Koniqsberq Doyusu - Wikipedia
Köniqsberq döyüşü — İkinci Dünya Müharibəsi zamanı Sovet qüvvələrinin Şərqi Prussiyada son hərbi əməliyyatlarından biridir. Sovet mənbələrinin də daxil olduğu bəzi mənbələrdə döyüşün adı Köniqsberq Hücumu olaraq keçir. Sovet 3-cü Belarus Cəbhəsinin qüvvələri şəhərə hücumun ardından dörd gün davam edən sərt qarşıdurmalardan sonra, bu gün adı Kalininqrad olan şəhərə nəzarəti təmin etdilər. Şəhərin Sovet birləşmələri tərəfindan mühasirə edilməsi 1945-ci ilin yanvar ayının sonlarında başlamışdı. Köniqsberq ilə Pillau limanı arasıdaki quru körpüsünü ələ keçirmək üçün şiddətli döyüşlər keçirilib. Lakin 1945-ci ilin Mart ayında Köniqsberq artıq əsas cəbhə xəttinin yüzlərlə kilometr arxasında qalmışdı. Sovet qoşunları üç gün davam edən döyüşlərlə Alman mövqelərini müdafiə etmək vəziyyətə saldıqda, 9 aprel 1945-də alman qoşunları təslim oldu və regiondakı döyüşlər sona çatdı.
Köniqsberq döyüşü | |||
---|---|---|---|
İkinci dünya müharibəsində Şərqi Prussiya hücumu | |||
Tarix | 6 - 9 aprel 1945-ci il | ||
Yeri | Köniqsberq, Almaniya (Üçüncü Reyx) | ||
Nəticəsi | Sovet qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Döyüş öncəsi qarşıdurmalar
redaktəSovet Ali Komandanlığı (STAVKA), Şərqi Prussiya Hücumunu Berlin istiqamətində irəliləyəcək olan Qızıl Ordu qüvvələrinin qanadını örtmək üçün planlaşdırmışdı. Əslində Berlinə hücumda istifadə ediləcək çoxsaylı qüvvələr Sovet rəhbərliyi tərəfindən Şərqi Prussiya hərəkatlarına cəlb edilmişdir. Şərqi Prussiya Döyüşünü planlaşdırarkən Stalin, Marşal Rokossovskiyə Şərqi Prussiyada tələyə salınacaq olan Vermaxt qüvvələrini məhv etməsini əmr etmişdi. Şərqi Prussiyaya hücum edən Sovet qüvvələri 3-cü Belarus Cəbhəsinin qüvvələridir. Cəbhə qüvvələri, 11-ci Qvardiya Ordusu, 39-cu 43-cü və 50-ci Ordular, 1-ci, 3-cü, 4-cü və 15-ci Hava Ordularından ibarət olmuşdur. Bu birliklərin ümumi gücü təqribən 1.5 milyon nəfər əsgər, bir neçə min tank və bir o qədər də təyyarədən ibarət idi. Vermaxt Şərqi Prussiyada çox geniş bir tahkimat şəbəkəsi, müdafiə xətləri və minalanmış ərazilərdən ibarət olduqca mürəkkəb və bir o qədər də güclü bir müdafiə sistemi təşkil etmişdi. Döyüş, 13 yanvar 1945-ci il tarixində başlayıb və daha başlanğıcda demək olar ki, dalana dirənmişdir. Qızıl Ordu hissələri, döyüşün ilk günü 1,5 km irəli getdilər və təkcə üç müdafiə xəttini aşa bildilər. Döyüşün beşinci günü bitdikdə, ağır itkilərə baxmayaraq yalnız Sovet ordusu yalnız20 km-lik bir irəliləmə təmin edə bilmişdi. Lakin Almanların müdafiəsi yarılmışdı. Yenə də başlanğıcda qarşılaşılan çətinliklərin aşılmasından sonra Sovet qoşunları güclərini topladılar və 24 Yanvarda Visla çayı sahilinə çatdılar. Qızıl Ordunun bu hücum hərəkatı bölgədəki Alman qüvvələrinin Almaniya ilə və Şərq Cəbhəsindəki digər qüvvələrlə quru əlaqəsini kəsmiş oldu. Bu halda, mühasirə edilən Alman qoşunlarının hər cür təchizatı ancaq dənizdən təmin edilə bilərdi.
