Kureken Numan Pasa - Wikipedia
Kürəkən Numan Paşa (ö. 1784) — Osmanlı sultanı I Mahmud, III Osman və III Mustafa dönəmlərində müxtəlif dövlət vəzifələrində xidmət etmiş dövlət xadimi.
Kürəkən Numan Paşa | |
---|---|
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Atası | Hacı Seyid Əhməd ağa |
Həyat yoldaşı | Zübeydə Sultan |
Saloniki əyanından Hacı Seyid Əhməd ağanın oğlu olub, gənc yaşlarında İstanbula göndərilərək saraya təhvil verilmişdir. Əndərunda yetişmiş, 1738-ci ildə ikinci miraxur, ardından qapıçılar kənxudası olmuşdur. Daha sonra 16 dekabr 1748-ci ildə Sultan Əhmədin qızlarından Zübeydə Sultanla nigahlandı. Cütlüyün toy mərasimi 6 yanvar 1749-cu ildə İstanbulda baş tutdu.
Nigahın ardından vəzirliklə Saloniki valisi təyin edildi və ard-arda təyinatlarla Rumelidəki müxtəlif əyalətlərdə xidmət etdi. 1751-ci ilin fevralında Hotin, 1752-ci ilin martında Vidin, 1753-cü ilin mayında Belqrad, 1754-cü ilin martında yenidən Saloniki sancaqbəyi oldu. 1756-cı ildə xanımının vəfatından sonra gözdən düşdü. Son təyinat yeri olan Adanadan gələn şikayətlər üzərinə vəzifədən alınaraq vəzirliyi əlindən alındı. 1760-cı ilin yanvarında vəzirliyi geri verilərək Sayda, ardından Trabzon, 1764-cü ilin avqustunda Van, ardından Ərzurum, 1767-ci ilin oktyabrında Çıldır valisi oldu. 1771-ci ilin sentyabrında Şam sərdarı və Rəqqa valisi təyin edildi. 1773-cü ilin mayında Rumeli bəylərbəyi olsa da, yaşlılığı səbəbilə həmin ilin oktyabrında vəzifədən alındı. 1784-cü ildə vəfat etmişdir.
Mənbə
redaktə- Sicill-i Osmani IV cild, səh. 238