və hamballar da olmuşdur.[8]
Orta əsrlərdə və XIX əsrdə Təbriz, Şamaxı, Gəncə, Şuşa, Bakı, Naxçıvan, Ordubad, Marağa, Şəki və digər şəhərlərdə xeyli karvansara tikilmişdi. İri ticarət mərkəzlərində onlarca və daha cox karvansara olurdu. XV əsrə aid edilən, indi də Bakıda İçərişəhərdə qalmaqda olan Multani karvansarası hind tacirlərinin qaldığı yer idi. Onunla üzbəüz həmin dövrə aid Buxara karvansarası yerləşirdi. Hər ikisi bazar meydanı yaxınlığında idi.
Tədqiqatçılar Azərbaycan ərazisində ən yaxşı karvansaraların Beşbarmaqla Bakı Salyan arasındakı ticarət yolu üstündə olduğunu qeyd edirlər. Bu karvanasaralar su quyuları (ovdan), yonma daşdan hörülmuş hasarları və kumbəzvari dam örtükləri ilə fərqlənir.[8]
İstinadlar
redaktə- ↑ Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. //
- ↑ "Dictionary.com – caravansary". 12 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 January 2016.)
- ↑ "Caravanserais: cross-roads of commerce and culture along the Silk Roads | Silk Roads Programme". en.unesco.org. 29 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-17.
- ↑ "Caravanserai". National Geographic Society. 2019-07-23. 29 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-17.
- ↑ M. Bloom, Jonathan; S. Blair, Sheila, redaktorlar Caravanserai // The Grove Encyclopedia of Islamic Art and Architecture. Oxford University Press. 2009. ISBN 978-0-19-530991-1.
- ↑ Пугаченкова Г. А. Зодчество Центральной Азии, XV в.: Ведущие тенденции и черты. Ташкент. 1976.
- ↑ Пугаченкова Г. А. Из художественной сокровищницы Среднего Востока. Ташкент. 1987.
- ↑ 1 2 Бретаницкий Л. С. Зодчество Азербайджана XIII–XV вв. и его место в архитектуре Переднего Востока. М. 1966.
Ədəbiyyat
redaktə- Branning, Katharine. 2018. turkishhan.org, The Seljuk Han in Anatolia. New York, USA.
- Cytryn-Silverman, Katia. 2010. The Road Inns (Khans) in Bilad al-Sham. BAR (British Archaeological Reports), Oxford. ISBN 9781407306711
- Kīānī, Moḥammad-Yūsuf; Kleiss, Wolfram. Caravansary // Encyclopaedia Iranica, Vol. IV, Fasc. 7. 1990. 798–802.
- Erdmann, Kurt, Erdmann, Hanna. 1961. Das anatolische Karavansaray des 13. Jahrhunderts, 3 vols. Berlin: Mann, 1976, ISBN 3-7861-2241-5
- Gibb, H.A.R., The Travels of Ibn Battuta, AD 1325-1354, Volume IV, 2010
- Hillenbrand, Robert. 1994. Islamic Architecture: Form, function and meaning. New York: Columbia University Press. (see Chapter VI for an in depth overview of the caravanserai).
- Kiani, Mohammad Yusef. 1976. Caravansaries in Khorasan Road. Reprinted from: Traditions Architecturales en Iran, Tehran, No. 2 & 3, 1976.
- Schutyser, Tom. 2012. Caravanserai: Traces, Places, Dialogue in the Middle East. Milan: 5 Continents Editions, ISBN 978-88-7439-604-7
- Yavuz, Aysil Tükel. 1997. The Concepts that Shape Anatolian Seljuq Caravansara. In: Gülru Necipoglu (ed). 1997. Muqarnas XIV: An Annual on the Visual Culture of the Islamic World. Leiden: E. J. Brill, 80–95. [archnet.org/library/pubdownloader/pdf/8967/doc/DPC1304.pdf Available online as a PDF document, 1.98 MB]
- Янгузин Р. З. Караван-Сарай — национальная святыня башкирского народа // Оренбургской губернии — 250 лет: Проблемы истории и культуры. — Оренбург, 1994.
- Караван-Сарай. — Оренбург, 1917.
- Караван-Сарай / Авт.-сост. Ф. Б. Калимуллин. — Уфа, 1995.
Xarici keçidlər
redaktə- Shah Abbasi Caravanserai, Tishineh
- Caravansara Pictures
- Consideratcaravanserai.net, Texts and photos on research on caravanserais and travel journeys in Middle East and Central Asia.
- Caravanserais (Kervansaray) in Turkey
- The Seljuk Han in Anatolia
- Persian Caravanserai, UNESCO application