Henle Ilgeyi - Wikipedia
Henle_ilgəyi - Haqqında Məlumat
Henle ilgəyi – nefronun bir hissəsi, proksimal və distal böyrək kanalıqlarını birləşdirən ilgək. Henle ilgəyinin əsas funksiyası su və ionların reabsorbsiysı və sidik cövhərinin mübadiləsini təmin etməkdir. Henle ilgəyi iki ayaqcıqdan ibarətdir: enən ayaqcıq (lat. crus descendens) və qalxan ayaqcıq (lat. crus ascendens); bunların ən dar hissəsinə boğaz – lat. isthmus deyilir. Bu boğaz əksərən enən ayaqcığın qalxan ayaqcığa keçən yerində olur; bəzən isə enən və ya qalxan ayaqcıqda təsadüf olunur[1]. Alman anatomu və həkimi Yakob Henle (19 iyul 1809, Fürt; † 13 may 1885, Göttingen) nefronun quruluşunu tədqiq edərkən kəşf etdiyi ilgək onun adı ilə Henle ilgəyi adlandırılmışdır.
Henle ilgəyi | |
---|---|
| |
Latınca | ansa nephroni |
Qrey | subyekt 253 1223 |
Sistem | Sidik-cinsiyyət |
Üzv | Böyrək |
Embrional | lat. blastema metanephrogenicum |
MeSH | loop+of+henle |
Dorlands/Elsevier | 12138619 |
Vikianbarda əlaqəli mediafayllar |
İstinadlar
redaktə- ↑ Prof. K. Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, II cild, Sidik-cinsiyyət aparatı, Böyrəklər, "MAARİF" Nəşriyyatı, Bakı – 1979, səh 158.
Mənbələr
redaktə- Prof. K. Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979
Həmçinin bax
redaktə Anatomiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |