Kandidu Portinari - Wikipedia
Kandidu Portinari (29 dekabr 1903, Brodovski - 6 fevral 1962, Rio de Janeyro) - Braziliya rəssamı.
Kandidu Portinari | |
---|---|
Candido Portinari | |
| |
Doğum adı | Candido Portinari |
Doğum tarixi | |
Doğum yeri | Brodovski, Braziliya. |
Vəfat tarixi | (58 yaşında) |
Vəfat yeri | Rio de Janeyro, Braziliya |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Milliyyəti | braziliyalı |
Vətəndaşlığı | Braziliya |
Fəaliyyəti | rəssam, siyasətçi, boyakar[d] |
Təhsili | ENBA |
Stil | neo-realizm |
Tanınmış işləri |
"Qurunun kəşfi" "Müharibə və Sülh" |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəKandidu Portinari İtaliyadan köçüb gələn ailənin oğlu kimi 29 dekabr 1903-cü ildə Braziliyanın Sao Paulo şəhərinin yaxınlığında yerləşən qəhvə sənayesi bölgəsi olan Brodovskidə anadan olmuşdur.
Rio de Janeyroda incəsənət akademiyasında təhsil aldıqdan sonra 1928-ci ildə qızıl medal ilə təltif edilərək Parisə səyahət etmək imkanı qazanmışdır. 1928-1930 illərində Parisdə qalan rəssam 1930-cu ildə Braziliyaya qayıtmışdır.
Növbəti illərdə o, Braziliya Kommunist Partiyasına üzv olmuş və 1947-ci ildə senat seçilmişdir. Amma kommunistlərə qarşı aparılan işlər nəticəsində Uruqvaya sığınmağa məcbur olmuşdur. 1951-ci ildə yenidən Braziliyaya qayıtmışdır. Həyatının son illərində bir çox xəstəliklə mübarizə aparmalı olan Portinari 1962-ci ildə istifadə etdiyi keyfiyyətsiz rəsm ləvazimatları səbəbi ilə ölmüşdür.
Rəssamlıq karyerası boyunca əsərlərinin çoxunu memar Oskar Nimeyer ilə birlikdə yaratmışdır. Braziliyanın dörd bir tərəfində əsərləri sərgilənməyə davam edir. Hazırda BMT-nin Nyu Yorkdakı qərargahında "Müharibə və Sülh" adlı rəsm əsərləri də sərgilənməkdədir.