Polk - Wikipedia
Alay[1] və ya polk[2] — bir polkovnikin əmri altında üç ya da dörd tabordan ibarət olan hərbi birlik. Bir həbri birlik olaraq çox köhnə tarixə malikdir. 16 əsrin ortalarında Fransız süvari birliklərinə də alay deyilirdi. Daha sonrakı əsrlərdə alayların öz bayraq, forma və gerbləri inkişaf etdirilmiş və müəyyən alaylar müəyyən bir şəxsiyyət, hərbi karier əldə etmişlər. 20 əsrin əvvəllərinə qədər Avropa və ABŞ ordularında alaylar 10 bölükdən ibarət idi. Napoleon isə alay təşkilatında yeni tənzimləmələrə getmiş və əmri altındaki alayları, biri qərargahda, digər ikisi də ərazidə olmaq üzrə üç tabor şəklində təşkilatlandırmışdır. 20 əsrin başlanğıcında Birləşmiş Ştatlar ordusu da bu yeniliyi mənimsəmişdir. Alayların bu quruluşu Birinci dünya müharibəsi, İkinci dünya müharibəsi və Koreya müharibəsi ərəfəsində dəyişməmişdir.
Vahid | Heyət | Rəhbər |
---|---|---|
Tim | 4 | Kiçik çavuş Çavuş Baş çavuş Birinci dərəcəli starşina İkinci dərəcəli starşina Üçüncü dərəcəli starşina |
Manqa | 8-13 | Kiçik gizir Gizir Baş gizir Kiçik miçman Miçman Baş miçman |
Taqım | 25-26 | Kiçik leytenant Leytenant Baş leytenant |
Bölük | 80-225 | Baş leytenant Kapitan (hərbi rütbə) Kapitan-leytenant |
Tabor | 300-1300 | Kapitan (hərbi rütbə) Mayor Polkovnik-leytenant Üçüncü dərəcəli kapitan |
Alay | 1300-3000 | Polkovnik-leytenant Polkovnik İkinci dərəcəli kapitan |
Briqada | 3000-5000 | Polkovnik General-mayor Kontr-admiral |
Diviziya | 10000-15000 | General-mayor Kontr-admiral |
Korpus | 20000-45000 | General-leytenant Vitse-admiral |
Ordu | 80000-200000 | General-polkovnik Admiral |
Ordu qrupu | 400,000–1,000,000 | Dörd ulduzlu general/Admiral/Marşal/Böyük Admiral |
Azərbaycan Silahlı Qüvvələrində və digər dövlətlərdə həbri birləşmələrdən başqa,hüquq mühafizə orqanlarının şəxsi heyətinin birləşmələridə Alay adlandırılır.məs:Çevik Polis Alayı və s.
İstinadlar
redaktə- ↑ Алај // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 211.
- ↑ Латыш атыҹылары // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: Куба—Мисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 170.
Hərb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |