Havay Adalari Yaponlari - Wikipedia
Havay adaları yaponları (ハワイの日本人, Hawai no nihonjin?) və ya nadir hallarda Kepani (ケパニ?) – Havay adalarında ikinci ən böyük etnik qrup. Yaponlar ilk dəfə Havay adalarına 5 may 1806-cı il tarixində İnavaka-maru gəmisinin göyərtəsində gəlmişdirlər. İlk yapon imiqrant qrup isə 1866-cı ildə amerikalı Yucin Miller Van Ridin başçılığı altında Havay adalarına şəhər plantasiyalarında işləmək məqsədilə yerləşmişdir. 1869-1885-ci illərdə Havay adalarına immiqrasiya qadağan olunmuşdur. Qadağandan sonra 153 nəfər yapondan ibarət ilk qrup 8 fevral 1885-ci ildə Havay adalarına gəlmişdir.
Yaponların Havay adalarına 1885-ci ildəki gəlişinin 100 illiyi münasibətilə 1985-ci ildə bürüncdən hazırlanan yapon plantasiya işçiləri heykəli. | |||
Özünüadlandırma | |||
---|---|---|---|
Kepani (ケパニ?) | |||
Ümumi sayı | |||
312,292 (2010)[1] | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
yapon, ingilis, picin, okinava | |||
Dini | |||
Daxildir | |||
ABŞ yaponları | |||
Mənşəyi | |||
yaponlar |
1920-ci ildə onlar Havay əhalisinin 43%-ni təşkil edirdilər.[2] 2000-ci ilin statistikasına görə isə indi bu rəqəm 16,7% təşkil edir. ABŞ qarışıq milliyətə malik insanları ayrıca saydığından, yaponmənşəli insanların əsl sayının daha çox olduğu güman olunur.[3] Hazırda Havay adalarındakı yapon məktəbləri dövlət tərəfindən tələb olunan məcburi təhsilin ən yüksək pilləsi olan tamamlayıcı təhsili də verir. Havay Yapon Məktəbi "Rainbow Gakuen" həftəsonu tamamlayıcı yapon məktəbidir. Honoluludakı Kaymuki orta məktəbində sinifləri və Honoluludakı başqa bir binada ofisləri var.[4]
Yapon dili Havay adalarının əsas dillərindən biridir, buradakı müxtəlif etnik qruplar tərəfindən istifadə olunur və öyrənilir. Özəl yapon dili məktəblərinin 2-ci sinfində yapon dili öyrədilməyə başlanır. Gələn bir çox yapon turistə asan olsun deyə ictimai nəqliyyatda, yer nişanlarında və mülki binalarda yapon dilindən də istifadə olunur. Havay adalarında yerli yapondilli qəzet və jurnallar azdır, lakin onlara olan maraq getdikcə azalır. Turistlərin gəldiyi dükanlarda tez-tez yapondilli personel olur. ABŞ-la olan müttəfiqliklərini nümayiş etdirmək üçün bir çox nisey və sansey bilərəkdən yapon dilini öyrənməkdən yayınır.[5]
İlk gəliş
redaktəYaponların Havay Krallığına ilk gəlişi 5 may 1806-cı il tarixində İnavaka-maru gəmisinin sıradan çıxmasından sonra 70 gün boyunca gəminin göyərtəsində sağ qalmağa çalışan yaponlarla bağlıdır.
