Hyuston - Wikipedia
Hyuston (ing. Houston) — ABŞ-nin Texas ştatında şəhər. Əhalisi 2.144.491 nəfərdir.
Hyuston | |||
---|---|---|---|
|
|||
29°45′46″ şm. e. 95°22′59″ q. u.HGYO | |||
Ölkə | |||
Tarixi və coğrafiyası | |||
Əsası qoyulub | avqust 1836 | ||
Sahəsi |
|
||
Mərkəzin hündürlüyü | 13 ± 1 m | ||
Əhalisi | |||
Əhalisi |
|
||
Rəqəmsal identifikatorlar | |||
Telefon kodu | 281, 832, 713 | ||
Poçt indeksi | 77000–77099, 77200–77299, 77000, 77002, 77007, 77009, 77011, 77013, 77015, 77018, 77021, 77024, 77027, 77030, 77034, 77038, 77042, 77045, 77048, 77049, 77052, 77057, 77061, 77065, 77069, 77072, 77075, 77079, 77081, 77083, 77087, 77091, 77094, 77099, 77203, 77206, 77208, 77211, 77216, 77220, 77224, 77228, 77229, 77231, 77233, 77236, 77240, 77243, 77246, 77249, 77250, 77253, 77258, 77260, 77263, 77266, 77268, 77273, 77276, 77279, 77280, 77282, 77285, 77287, 77290, 77291, 77295, 77298 | ||
Digər | |||
houstontx.gov | |||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəHyuston ölkənin cənubunda yerləşən Texas ştatının ən böyük şəhəri, əhalisinin sayına görə isə ölkənin dördüncü ən böyük şəhəridir. 1836-cı ilin avqust ayında Baffalo Beyu (Buffalo Bayou) çayının sahilində yerləşən torpaq sahələrini satın alan nyu-yorklu Allen qardaşları burada şəhər saldılar və onu cəmisi on il mövcud olan Texas Respublikasının prezidenti Sem Hyustonun şərəfinə Hyuston adlandırdılar. Texas ştatının qəhrəmanı və dövlət xadimi olan Sem Hyuston San Xasinto (Hyuston şəhərinin şərqində yerləşir) döyüşündə Meksika ordusunu məğlub edərək Texas Respublikasını təsis etmişdir. Texas Respublikası 1846-cı ildə tamamilə konfederasiyanın tərkibinə daxil oldu. Ölkə üzrə salınan yeni dəmir yolları və ərazilər körfəzə çıxışı olduğundan Hyustona doğru irəliləyirdi. Bu isə öz növbəsində burada çoxlu sayda limanların tikilməsinə və əhalinin artmasına təkan verdi.
İqtisadiyyatı
redaktə1901-ci ildə Hyuston və onun ətrafında neft yataqlarının aşkar edilməsi iş adamları və sıravi işçilərin Hyustona köçməsinə stimul verdi. XX əsrin birinci yarısında neft sənayesinin sürətli artımı İkinci dünya müharibəsinin başlanması ilə daha da inkişaf etdi. Neft və neft məhsulları, eləcə də sintetik kauçuka olan tələbat Hyuston dəniz limanı ətrafında neft-kimya zavodlarının tikilməsini sürətləndirdi. Hazırda Hyuston özünü artıq dünyanın enerji paytaxtı kimi təsdiq etmişdir və körfəz sahilinə doğru uzanan Texas magistral yolları boyunca neft emal zavodları yerləşir. Hyuston həmçinin hər il keçirilən və dünyanın ən böyük Ofşor Texnologiya Konfransına (Offshore Technology Conference - OTC ) ev sahibliyi edir. 2011-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) sponsorluğu ilə Azərbaycan da bu konfransda təmsil olunmuş, dünyada ilk neft hasil edən ölkə kimi Azərbaycanın nailiyyətləri təqdim edilmişdir. Neft sənayesindən əlavə, nəqliyyat və yükdaşınma, tibb və kosmik kəşfiyyat sənayesinin inkişafı Hyuston şəhərinin uğuruna səbəb olmuşdur.
Ölkənin cənubunda yerləşən Hyuston limanı ABŞ-nin dəniz yükdaşıma tonnajına görə ən iri, ümumi yük tonajı baxımından isə ikinci ən iri limanı hesab olunur. Hyustonda yerləşən Tibb Mərkəzinə isə onlarca xəstəxana, tibbi tədqiqat və inkişaf institutları, tibbi elm ocaqları daxildir. Şəhər səhiyyə mərkəzlərinin sayına görə dünyada birinci yeri tutur. Ən iri həcmli ilk hava təcili tibbi yardım xidməti də məhz Tibb Mərkəzi tərəfindən həyata keçirilmişdir. Burada həmçinin ürək və qaraciyər transplantasiyası əməliyyatı üzrə ən iri mərkəz yerləşir. Milli Aeronavtika və Kosmik İdarəetmə üzrə Conson adına Kosmik Mərkəz (NASA) də Hyustonda yerləşir. 2006-cı ildə Hyuston Forbes jurnalı tərəfindən biznesin inkişafı üçün ABŞ-də ən əlverişli yer hesab olunmuşdur.[5]
Təhsil
redaktəQardaş şəhərlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Who's On First (ing.). 2015.
- ↑ 1 2 Global LEI index.
- ↑ United States. Bureau of the Census 2016 U.S. Gazetteer Files (ing.). Washington, D.C.: U.S. Census Bureau, 2016.
- ↑ 2020 United States Census. / red. ABŞ əhalinin siyahıya alınması bürosu
- ↑ Dünyanın enerji paytaxtı Hyuston Arxivləşdirilib 2014-03-28 at the Wayback Machine SOCAR Plus jurnalı
- ↑ Adana ile Houston kardeş şehir oluyor Arxivləşdirilib 2013-05-26 at the Wayback Machine USA SABAH. İstifadə tarixi: 2015-10-15