Kalbarri Milli Parki - Wikipedia
Kalbarri Milli Parkı (ing. Kalbarri National Park) — Qərbi Avstraliya əyalətinində yerləşən milli park. Pert şəhərindən 485 km şimaldadır. Milli parkda uzunluğu 80 km olan Markizon çayı dərəsi yerləşir. Milli parkın sahil zonasının yaxınlığında Kalbarri şəhəri və Markizon çayının mənsəbi yerləşir. Sahil zonası qaya quruluşlarına görə seçilir. Burada ən populyar məşğuliyyətlər ekskursiya, qayıqçılıq, balıqçılıq, piknik və gəzintidir.
Kalbarri Milli Parkı | |
---|---|
ing. Kalbarri National Park | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 1.830,05 km2[1] |
Mütləq hündürlüyü | 212 m |
Yaradılma tarixi | 1963 |
İdarəetmə orqanı | Vəhşi Təbiət və Park Departamenti |
Florası | 800 növ |
Faunası | 150 quş növü, 200 məməli növü, 30 buğumayaqlı növü, 1 amfibi növü |
Yerləşməsi | |
27°47′05″ c. e. 114°14′45″ ş. u.HGYO | |
Ölkə | Avstraliya |
Vilayət | Qərbi Avstraliya |
Yaxın şəhər | Kalbarri |
Rəsmi səhifə +61 (0)8 9964 0901 |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Milli parkın yaxınlığında Hatt-River virtual dövləti yerləşir.
Coğrafiya
redaktəMilli parkda Kalbarri şəhərinin şərqində yerləşən Tumblaquda geoloji abidəsi, Markizon çayı, onun yaratdığı dərə və Meannara təpəsi yaxınlığında yerləşən mənsəbi yerləşir. Sahil zonası külək və su eroziyasına məruz qalmış qaya quruluşlarına ev sahibliyi edir. Bunlara kekurlar və təbii tağlar aiddir.[2]
İqlim
redaktəMilli parkda ən yüksək temperatur dekabr-aprel aylarında müşahidə olunur. Milli parkda Aralıq dənizi və yarımsəhra iqlimi hakimdir. Qış orta yağıntılı və mülayim keçir. Yay çox isti və quru keçir. Parkın daxili hissələrində temperatur bəzən 40 °C-yə çatır. Daxili hissələrdə temperatur əsasən şəhər və sahil zonasında 10-18 °C daha çox olur. Yağıntı ən çox may-avqust aylarında düşür.[3]
Flora
redaktəYabanı bitkilərin müxtəlifliyinə görə milli park fərqlənir. 800-dən çox bitki növü qışın sonundan yayın əvvəllərinə qədər çiçəkləyir, avqust-sentyabr aylarında pik nöqtəyə çatır. 21 bitki növü ancaq sahil zonasında bitir. Ən tanınan bitki növü qırmızı və sarı rəngli Kalbarri pişikpəncəsidir. Milli parkda Markizon çəkic səhləbi və Kalbarri hörümçək səhləbi daxil olmaqla bir neçə səhləb növü bitir.
Fauna
redaktəMarkizon çayı boyunca 200 heyvan növü qeydə alınmışdır. Kalbarri şəhərinin ətrafında və sahil zonasında 400-dən çox heyvan növü müşahidə olunmuşdur. Təhdid altında olan tammarlar əvvəllər milli parkda yaşayırdılar.
Kalbarri Milli Parkında 150 quş növü yaşayır: emu (Dromaius novaehollandiae), çay qaraquşu (Pandion haliaetus), aquila audax, Avstraliya qutanı (Pelecanus conspicillatus). Bəzi qeydə alınan məməlilərə qərb boz kenqurusu (Macropus fuliginosus), Avstraliya yexidnası (Macropus fuliginosus) və tarkavara (Notomys alexis) da aiddir. Burada müşahidə olunan yeganə yarasa növü Finlayson mağara yarasasıdır (Vespadelus finlaysoni). Milli parkda tikanlı şeytan (Moloch horridus), qərb saqqallı kərtənkələsi (Pogona minor), mərkəzi torlu əjdaha (Ctenophorus nuchalis) kimi sürünənlər tapılmışdır. Burada yaşayan yeganə amfibi növü Pseudophryne guentheridir. 30 buğumayaqlı növü qeydə alınmışdır (Savanna qara ağac qarışqası (Ictinogomphus dobsoni) və Pilbara pələngi (Tetraponera punctulata) daxil olmaqla)[4]
Qalereya
redaktə-
Təbii tağ
-
Markizon çayı dərəsi
-
Sahildə təbii körpü
-
Markizon çayı dərəsi
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-11.
- ↑ "Arxivlənmiş surət". 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-11.
- ↑ "Arxivlənmiş surət". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-11.
- ↑ "Arxivlənmiş surət". 2014-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-11.