Mansuke Motoyaya məxsus olan balaca ticarət gəmisi İnavaka-maru 1798-ci ildə Osakada tikilmişdir. İnavaka-maru sonuncu səyahətinə 7 noyabr 1805-ci ildə Hiroşimadan Edoya (müasir Tokio) doğru başlamışdır. Gəmisi Kikkava klanı tərəfindən döşək, at yemi və iki sərnişinin çatdırılması üçün tutulmuşdu. Gəmi heyəti kapitan Niinaya Qinzo, usta İçiko Sadaqoro, dənizçilər Hirahara Zenmatsu, Akzaki Matsuciro, Yumori Kasoci və Vasazodan ibarət idi. İnavaka-maru yenidən qayıtmalı idi və səyahətinə 27 noyabrda yenidən başlamışdır. Gəmi 21 dekabrda Edoya çatmış, evə çatmaq üçün Kanaqava, Uraqa və Şimodada dayanmışdır. 6 yanvar 1806-cı ildə Enşunada dənizi boyunca Şimodadan yola düşmüşdür.[6]
Gəmi qar fırtınası ilə üzləşmiş, yağış və külək gəmini Sakit okeanın şərqinə doğru aparmışdır. 7 yanvarda gəmi heyəti güclü küləyə görə dorağacını kəsmişdir. 11 yanvarda iki qayalı ada görülmüş, lakin onlara çatmaq üçün cəhd edilməmişdir. Bu, Havay adalarından öncə heyətin gördüyü son torpaqlar idi. 20 yanvarda su ehtiyatı bitsə də, yağış suyunu toplamağa başladılar. 28 fevralda düyü ehtiyatı da bitmişdir. 15 martda bir uçan balıq gəminin göyərtəsinə enmiş, heyət sağ qalmaq üçün balıq ovlamağa başlamışdır. 20 martda Kornelius Solun kapitanı olduğu ABŞ gəmisi Tabour gəmi heyətini xilas etmişdir. O, onların ağızlarını və qarınlarını işarə edərək ondan yemək yalvardıqlarını görmüş, gəminin yemək ehtiyatının bitdiyini öyrənəndən sonra onların vəziyyətini dərk etmişdir. Kapitan Sol onları əvvəlki normal gündəlik yeməyə yenidən öyrəşdirmək üçün 5 gün boyunca onlara yeməyi kiçik porsiyalarda vermişdir. 5 may 1806-cı ildə Tabour Havay adalarının Oahu adasına çatmışdır. Kapitan Sol 8 yaponu da kral I Kamehamehanın öhdəsinə vermişdir. Kapitan Sol kralın qonaqpərvərliyinin qarşılığında ona İnavaka-marunun lövbərini, 40 baltanı və digər əşyaları vermişdir.[6]
Kral 6 mayda Kalanimokuya 50 adam yığıb yaponlar üçün ev tikdirməsini əmr etmişdir. Evin tikilməsi 4 gün çəkmiş, ev üçün bir aşpaz və iki mühafizəçi ayrılmışdır. Yerli əhali fərqli millətdən olan bu şəxsləri görmək üçün evin ətrafına axışmışdır. 17 avqustda yaponlar Perseverance gəmisi ilə Makaoya yola düşmüş, 17 oktyabrda ora çatmışdırlar. Burdan onları bir Çin gəmisi 25 dekabrda Cakartaya gətirmişdir. Cakartada onlar xəstələnmiş, 5-i burda və ya Naqasakiyə gedən yolda ölmüşdür. Gəmi 17 iyun 1807-ci ildə Naqasakiyə çatanda yenə biri ölmüşdür. Sakoku dövrü olduğu üçün Yaponiyanı tərk etmək qadağan idi. Buna görə də sağ qalan son iki nəfər həbs olunmuş və sorğulanmışdır. Biri intihar etmiş, son sağ qalan Hirahara Zenmatsu nəhayət 29 noyabr 1807-ci ildə evinə çatmışdır. Hiroşima daymyosu Asano Narikata onu çağırmış, hekayəsini "Iban Hyoryu Kikokuroku Zenmatsu" adı altında qeyd etmişdir. Hirahara Zenmatsu 6 ay sonra ölmüşdür.[6]
İlk immiqrasiyalar
redaktə1866-cı ildə holland əsilli amerikalı Yucin Miller Van Rid Havay krallığının nümayəndəsi kimi Yaponiyaya gəlmişdir. O, rəsmi Havay-Yaponiya münasibətlərinin qurulmasına nail ola bilməsə də, tacir kimi burada qalmağa davam etmiş və Edo şoqunluğundan yaponların immiqrasiyası üçün icazə almışdır. İmmiqrasiya üçün insan toplamağa başlayandan 1867-ci ildə Meyci hökuməti qurulmuş və Meyci dövrünün ilk ilində Edo şoqunluğunun bütün müqavilələri ləğv olunmuşdur (yeni hökumətin Ridin immiqrasiya icazəsini ləğv etməsinin səbəblərindən biri də adının kölə ticarəti ilə hallanması idi. Misal üçün, ABŞ-dəki təhsili Van Rid tərəfindən təşkil olunan Korekiyo Takahaşi sonda qonaq olduğu ailə tərəfindən kölə kimi satılmışdır.[7][8] Lakin o, Yaponiyaya qayıda bilmiş, ölkənin 20-ci baş naziri olmuşdur). Lakin Van Rid yeni hökumətin icazəsi olmadan 153 yaponu Havay adalarına şəkər plantasiyalarında işləməyə göndərmişdir. Onlar Scioto adlı gəmi ilə 17 may 1868-ci ildə Yohohamadan Honoluluya yolda düşmüş, 19 iyunda hədəfə çatmışdırlar.[9] Yapon immiqrantların ilk rəsmi qrupu Qannenmono (元年者?), yəni "ilk ilin insanları" (Meyci dövrünün) adlanır. 2018-ci ildə Havay adalarında onların gəlişinin 150 illiyi qeyd olunmuşdur.[10]
Bu ilk qrupda 142 kişi, 6 qadın var idi. Buna görə də onların çoxu Havay adalarına çatandan sonra havaylılarla evlənmişdirlər.[9] Onlar Oahu, Mauy, Kauay və Lanaydakı şəkər plantasiyalarında işləyirdirlər. İki və ay üç ay sonra onların çoxu iş şəraitindən və vəd olunan ödənişin edilməməsindən şikayət etməyə başlamışdırlar. Qadınlardan 4-ü, kişilərdən isə 50-si 1870-ci ildə Yaponiyaya qayıtmışdır.[11] Yeddisi müqavilələri başa çatmamış ölmüşdür.[12] Lakin onların arasında bəzi insanlar Havay adalarındakı ABŞ yaponları arasında məşhurlaşmışdır: qrupun lideri miyaqili Tomitaro Makino, qrupun ən gənc üzvü, 13 yaşlı İçiqoro İşimura, okayamalı samuray, Mauyda ölərkən 102 yaşında olan Sentaro İşii, Vaypio dərəsində havaylı həyat yoldaşı Klara ilə yaşayan tokiolu Tokuciro "Toko" Sato və Yaponiyanın Havay Krallığındakı ilk konsul generalı olan Taro Ando.[13]
1869-1885-ci illərdə Yaponiya hökuməti Havay adalarına immiqrasiyanı qadağan etmişdi, çünki hökumət düşünür ki, yapon işçilər yapon irqinin nüfuzunu aşağı salacaqlar. 1881-ci ildə Havay kralı Kral David Kalakaua iki ölkə arasındakı münasibətləri gücləndirmək üçün Yaponiyanı ziyarət etmişdir. Kral Yaponiyadan eksterritoriallığı tələb etməməyi təklif etmişdir. 10 martda Kalakau İmperator Meyci ilə görüşmüş, Şahzadə Viktoriya ilə Şahzadə Hiqaşifuşimi Yorihito arasında evlilik təklif etmişdir. Bir neçə gün sonra təklif rədd edilmiş, lakin 1885-ci ildə immiqrasiya qadağası ləğv olunmuşdur.[14] 153 yapon miqrantdan ibarət ilk qrup şəkər və ananas plantasiyalarında işləmək üçün 8 fevral 1885-ci ildə Havay adalarına çatmışdır.[15][16]
Monarxiyanın ləğvi dövrü
