Hatem Aga Cagarvi - Wikipedia
Hatəm ağa Cağarvi və ya Cağarlı Hatəm ağa - erməni[1] və bolşeviklərə qarşı müqavimət hərəkatının liderlərindən[2] və Azərbaycan milli istiqlal hərakatının fəal üzvlərindən biri. Hərbçi.
Hatəm ağa Çağarvi | |
---|---|
Hatəm Sərkərov | |
Şəxsi məlumatlar | |
Doğum yeri | Qusar, Cağar kəndi. |
Vəfat tarixi | |
Milliyyəti | Ləzgi |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Quru qoşunları |
Rütbəsi | Polkovnik |
Döyüşlər |
Həyatı və Fəaliyyyəti
redaktəHatəm ağa Qusarın Cağar kəndində anadan olmuşdur. Hatəm ağa Çağarvi haqqında 1871-ci ilin avqustun 20-də general-mayor Komarovun tərtib etdiyi Küre və Samur dairələri siyahısında məlumat verilmişdir. Rusiyada hərbi təhsil almış və polkovnik rütbəsinə kimi yüksəlmiş Hatəm Sərkərov 1918-ci ildə Möhübəli Kuzunvi ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyəti ərazisinin bərpa edilməsi uğrunda qırmızı qvardiyaçılara qarşı döyüşmüşdü. Hatəm ağa həmçinin Möhübəli Kuzunvinin və Əli bəy Zizikskinin dəstələri ilə birlikdə dəfələrlə bolşevik adı ilə Bakı quberniyasının qəzalarında yerli əhaliyə müsibətlər yaşadan erməni daşnaklarına qarşı vuruşmuşdur. Onlar 1918-ci ilin may ayında Quba rayonunun Digah kəndindəki “Qanlı dərə”də Hamazaspın silahlı erməni qoşununu darmadağın etmişdi. Hatəm ağa Sovet hakimiyyəti qalib gəldikdən sonra da bolşeviklərə qarşı mübarizəni davam etmişdir. Hatəm ağa, Əli bəy Zizikski və Möhübəli Kuzunvi ilə birlikdə Həsənqala döyüşündə də iştirak etmiş, ağır döyüşlərdə ermənilərin qarşısını kəsərək və onların irəliləməsinə icazə verməmişdir.[3]
Vəfatı
redaktə1921-ci ilin sentyabrın 8-də Azərbaycan KP Quba qəzasında “əksinqilabi hərəkatı” ləğv etməklə bağlı xüsusi qərar qəbul etdi və Hatəm ağanı ələ keçirmək üçün Qusara iki polk göndərmişdir. Lakin qırmızılar Hatəm ağanın rəhbərlik etdiyi 300 döyüşçü ilə bacarmamışlar. Belə olduqda, Sovet hökuməti Hatəm ağanı Quba qəzasında milis idarəsinin rəisi təyin etmişdir. Amma yeni quruluşun haqsızlıqlarını görən Hatəm ağa 1922-ci ildə həmin vəzifədən imtina edərək, yenidən bolşeviklərə qarşı mübarizəyə qalxmışdır. O, 3 minlik sovet ordusuna qarşı 2 ay döyüşmüş və qəhrəmancasına həlak olmuşdur.[4]