Mühasirə
redaktəHitler, 25 Yanvarda üç ordu qrupunu yenidən təşkil etmə qərarı aldı. Bu qərar, həm Şərqi Prussiyadakı həm də Kurlandiya yarımadasındakı Alman qüvvələrindən ibarət idi. Bu səbəbdən cəbhə xəttinin çox arxasında qalmasını üstü bağlı olaraq təsdiq olunması mənasını da daşıyırdı. Hitlerin nizamlamasında Şimal Ordular Qrupu Kurlandiya Ordular Qrupu, Mərkəz Ordular Qrupu (hansı ki Köniqsberqdə mühasirəyə alınmışdı) Şimal Ordular Qrupu və A Ordular Qrupu isə Mərkəz Ordular Qrupu olaraq yenidən təşkil edildi. Şimal Ordular Qrupu olaraq yenidən təşkil olunan qüvvələr, üç ayrı bölgədə Sovet qüvvələri tərəfindən daha çox təzyiq altına alınmış idi. Bu üç mühasirə zonasından biri Köniqsberq ətrafında, digəri Samland Yarımadasına çox yaxın bir bölgədə və üçüncüsü isə Heiligenbeil mühasirəsi altında, Visla Lagunundadır.
1945-ci ilin Yanvar ayının sonlarında 3-cü Belarus Cəbhəsinin, Pillau limanına gedən yolu kəsərək Köniqsberqi quru tərəfindən əhatəyə almış, şəhərdə yaşayan təxminən 200 min mülki əhali ilə birlikdə 3-cü Panzer Ordusunu mühasirəyə almışdı.[3] Dinc əhalinin ehtiyaclarını təmin etməkdə yaşanan çətinliklər o qədər ağırdı ki, şəhərdə yaşamaqda olan insanlara bir-birindən çarəsiz üç variant qalır.
- Şəhərdə qalmaq və aclıq — mühasirə ərzində adambaşına gündəlik çörək haqqı 180 q. olaraq verilmişdir. Adambaşına gündəlik çörək haqqının Leninqrad döyüşünün 1941-ci ilin noyabr ayı ilə 1942-ci ilin fevral aylarında yalnız 125 q. olduğu, bəzi hallarda bu miqdarın yarıya qədər düşmüşdü. Bu nümunə ilə müqayisədə Köniqsberqdə vəziyyətin pisləşdiyi açıqca görünür.
- Cəbhə xəttini keçərək özlərini Sovet qoşunlarına təslim olmaqla onların mərhəmətinə ümid etmək
- Donan Visla Lagununu piyada keçərək Pillau limanına çatmaq və təxliyə gəmilərindən birində yer tapmaq.
Yüzlərlə insan cəbhə xəttini keçməyi seçdi. Amma gündə təxminən 2 min qadın və uşaq donmuş suyun üzərindən Pillauya gedirdi. Nasist Partiyasının Şərqi Prussiya üzrə nümayəndəsi Erix Kox Berlin səfərindən qayıdarkən, Köniqsberqə dönmək əvəzinə Pillaunun nisbi təhlükəsizliyini seçim edib təxliyə əməliyyatlarını keçirməklə məşğul olmuşdur. Təxliyə üçün ilk gəmi, 1.800 mülki və 1.200 yaralını 29 Yanvarda mühasirədən çıxarmışdır. Alman qüvvələri fevral ayı ərzində Köniqsberqlə Samland arasındakı dar quru əlaqəsini əldə tutmaq üçün gərgin döyüşləri nəzərə aldılar. Sovet qoşunları bu dar quru əlaqəsini bir müddət üçün ələ keçirərək şəhərin xarici aləm ilə olan əlaqəsini tamamilə kəsdilər. Ancaq 19 Fevralda 3-cü Panzer Ordusu və Alman 4-cü Ordusu, Pillau üzərindən hücum edərək Köniqsberq-Pillau quru əlaqəsini yenidən açmağa müvəffəq oldu. Ələ keçirilmiş bir T-34 tankı başçılğında Alman 1-ci Piyada Diviziyası tərəfindən eyni zamanda Köniqsberqdən açılan bir qarşı hücum 28-ci Korpus ilə əlaqə qurmağı qarşısına məqsəd qoymuşdur. General Hans Qollnik başçılığı ilə bu korpus, Pillau da daxil olmaqla Samland Yarımadasının bir hissəsini nəzarətində saxlayırdı. Köniqsberqin bir neçə