I Ludovik Orlean Hersoqu - Wikipedia
I Lüdovik (fr. Louis Ier d'Orléans; 13 mart 1372[1] – 23 noyabr 1407[1], Le Mare[d]) — Fransa kralı V Karlın oğlu, Orlean hersoqu.[3]
I Lüdovik | |
---|---|
fr. Louis Ier d'Orléans | |
4 iyun 1392 – 23 noyabr 1407 | |
Əvvəlki | Valualı Filipp |
Sonrakı | Valualı Karl |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 mart 1372[1] |
Vəfat tarixi | 23 noyabr 1407[1] (35 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | bıçaq xəsarəti[d] |
Dəfn yeri | |
Fəaliyyəti | hərbi qulluqçu |
Atası | V Şarl[2] |
Həyat yoldaşı | |
Uşaqları | |
Ailəsi | Valua sülaləsi |
Hərbi xidmət | |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
13 mart 1372-ci ildə Fransa kralı V Karlın ikinci oğlu olaraq doğuldu. 1374-cü ildə Macarıstan kralı I Lüdovikin 4 yaşlı qızı və ehtimal olunan varisi Ketrinlə nişanlandı. Macarıstan kralı I Lüdovikin oğul varisi yox idi və bu yolla krallığın gələcəkdə bu cütlük tərəfindən idarə olunması planlaşdırılırdı. Ancaq qızcığazın hələ 7 yaşında ikən vəfat etməsiylə bütün bu planlar alt-üst oldu. Ardından vəliəhdin kralın digər qızı Mariya ilə evlənməsi müzakirə edilsə də, bu plan da baş tutmadı. Belə ki, Mariya artıq Lüksemburqlu Sigismundla nişanlı idi.
1380-ci ildə atasının vəfatının ardından böyük qardaşı VI Karl taxta çıxdı. Ancaq qardaşının əqli zəifliyi və bəzi psixiatrik tutmaları vardı. Bu səbəblə dövlətin idarəsi qardaşı Lüdovik və xanımı Bavariyalı İzabellanın əlində cəmləndi. 1392-ci ilin iyununda Orlean hersoqu ünvanı alan Lüdovik, ertəsi il toplanan məşvərət məclisinə üzv seçildi və ölkə bu məclis tərəfindən idarə olunmağa başlandı. Ancaq kralın ilk naiblərindən olan əmisi Burqundiya hersoqu Cəsur Filipp ölkənin idarəsini əldən vermək istəmirdi. Bu səbəblə, öncə əmisi Cəsur Filipp, onun ölümünün ardından isə oğlu Qorxusuz Conla taxt mübarizəsi aparmalı oldu. Əslində kralın qardaşı olması onun üçün ən güclü avantaj idi. Ancaq qadınlara olan düşkünlüyü, üstəlik kraliça Bavariyalı İzabella ilə haqqında şayələrin çıxması onun nüfuzunu azaltdı.
Üstəlik Burqundiya hersoqluğu ilə Fransa krallığı arasında sıx qohumluq əlaqələri vardı. Burqundiya hersoqu Qorxusuz Con qızı Marqaritanı dəli kralın yaşca böyük oğlu Lüdoviklə, oğlu Filippi isə dəli kralın qızlarından Mişellə evləndirmişdi. Üstəlik özünü kralın böyük oğlu olan kürəkəni Lüdovikin qoruyucusu elan etmişdi.
Əmisi oğlu Qorxusuz Conla olan taxt mübarizəsi 20 noyabr 1407-ci ildə qarşılıqlı and içilərək formal olaraq sonlandı. Ancaq bundan 3 gün sonra Lüdovik əmisi oğlunun əmriylə Paris küçələrində vəhşicəsinə qətlə yetirildi. 23 noyabr 1407-ci ildə Burqundiya hersoqunun əmrindəki 15 nəfərlik cinayətkar dəstə tərəfindən ata minərkən bıçaqlanan Lüdovik hadisə yerində vəfat etdi. Paris əhalisi və saray tərəfindən göz yumulan bu hadisə Burqundiya-Fransa münasibətlərini tamamilə pisləşdirdi. 28 il boyunca davam edən düşmənlik 1435-ci ildə bağlanan qarşılıqlı sülhlə başa çatdı.
Ailəsi
redaktə17 avqust 1389-cu ildə bibisi Valualı İzabella və Milan hersoqu Jan Qaleazzonun qızı olan Valentina ilə Melöndə evləndi. Qohum olmaları səbəbilə, evlilik üçün Roma papasından gələcək icazəni gözləyən cütlüyün nikah sözləşməsi 27 yanvar 1387-ci ildə Parisdə imzalandı. Ancaq yeganə varisini Fransaya göndərmək istəməyən atası Jan Qaleazzo, o əsnada hamilə olan xanımının doğumuna qədər müxtəlif bəhanələr göstərərək qızını yanında saxladı. Nəhayət, ögey qardaşı Jan Mariyanın 7 sentyabr 1388-ci ildə dünyaya gəlməsinin ardından, Valentina Vizkonti 300 nəfərlik cəngavər alayı ilə birlikdə Fransaya yola düşdü. Vaxtilə anasına cehiz verilən Vertus qraflığı bu evlilik yoluyla cütlüyə hədiyyə edildi. Xanımının ölümünün ardından sahib olduğu Vertus qraflığı ikinci oğlu Filippə, onun vəfatından sonra isə evləndiyi əsnada cehiz olaraq yeganə qızı Marqaritaya verildi.
Cütlüyün 8 övladı doğulsa da, bunlardan yalnız dördü yetkinlik yaşına çatdı.
- Ölü doğulan bir oğlan uşağı (25 mart 1390)
- Lüdovik (26 may 1391 - sentyabr 1395)
- Con (sentyabr 1393 - 1 noyabr 1393)
- Karl, Orlean hersoqu
- Filipp, Vertus qrafı
- Con, Anqulem qrafı
- Ölü doğulan bir qız uşağı (aprel 1401)
- Marqarita, Vertus qrafinyası
Mənbə
redaktə- Jean-Marc Cazilhac: Jeanne d'Evreux, Blanche de Navarre : Deux reines de France, deux douairières durant la Guerre de Cent ans, Editions L'Harmattan, 2010, 178 p., p. 20
- d'Avray, David (2015). Papacy, Monarchy and Marriage 860–1600. Cambridge University Press
- Woodacre, Elena (2013). The Queens Regnant of Navarre: Succession, Politics, and Partnerships, 1274-1512. Palgrave Macmillan
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 5 Kindred Britain.
- ↑ Bradbury, Jim (2007). The Capetians: The History of a Dynasty. Continuum International Publishing Group. ISBN 978-0826435149