redaktəXIX əsrin sonlarında Havay adalarında yeni inqilablar başlamışdır. 1887-ci ildə sakinlər kralın mütləq hakimiyyətinə son vermiş, onu Beyonet kontitusiyasını və güclü parlamentdə malik konstitusiyalı hökumət təşkil etməyə məcbur etmişdirlər. Yeni konstitusiya ancaq havaylılara, amerikalılara, avropalılara səsvermə hüququ vermiş, yaponlar və digər asiyalar bu hüquqdan məhrum olmuşdurlar. Yapon komissarlığı kontitusiyada dəyişiklik edərək yaponların hüquqlarının bərpa edilməsi üçün cəhdlər etmişdir. 1893-cü ildə Havay adalarında monarxiya ləğv edilmişdir. Tokio buna kapitan Toqo Heyhaçironu Havay adalarındakı Yaponiya donanma fəaliyyətlərinə komandirlik etməklə vəzifələndirmişdir. HIJMS Naniwa gəmisi təlimdə olan HIJMS Kongo ilə görüşmək üçün dərhal Havay adalarına göndərilmişdir.[17]
Kapitan Toqo daha öncə Kalakauanın qonağı olmuşdu, buna görə sonuncu kralın bacısı və xələfi olan Kraliça Lidiya Liliuokalaninin taxtdan imtina etməsinə qarşı gəlmək və "kanoner diplomatiyası"ndan istifadə etmək üçün Havay adalarına qayıtmışdır. O, respublikanın bayrağını dalğalandırmamaqla müvəqqəti hökuməti salamaqdan imtina etmişdir. O, yeni rejimi tanımamış, Britaniya gəmisi HMS Garneti də eynisi edib etiraz etməyə təşviq etmişdir. Yapon komissarlığı sonda Toqonun etirazını dayandırmışdır, çünki bunun yaponların hüquqlarının bərpa edilməsinə mane olmasından ehtiyat etmişdir. Daha sonra Kato Kanci daha sərt etiraz etmədiyinə, hətta etiraza britaniyalıları da cəlb etmədiyi üçün peşman olduğunu yazmışdır.
Yaponiya donanmasının təzyiqi və Yaponiya hökumətinin taxtdan imtinaya qarşı olması Yaponiyanın hərbi gücdən istifadə edərək monarxiyanı bərpa etməyə və ölkəni Yaponiya kuklasına çevirməyə cəhd etməsi barədə narahatlıq yaratmışdır. Havay adalarındakı antiyapon hərəkat daha da güclənmişdir.
30 aprel 1900-cü il tarixindən sonra Havay adalarında doğulan uşaqların hamısı doğuşdan ABŞ vətəndaşı olmuşdur. Yapon uşaqların çoxunun ikili vətəndaşlığı var idi. ABŞ-dəki ilk yapon məktəblər Havay adalarında açılmışdır. 1920-ci ilə kimi Havay adalarındakı yapon uşaqların 98%-i yapon məktəblərində oxumuşdur. 1934-cü ilin statistikasına görə 183 məktəbdə 41.192 şagird oxuyurdu.[18][19][20]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ U.S. Census Bureau: QT-P8: Race Reporting for the Asian Population by Selected Categories: 2010
- ↑ Harvard Encyclopedia of American Ethnic Groups 1980, p.562
- ↑ US Census 2000: [1] Arxivləşdirilib 2020-02-12 at Archive.today.
- ↑ "Home page Arxivləşdirilib 2015-07-15 at the Wayback Machine." Hawaii Japanese School - Rainbow Gakuen. Retrieved on April 16, 2015. "事務所住所: 2454 South Beretania St., #202 Honolulu, HI 96826" and "授業実施校: Kaimuki Middle School"
- ↑ Morimoto, (1997)
- ↑ 1 2 3 Kono, Sinoto, 2000
- ↑ "Takahashi Korekiyo Memorial Park in Yokohama". 2021-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-11.
- ↑ "Gannenmono" in the October-November, 2018, issue of Wasabi Arxivləşdirilib 2019-07-11 at the Wayback Machine, published by Japanese Daily Sun of Honolulu
- ↑ 1 2 Goto, Y. Baron. Children of the Gannenmono: the First-Year Men. Honolulu, HI: Bishop Museum Press. 1968.
