Iv Gozel Karl - Wikipedia
IV Şarl (fr. Charles IV) və ya Gözəl Şarl (fr. Charles le Bel) (18 may 1294[1] – 1 fevral 1328[2], Vensen) — Fransa və Navarra kralı.[4][5][6][7][8][9]
IV Şarl | |
---|---|
fr. Charles IV de France | |
3 yanvar 1322 – 1 fevral 1328 | |
Əvvəlki | V Filipp |
Sonrakı | VI Filipp |
3 yanvar 1322 – 1 fevral 1328 | |
Əvvəlki | V Filipp |
Sonrakı | II Janna |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 may 1294[1] |
Vəfat tarixi | 1 fevral 1328[2] (33 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri | |
Fəaliyyəti | monarx |
Atası | IV Filip[3] |
Anası | Navarralı I Janna (Fransa kraliçası)[3] |
Həyat yoldaşları |
|
Uşaqları | |
Ailəsi | Kapetinqlər sülaləsi |
Dini | xristianlıq |
Vikianbarda əlaqəli mediafayllar |
Oğul varisi olmadan vəfat edən qardaşı V Filippin ölümünün ardından 1322-ci ildə Fransa taxtına çıxan IV Şarl ilk öncə Flandriyada çıxan kəndli üsyanlarıyla məşğul oldu. Ardından 1324-cü ildə Müqəddəs Roma imperatoru olmağa cəhd etdi ancaq bu cəhdi uğursuz nəticələndi.
Digər yandan bacısı İzabellanın əri olan İngiltərə kralı II Eduardla münasibətləri pisləşdi. Çünki Akvitaniya hakimi olaraq Fransa kralının vassalı hesab edilən II Eduard bu təbəəliyi qəbul etməkdən imtina edirdi. Nəticədə 1324-cü ildə Akvitaniya bölgəsi 1324-cü ildə fransızlar tərəfindən işğal edildi. Aparılan sülh danışıqları nəticəsində İngiltərə kralı döyüş təzminatı ödəməyi və Fransa kralının təbəəliyini qəbul etdi. Qarşılığında isə Akvitaniya bölgəsinin kiçik bir hissəsi ingilislərə təslim olundu.
1328-ci ildə IV Şarl eynilə qardaşları kimi geridə oğul varis buraxmadan vəfat etdi. Beləcə, Kapetinqlər sülaləsinin oğul şəcərəsi sonlandı. Səltənət parçalandı. Belə ki, Navarra taxt-tacına onun mərhum qardaşı X Lüdovikin qızı II Janna, Fransa taxt-tacına isə əmisi oğlu Valualı Filipp sahibləndi. Ancaq çox keçmədən mərhum kralın bacısı İzabella oğlunun adına Fransa taxtında haqq iddia etdi. Ancaq fransızlar bunu qəbul etmədilər. Çünki İzabella qardaşının verdiyi fərmanla taxt hüququndan məhrum edilmişdi və bu vəziyyətdə oğlunun da taxtda heç bir iddiası ola bilməzdi. Saray əyanları da tanımadıqları bir ingilisin yerinə, fransız birinin taxta çıxmasını dəstəkləyirdilər. Onsuz da imkansız görülən taxt iddialarının qəbul edilməməsinin ardından ingilislər bu iddialarından əl çəkdilər. Ancaq aralarında yaranan sürtüşmələr VI Filippi ingilislərin Fransadakı mülklərinə əl qoymağa, III Eduardı isə Fransadakı taxt mübarizəsinə qoşulmağa məcbur etdi. Beləcə, 1337-ci ildə İngiltərə və Fransa krallıqları arasında Yüzillik müharibə başladı.
Mənbə
redaktə- Echols, Anne and Marty Williams. (1992) An Annotated Index of Medieval Women. Princeton: Markus Wiener.
- Geanakoplos, Deno. (1975) Byzantium and the Crusades: 1261–1354. in Hazard (ed) 1975.
- Given-Wilson, Chris and Nigel Saul (eds). (2002) Fourteenth Century England, Volume 2. Woodridge: Boydell Press.
- Holmes, George. (2000) Europe, Hierarchy and Revolt, 1320–1450, 2nd edition. Oxford: Blackwell.
- Housley, Norman. (1986) The Avignon papacy and the Crusades, 1305–1378. Oxford: Clarendon Press.
- Kibler, William W. (1995) Medieval France: an Encyclopedia. London: Routledge.
- Kooper, Erik (ed). (2006) The Medieval Chronicle IV. Amsterdam: Rodopi.
- Lord, Carla. (2002) Queen Isabella at the Court of France. in Given-Wilson and Saul (eds) (2002).
- Neillands, Robin. (2001) The Hundred Years War. London: Routledge.
- Sumption, Jonathan. (1999) The Hundred Years War: Trial by Battle. Philadelphia: Pennsylvania University Press.
- Wagner, John. A. (2006) Encyclopedia of the Hundred Years War. Westport: Greenwood Press.
İstinadlar
redaktə- ↑ 1 2 Charles IV // Find a Grave (ing.). 1996.
- ↑ 1 2 Carlos I de Navarra y IV de Francia. // Diccionario biográfico español (isp.). Real Academia de la Historia, 2011.
- ↑ 1 2 3 4 Kindred Britain.
- ↑ Hassall, Arthur. (2009) France Mediaeval and Modern: a History. BiblioBazaar.
- ↑ Ainsworth, Peter. Representing Royalty: Kings, Queens and Captains in Some Early Fifteenth Century Manuscripts of Froissart's Chroniques. in Kooper (ed) 2006.
- ↑ TeBrake, William Henry. (1994) A Plague of Insurrection: Popular Politics and Peasant Revolt in Flanders, 1323–1328. Philadelphia: University of Pennsylvania Press.
- ↑ Vauchez, André, Richard Barrie Dobson and Michael Lapidge. (2000) Encyclopedia of the Middle Ages, Volume 1. Cambridge: James Clark.
- ↑ Nirenberg, David. (1996) Communities of Violence: Persecution of Minorities in the Middle Ages. Princeton: Princeton University Press.
- ↑ Hazard, Harry H. (ed), (1975) A History of the Crusades: The Fourteenth and Fifteenth Centuries, Volume 3. Wisconsin: Wisconsin Press.