Herat - Wikipedia
Herat (fars. هرات, q.türk Häri[1]) — Əfqanıstanın qərbində Herat vilayətinin mərkəzi olan şəhər.
Herat | |
---|---|
34°20′30″ şm. e. 62°12′11″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 920 ± 1 m |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəHeratın tarixi antik mədəni müəlliflər tərəfindən rəvayət edilmişdir. Yunan tarixçi Herodot, Heratın Orta Asiyanın buğda ambarı olduğunu yazmışdır. E.ə. 330-cu il ətrafında şəhər Makedoniyalı İsgəndər tərəfindən alındı. Daha sonra isə şəhər Selevkilərin əlinə keçdi. E.ə. 167-ci ildə də şəhərə Parflar sahib oldu. Sasanilər (226-652) dövründə Ağ Hun imperiyası ilə Sasanilər arasında keçən savaşlarda Herat strateji bir önəmə sahib idi. 786-809-ci illər arasında şəhər Abbasilər tərəfindən idarə olunurdu. Herat, 1000-ci ildə Qəznəvilərin, 1040-cı ildə isə Səlcuqluların əlinə keçdi. Daha sonra Xarəzmşahlar sülaləsinin bir parçası oldu.
1221-ci ildə Herat Çingiz xan tərəfindən yerlə bir edildi. 1381-ci ildə da Əmir Teymur tərəfindən təkrar məhv edildi. XV yüzillikdə şəhər bir müddət Qaraqoyunlular tərəfindən idarə olundu. 1507-ci ildə Özbəklərin əlinə keçən şəhər, 1510-cu ildə Şah İsmayıl Səfəvi tərəfindən Səfəvilər dövlətinə qatıldı.
Herat bəylərbəyliyi
redaktəDürranilər hakimiyyəti altında
redaktə1750-ci ildə Herat, Əhməd xan Dürraninin əlinə keçdi. Herat 1860-cı ildə Əmir Dostməhəmməd xan tərəfindən Əfqan dövlətinin bir parçası halına gətirildi. XIX əsr boyunca şəhər İngilislər, Qacarlar dövləti və Əfqanlar arasında bir çox döyüşlərə səhnə oldu.
Sovet-Əfqan savaşı zamanı Herat, Sovet ittifaqı tərəfindən işgal edildi. 10- 20 mart 1979 tarixləri arasında şəhərə Sovetlərə qarşı çıxan üsyanı yatırmaq üçün Sovetlər şəhəri bombalayaraq 20 000 nəfərin ölümünə səbəb oldular. Şəhər 1995-ci ildə Talibanın əlinə keçdi. 2001-ci ildə ABŞ-nin Əfqanıstana apardığı müdaxilə nəticəsində Taliban şəhəri tərk etmək məcburiyyətində qaldı. Günümüzdə Herat, ABŞ-nin dəstəklədiyi Hamid Kərzai hökuməti tərəfindən idarə edilir.
Önəmli yerlər
redaktə- Aeroportları
- Herat aeroportu
- Şəhərin səmtləri
- Şar Noe (Şəhər mərkəzi)
- Vilayet (Vilayət binası)
- Kolordu (Ordu karargahı)
- Farka (Ordu karargahı)
- Durvaza Kuş
- Çar-suk
- Pul-rangina
- Sufi-abad
- Noe-abad
- Pul-malaan
- Tak-ta Sefer
- Havza-Karbas
- Baraman
- Darvaza Kandahar
- Darvaza Irak
- Abidələr
- İskender qalası
- Musalla Kompleksi
- Müzeylər
- Herat Milli Muzeyi
- Cihat Muzeyi
- Türbəler
- Kraliça türbəsi (Gövhərşad)
- Mirveys Sadıq türbəsi
- Jami türbesi
- Kaca Kaltan türbesi
- Məscidlər
- Cümə məscidi
- Kazirgah Şerif
- Kalga Şerif
- Şah Zahdaha
- Parklar
- Park-ı Terakki
- Park-ı Millet
- Kana-i Cihat Parkı
- Stadionlar
- Herat Stadionu
- Oteller
- Serena Hotel
- Diamond Hotel
- Marcopolo Hotel
- Universitetlər
- Herat Universiteti
İstinadlar
redaktə- ↑ Древнетюркский словарь, Ленинград, 1969 г. (s. 197)