kilometr kənarındakı Metgethen qəsəbəsini ələ keçirən Alman birliyi, General Gollnickin qüvvələri ilə ertəsi gün təmas təmin edəcək olan 5-ci Panzer Divizionuna bir keçid təmin etmiş oldu. Bu döyüşlər bölgədəki Alman müdafiəsini Köniqsberq-Pillau quru əlaqəsi bərpa olunana qədər sağlam vəziyyətdə saxlamağı təmin etdi. Bu sayədə yenidən dəniz yolu ilə şəhərin və müdafiənin təchizatı təmin olundu və yenə eyni yolla vətəndaşların və yaralıların bölgədən təxliyəsinə imkan yarandı. Bu bir ay ərzində davam edən müharibələr, bəzi mənbələrdə 1-ci Köniqsberq mühasirəsi olaraq da adlanır.[4] Mart ayında bölgədəki cəbhə xətti sabitləşdi. Əsas cəbhə xətti yüzlərlə kilometr qərbə tərəf keçmişdi və şəhəri ələ keçirmək STAVKA üçün artıq prioritet hədəf olmaqdan çıxmışdı. Yenə də şəhəri müdafiə edən Alman qarnizonu dağılmamışdı və onlarda təslim olma istiqamətində hər hansı bir əlamət də görünmürdü. Sonunda Sovet komandanlığı, mühasirə etməyi davam etdirməkdənsə bir hücumla şəhərin alınması qərarını vermişdir.
Sovetlərin hücum hazırlıqları
redaktəBununla yanaşı Köniqsberqin bir hücumla alınmasının asan olmayacağı məlum olurdu. Şəhəri müdafiə edən Alman qarnizonu, tam heyətli beş diviziyadan ibarət idi və döyüşçülərin sayı 130 min nəfər idi. Müdafiə 1888-ci ildə inşa edilmiş olan güclü bir müdafiə sisteminə əsaslanır. Bu istehkam mövqeləri bir-birinə tunellərlə bağlı on beş qaladan ibarət idi və birliklərin qalacağı obyektləri də əhatə edirdi. Müdafiə sistemi Fransa-Prussiya müharibəsi zamanı həyata keçirilən Parisin mühasirəsi ardından gələn dövrdə, bu mühasirənin təcrübəsindən də istifadə edilərək inşa edilmişdi. Beləliklə, çox güclü topların bombardmanına belə qarşı dura bilən vəziyyətdə idi. Alman qüvvələri hələ də mühasirə altındakı şəhərə yaxın regiondan Samland Yarımadasına çatan dar quru əlaqəsini əldə tuturdular. Sovet qüvvələri üçün şəhərin alınması, bu quru əlaqəsinin kəsilməsini tələb edir. Həmçinin Samland Qrupu kimi tanınan bu Yarımada Alman qüvvələrinin (28-ci Korpus) bu quru əlaqəsini qorumaq üçün əks-hücumlara keçə biləcəyi ehtimalı da nəzərdən keçirilirdi.
Vinston Çörçillə görə Köniqsberq, "modernləşdirilmiş ağır müdafiə istehkamı" idi. Şəhər, iç içə keçmiş üç dairəvi istehkamla əhatə olunmuşdu. Xarici müdafisə sistemi 12 qalayla gücləndirilmişdi. Ortadakı istehkam şəhərin dərhal kənarındaydı və daxili istehkam mina ərazilərini və tank maneələrini əhatə edən böyük, yeganə anti-tank müdafiəsidir. Belə güclü bir müdafiə sistemi qarşısında uğur qazanmaq üçün Sovet Cəbhə komandanlığı, intensiv hava və artilleriya dəstəyinə bel bağlamağı planlaşdırıb. Artilleriya intensivliyində planlaşdırılan sıxlıq kilometr başına bəzi bölgələrdə 250 ədəd kimi müəyyənləşdirilib. Həmçinin Alman qoşunları sıx bir təbliğata məruz qoyuldu. Bu təbliğatda müqavimət göstərməyin əbəs olduğu, cəbhə xəttinin çox geridə qaldığı, tamamilə mühasirə edilmiş olduqları və ən yaxşısının silahı buraxmaq olacağı deyilirdi. Lakin yenə də bu təbliğat çox az təsirli oldu.
Hücum, dörd gün davam edən artilleriya bombardmanı hazırlığından sonra 6 aprel 1945-ci ildə başlayıb. Hücumun "ulduz tərzi" olması planlaşdırılmışdı. Buna əsasən Sovet qoşunları ətraf mühitin bir çox nöqtəsindən, şəhər mərkəzinə yönələn müstəvilərdə hücum edəcəklər, müdafiə sistemini bir-birini dəstəkləməyən, bir-birindən qopmuş parçalar halında böləcəklər. Döyüş qüvvələri, şimal və cənub olmaqla iki qrupa ayrıldı. Şimal qrupu 39-cu və 43-cü Ordulardan yarandı. Cənub qrupu isə 11-ci Qvardiya Ordusu idi. 50-ci Ordu, döyüş cəbhəsinin şimal-şərq hissəsində yer alıb, amma yalnız məhdud bir şəkildə hücuma qoşuldu.
Hücum
redaktəBirinci gün: 6 Aprel
redaktəDöyüş cəbhəsinin cənub hissəsində döyüş intensiv artilleriya bombardmanı ilə sübh vaxtı başlandı. Üç saat davam edən bombardmanın ardından birinci hücum dalğası hərəkətə keçdi. Müdafiənin birinci xətti, dörd gündür davam edən intensiv bombardmanın nəticəsində böyük ölçüdə əziyyət çəkmiş və demoralize olmuşdu. Nəticə olaraq Qızıl Ordu döyüşünə qatılan piyada diviziyaları, qısa müddətdə Alman səngərlərinə girdilər. Günorta saatlarında Sovet alayları ikinci müdafiə qurşağına hücuma keçdilər. Ancaq almanların göstərdiyi güclü bir müqavimət bu hücumu dayandırmağı bacardı. Bunun üzərinə Cəbhə komandanlığı, ehtiyat birliklərini döyüşə daxil etməyə qərar verdi. Üç saat sonra Alman ikinci müdafiə eşalonu da bir neçə nöqtədə ələ keçirilmişdi. Xüsusən səkkiz nömrəli qala bölgəsində şiddətli qarşıdurmalar baş verdi. 19-cu əsrin sonlarında inşa edilmiş və sonralar modernləşdirilmiş olan qala qalın qala divarları, atəş gücü və dərin xəndəklərlə dəstəklənmişdi. Məhz bu səbəbdən də, SSRİ ordusunun bu mövqeləri bir cəbhə hücumu ilə ələ keçirilməsi qeyri-mümkün idi. Ağır artilleriya atəşinə baxmayaraq, almanların müdafiə olunan qüvvələri qala divarlarına yönələn hər bir hücumu dayandırmağı bacardı. Qızıl Ordu birlikləri, ancaq qaranlıq çökdükdən sonra qala divarlarına yaxınlaşdı və partlayıcılardan istifadə edərək deşiklər açmağa çalışdılar.
Şimal hissədə də hücum cənubla eyni zamanda başlayıb. Burada da səhər saatlarında birinci müdafiə xəttini keçən Qızıl Ordu hissələri, ikinci müdafiə zolağına hücum etdilər. İkinci müdafiə qurşağındakı Alman müdafiəsi pis şəkildə sarsıldı və bir neçə nöqtədə yarıldı. Ancaq günortadan sonrakı saatlarda Sovet irəliləməsi get-gedə yavaşıdı. Xüsusilə cəbhənin sağ cinahlarında, şəhərin qərb şəhərətrafı qəsəbələrində yerləşmiş olan Samland Qrupuna bağlı Alman qoşunları bir neçə qanad hücumu həyata keçirmişdi. Beş saylı qala kimi tanınan istehkamlar, bütün Köniqsberq mövqeləri arasında ən güclü istehkam kimi görünürdü və təbii olaraq güclü bir müqavimət göstərdi. Cəbhənin bu vəziyyətində Sovet komandanlığı, regionu mühasirə altında saxlayaraq, ön cəbhənin arxasında qoymağa, yenidən hücum etmə hazırlıqları üçün vaxt qazanmağa qərar verdilər.
Qaranlıq çükdüyündə döyüşlər səngidi. Hər iki tərəf də öz cəbhə xətlərini nəzarətə aldı, qüvvələrini yenidən təşkil etdi və ehtiyatlarını cəbhə xəttinə gətirdi. Müharibənin ilk gününün nəticəsi dəqiq deyildi. Sovet hücumu, plandakı qədər yaxşı inkişaf göstərməmişdi. Ancaq şəhər müdafiəsi də, müdafiə birliklərin əhvalları da böyük ölçüdə sarsılmışdı. Zabitlər də daxil olmaqla hərbi birliklərdə təslim olma halları özünü göstərməyə başladı. Hücumun ilk günündə pis hava şəraiti Sovet artilleriya və hava qüvvələrinin istədikləri qədər təsirli nöqtə bombardmanını həyata keçirməsini əngəlləmişdir. Həmçinin müharibənin ilk günü Sovet qüvvələrinin ələ keçirdikləri ərazilər də, istehkam bölgələri də, şəhər mərkəzində olduğu kimi küçə toqquşmalarının mürəkkəb problemlərini yüngülləşdirən tərzdə sıx əhali yaşayan bölgələr deyildi.
İkinci gün: 7 Aprel
redaktəGecə ərzində Alman qoşunları, cəbhə xəttinə gətirdiyi ehtiyatlarla bir neçə əks-hücuma cəhd göstərdi. Şiddətli qarşıdurmalara və iki tərəf üçün də ağır itkilərə yol açan bu cəhdlər Sovet əsgərləri tərəfindən geri atılmışdır. Sovet cəbhəsinin ən problemli xətti hələ də Samland Qrupu qarşısında idi və bu təbəqədə Alman qüvvələri bir çox əks-hücum cəhdi həyata keçirmişdilər. Ertəsi gün sübhçağı aydın hava Sovet aviasiyası və artilleriyasının daha uğurlu bombardmanlar etməsinə imkan verdi. Baltik Donanmasının aviasiyası və 1-ci, 3-cü və 15-ci Hava Qoşunlarının bir neçə yüz bombardmançı təyyarəsi, Samland Qrupunun xətlərini və şəhər mərkəzini bombaladı.
Bu arada 8 saylı qala Qızıl Ordu birləşmələri tərəfindən tutuldu. Amma almanlar yenə də güclü bir müqavimət göstərməyə davam etdi. Bir neçə uğursuz hücumdan sonra daha hiyləgər bir plan həyata keçirildi. Bir neçə yüz nəfərlik Sovet əsgəri, yaranan tüstü pərdələməsindən istifadə edərək, müdafiəni zəiflətmək üçün alov maşınlarından istifadə edərək xəndəyi aşıb qalaya girməyi bacardı və qala içində şiddətli toqquşmalar başladı. Xarici müdafiə xətti zəifləyən kimi kütləvi cəbhə hücumu başladı. Nəticədə döyüş uğurla başa çatdı və qaladakı Alman qarnizonu təslim oldu. Gün ərzində 11-ci Qvardiya Ordusu, cənub hissədəki bütün müqaviməti qıraraq Pregel çayına çatmağa çalışdı. Ancaq döyüş şəhərin mərkəz hissəsində yavaş inkişaf edirdi. Hər bir bina üçün ayrı-ayrı döyüşlər baş verdi və hər bina müstəqil müdafiə vahidi olaraq müqavimət göstərirdi. Xüsusilə şəhərin dəmiryolu stansiyası binası və ətrafı şiddətli qarşıdurmalara səhnə oldu. Hər bir vaqon ayrı bir atəş nöqtəsi halına gətirilmişdi. Qızıl Ordu hissələri zirehli texnikanın və artilleriyanın dəstəyindən istifadə etmək məcburiyyətində qaldılar. Ancaq qaranlıq çökəndə müqavimət zərərsizləşdirildi. Bu vəziyyət, Qızıl Ordu hissələrinin şəhər mərkəzinə girişi müdafiə edən daxili müdafiə zolağına hücum etmə imkanı verdi.
Şimal hissədə beş saylı qala, inadcıl bir müqavimət göstərməyi davam etdirirdi. Sovet istehkamçılar sonunda divarların özülünə partlayıcılar yerləşdirməyi, beləliklə, deşiklər açmağa nail oldular. Bu deşiklər, məhsuldar bir hücuma imkan verdi. Qızıl Ordu hissələrinin səkkiz Saylı qalaya başladıqları hücumda bütün gecə davam edən şiddətli döyüşləri başladı. Bu qarşıdurmalar yerdə qalan Alman qoşunlarının səhərin ilk saatlarında təslim olmalarına qədər davam etdi. Günün sonunda daha çox müqavimət göstərməyin mənasız olduğunu görən General Otto Laş, Hitlerin qərargahı ilə simsiz əlaqəsi quraraq təslim olmaq üçün icazə istədi. Hitlerin cavabı "Son adama qədər döyüşün" şəklində olmuşdur.
Üçüncü gün: 8 Aprel
redaktəPregel çayı sahili 11-ci Qvardiya Ordusu tərəfindən gecə saatlarında alındı və qarşı tərəfdə Alman atəşi altında möhkəm körpü keçidi yaradıldı. Şimal istiqamətində irəliləyişi davam etməsi, şimal hissə Sovet qoşunları təmas qurmalarını, beləliklə əhatə etməyi başa vurmalarını və Alman Samland Qrupunun şəhər müdafiəsi ilə əlaqəsini kəsməsini təmin etdi. Günortadan sonra Marşal Aleksandr Vasilevski, müdafiə olunan Alman komandanlığını təslim olmağa çağırıb. Bu təklif rədd edildi və Alman qüvvələri həm şəhər mərkəzindən həm də Samland körpübaşından, mühasirəni yarmaq üçün çoxlu cəhd göstərdilər. Bu hücum cəhdləri bir neçə kilometrlik irəliləyişlərə nail olduqdan sonra dayandırıldı. Bir başqa hücum əməliyyatı daha hazırlandı. Lakin Sovet hava qüvvələri, hava müdafiəsi qeyri-kafi olan Alman qoşunlarına ciddi itkilər vermişdi. Bütün hücum boyu Sovet hava qüvvələri adətən uğurlu bir şəkildə istifadə edilmişdir.
Gün sonunda Samland Qrupunun mühasirəni yarmaq üçün edə biləcəyi hər hansı bir təşəbbüsün faydasız olacağı açıq şəkildə ortada idi. Digər tərəfdən, şəhər mərkəzindəki Alman qüvvələri üçün də vəziyyət yaxşı deyildi, təxminən 40 min nəfərdən ibarət olan bu qüvvələr, nizamlı bir şəkildə davam etdirilən şiddətli artilleriya atəşi altında qalmışdılar.
Dördüncü gün: 9 Aprel
redaktəMüharibənin son günündə Alman müdafiəsi əzildi və müdafiənin nizamı da pozuldu. Mövcud şərtlər çərçivəsində müqavimət göstərməyin mənasız olduğunu başa düşən General Otto Laş, öz təşəbbüsü ilə təslim olmağa qərar verdi. Saat 18:00-da təslim olmaq qərarını Sovet xətlərinə çatdırdı və bir Sovet nümayəndə heyəti General Laşın sığınacağına gəldi. Gecə yarısından qısa bir müddət əvvəl təslim şərtləri ikitərəfli halda qəbul edildi.
Nəticə
redaktəŞəhərin təxminən səksən faizi döyüş nəticəsində viran oldu. Şəhərə ilk dağıntılar 1944-cü ilin avqust ayındakı Böyük Britaniya Hərbi Hava Qüvvələri tərəfindən edilən bir hava hücumu nəticəsində baş vermişdi. İkinci dağıntı dalğası isə aprel 1945-dəki döyüşlər zamanı Sovet bombardmanı və hava axınları nəticəsində baş vermişdi. Şəhərdə müharibə ərəfəsində 316 min alman əhali yaşayırdı. Müharibədən sonra şəhərdə qalan 200 min vətəndaşın hamısı şəhərdən evakuasiya edildi. Şərq Cəbhəsində mühasirə altına alınan hər şəhərdə olduğu kimi burada da mühasirənin son mərhələlərində aclıqdan bir çox vətəndaş öldü. Bir çox insan isə bağçalarında kartof əkməyə çalışaraq bu taledən qaçmağa çalışdı. Müharibədən sonra bu region Sovet rəhbərliyinə keçdi və Kalininqrad vilayəti adlandırıldı.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Duffy, Christopher. Red storm on the Reich: the Soviet march on Germany, 1945. Routledge. 1991. səh. 207. 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-09.
- ↑ Alexander Katerusha. "Battle of Königsberg in numbers: Won by not quantity, but quality". Комсомольская правда. 10 may 2012. 20 January 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2017. (#invalid_param_val)
- ↑ Beevor, Sh: 25
- ↑ Christopher Duffy Red Storm on the Reich: The Soviet March on Germany, 1945[ölü keçid]