- ↑ Park, Denise. "Gannenmono: Celebrating 150 Years". Japanese Cultural Center of Hawai‘i (ingilis). 2018-01-22. 2018-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-21. (#invalid_param_val)
- ↑ Yamashita, Souen. 元年者のおもかげ:ハワイ日本人移民百年祭記念. Tokyo: Nihon Hawai Kyokai. 1968.
- ↑ "About | 150th GANNENMONO Celebration". 150th GANNENMONO Celebration (ingilis). 2019-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-21.
- ↑ 在ホノルル日本国総領事館協賛 主婦ソサエティー・オブ・ハワイ総会開催(三澤康総領事のスピーチ、2016年) Arxivləşdirilib 2019-01-01 at the Wayback Machine (in Japanese)
- ↑ Jan ken po by Dennis M. Ogawa, p. 94
- ↑ Kuykendall, Ralph S. (1967): The Hawaiian Kingdom: Volume 3 - The Kalakaua Dynasty, 1874-1893, University of Hawaii Press, pp. 164-165, ISBN 978-0-87022-433-1.
- ↑ "About Us: Brief History". Consulate General of Japan in Honolulu. 30 June 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 February 2012.
- ↑ William Morgan. Pacific Gibraltar: U.S.-Japanese Rivalry over the Annexation of Hawai'i, 1885-1898. Naval Institute Press. 2011. 213–16.
- ↑ Harada 1934: 43
- ↑ M. Takagi 1987: 18
- ↑ Asato 2005
Ədəbiyyat
redaktə- Asato, Noriko. Teaching Mikadoism: The Attack on Japanese Language Schools in Hawaii, California, and Washington, 1919-1927. Honolulu: University of Hawaii. September 2005.
- Harada, Koichi Glenn. A Survey of the Japanese Language Schools in Hawaii. Honolulu: University of Hawaii. 1934.
- Kono, Hideto; Sinoto, Kazuko. "Observations of the first Japanese to Land in Hawai'i" (PDF). The Hawaiian Journal of History. 34. 2000: 49–62.
- Hosokawa, Bill. Nisei, the Quiet Americans (1969).
- Kawakami, Barbara F. Japanese immigrant clothing in Hawaii, 1885-1941 (University of Hawaii Press, 1995).
- Liu, John M. "Race, ethnicity and the sugar plantation system: Asian labor in Hawaii, 1850–1900." in Lucie Cheng and Edna Bonacich, eds. Labor immigration under capitalism: Asian workers in the United States before WWII (1984) pp: 186-201.
- Miyakawa, Tetsuo Scott. East across the Pacific: historical & sociological studies of Japanese immigration & assimilation (ABC-CLIO, 1972).
- Morgan, William. Pacific Gibraltar: U.S.-Japanese Rivalry over the Annexation of Hawai'i, 1885-1898 (Naval Institute Press, 2011).
- Morimoto, Toyotomi. Japanese Americans and Cultural Continuity: Maintaining Language through Heritage. United Kingdom: Routledge. 1997.
- Nordyke, Eleanor C., and Y. Scott Matsumoto. "Japanese in Hawaii: a Historical and Demographic Perspective." (1977). online
- Stephan, John J. Hawaii Under the Rising Sun: Japan's Plans for Conquest After Pearl Harbor. Honolulu: University of Hawaii Press. 2002. ISBN 0-8248-2550-0.
- Takagi, Mariko. Moral Education in Pre-War Japanese Language Schools in Hawaii. Honolulu: University of Hawaii. 1987.
- Thernstrom, Stephan; Ann Orlov; Oscar Handlin. Japanese // Harvard Encyclopedia of American Ethnic Groups (2). Harvard University Press. 1980. 561–562. ISBN 0-674-37512-2.
- "United States Census 2000". United States Census Bureau. April 2000. İstifadə tarixi: 2007-03-16.