Harami Yaylaqlari - Wikipedia
Harami yaylaqları — Ermənistan Respublikasının cənubunda, keçmiş Qafan rayonunda, Gığı dərəsi ərazisində yerləşən yaylaq. Yaylaqdan qədim zamanlardan Sovet dövrünə kimi Cəbrayıl, Füzuli elləri mal-qara otarılması üçün istifadə edib.[1]
Gığı dərəsində Acıbac kəndindən yuxarıda Sarıdərə çayının başında yerləşən Harami yaylaqları qədim yaylaq yerlərindən biridir. Yaylaq ərazisində eyniadlı ərazicə iri Harami qəbiristanlığı da yerləşib ki, burada yaylaq vaxtı dünyadan köçənlər dəfn ediliblər.
Erməni qadağalarına baxmayaraq Azərbaycanlıların Qafan rayonu ərazisindən deportasiyasına kimi Cəbrayıl rayonunun Hovuslu, Horovlu (Horavlı), Şahvəlli (Şahvəlili), Qovşudlu (Qovşud), Mahmudlu, Çərəkən fermaları Harami yaylaqlarına gəliblər.[2][qeyd 1] Yaylaq yaxınlığındakı azərbaycanlı kəndləri ilə Cəbrayıl rayonunda yerləşən kəndlər arasında qohumluq münasibətləri bugünə kimi qalır.
Qeydlər
redaktəİstinadlar
redaktə- ↑ Səməd Qarayev. «Qazangöl həsrəti», Bakı, "Azərbaycan nəşriyyatı", 2002. səh. 17. (az.)
- ↑ Səməd Qarayev. «Qazangöl həsrəti», Bakı, "Azərbaycan nəşriyyatı", 2002. səh. 18. (az.)