Hudiler - Wikipedia
Hudilər ya da Banu Hud (بنو هود), İspaniyanın dağınıq müsəlman əmirliklərə (Təvaif-ül Mülk) bölündüyü XI əsrdəki siyasi qarğaşa dönəmində Saraqosa şəhəri çevrəsində hökm sürən bir Ərəb xanədanıdır.
Tarixi
redaktəXanədanın qurucusu olan Süleyman bin Məhəmməd bin Hudi, xanədanını Tucibi əmiri və yaxın müttəfiqi olan II Munzirin 1039-cu ildə öldürülməsindən sonra elan etmişdir. Tucibi zamanında şimal sınırında vəzifədə olan əl-Mustain adıyla da anılan Süleyman bin Məhəmməd bin Hudi, əsgəri uğurlarıyla adını duyurmuş və Lerida valiliyi vəzifəsində olmuşdur. Hudilər Əl-Mustain dönəmində qısa müddətdə İber yarımadasının şimal-şərqində geniş torpaqlara sahib bir əmirlik təşkil etdilər. Ancaq Əl-Mustainin ölümündən sonra beş oğlu arasında başlayan taxt qovğası, oğullarından I Əhməd əl-Müqtədirin hakimiyyəti ələ almasıyla sona çatdı.
Əhməd əl-Müqtədir uğurlu idarəsi və Norman Robert Crespinin 1064-cü ildə müsəlmanlardan aldığı Barbastoyu yenidən fəthi (1065) ilə müsəlman əmirlər arasında adını duyurdu. Ayrıca aralarında ünlü din alimi Əbul Vəlid əl-Bacinin və şair İbn Ammarın da olduğu önəmli din adamlarını və sənətkarları yanına aldı və günümüzdə sadəcə kiçik bir qismi ayaqda qalmış olan Cəfəriyyə sarayını tikdirdi. əl-Müqtədir bunun yanında Tortosa (1061) və Denianı (1075) ələ keçirərək əmirliyi dönəmində torpaqlarını genişlətməyi bacardı.
Yerinə keçən oğlu Yusif əl-Mutəmin (1081-1085) əsgəri kimliyindən çox elm adamı kimliyi ilə ortaya çıxdı. Əl-Mutəmindən sonra taxtı əlinə alan II Əhməd əl-Mustainin hökmdarlıq dönəmiysə (1085-1110) Xristianlarla aparılan savaşlarla keçdi. Xristianlar Əl-Mustaini Alcorazda böyük bir məğlubiyyətə uğratdıqdan sonra Saraqosaya yürüdülər. Ancaq Şimal Afrikanın müsəlman xanədanlarından Əlmoravilərin bölgəyə bir ordu göndərmələri üzərinə geri çəkilmək durumunda qaldılar.
Əlmoravilər Xristianlarla aralarında bir tampon bölgə yaratmaq məqsədi ilə Saraqosanın müstəqil bir əmirlik olaraq qalmasına izin verdilər. Lakin əl-Mustainin 1110-cu ildə Valtierrada Xristianlarla çarpışırkən ölməsi nəticəsində taxtın varisi olan İmadüd-Dövləni Rueda De Jalona qaçmağa məcbur edərək şəhəri ələ keçirdilər.
Xanədanın çöküşü
redaktə1130-cu ildə Ruedada ölən İmadın öğlu III Əhməd əl-Mustansır Toledo bölgəsində ona torpaq verilməsi qarşılığında Ruedanı buraxmaq mövzusunda Kastiliya və Leon kralı VII Alfonso ilə anlaşdı. 1144-cü ildə Murabıtlara qarşı başladılan üsyanda yarımadanın hər yanından onu dəstəkləməyə gələn müsəlmanlardan bir ordu təşkil edərək Kurtuba (Kordoba), Ceyyan (Jaén), Gırnata (Qranada), Mursiyə (Murcia) və Balansiyanı (Valensiya) ələ keçirmək üzrə bir hücum başlatdı. Ancaq 1146-cı ildə Chinchilla yaxınlarında aparılan savaşda məğlubiyyətə uğradılar və Əhməd əl-Mustansır bu savaşda öldü. Bu ölüm sonunda Hudi xanədanı da sona çatmış oldu.
Həmçinin bax
redaktə Monarx, sülalə və ya onların nümayəndələri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |