Hacimemmedli Agdam - Wikipedia
Hacıməmmədli — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd,[1] düzənlik ərazidə yerləşir.
Hacıməmmədli | |
---|---|
40°01′03″ şm. e. 47°05′08″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan Azərbaycan |
Rayon | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0217 |
Toponomiyası
redaktəAğdam rayonunun Əfətli inzibati ərazi vahidində, “Yaşayış məntəqəsi kəbirli tayfasının ulubabalı qoluna mənsub hacıməmmədli tirəsinin Ağburun adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Tirənin tam adı hacıməhəmmədhüseynli olmuşdur ki, bu da “Hacı Məmməd Hüseynin nəslindən olanlar, hacıməmmədlilər” mənasındadır [2]
Oykonim
redaktəOykonim Hacı dini titul bildirən termindən, Məmməd şəxs adından və -li mənsubluq bildirən şəkilçidən yaranmışdır. Hacı dini anlamlı sözdür. Qədim dini mərkəz olan Məkkəni ziyarət edən adam Hacı adlanır[3]. Bu sözə “Kitabi-Dədə Qorqud” dastanında da rast gəlinir. Məsələn: “Ol Məkkəyə sağ varsa, əsən gəlsə, sidqi bütün Hacı görkli” [4]. Hacı sözü alınma söz olmasına baxmayaraq, Azərbaycan onomastik sistemində geniş yayılmışdır. Məsələn: Hacı, Hacıağa, Hacıbala, Hacıməmməd, Hacısəməd, Hacıhüseyn və s. şəxs adları; Hacılar (Bərdə r-nu), Hacıalılar (Gədəbəy r-nu), Hacıağalar (Quba r-nu), Hacıbəbir (Sabiradad r-nu), Hacıqədirli (Ağsu r-nu), Hacıələkbərli (Gədəbəy r-nu), Hacıqurbanoba (Xaçmaz r-nu), [5] Hacıağabəyli (Göyçay r-nu), Hacıqurbanoba (Xaçmaz r-nu) və s. toponimlər hacı sözünün iştirakı ilə yaranmışdır. Məmməd şəxs adı isə İslam dininin banisi Mühəmmədin ərəbcə adının qısaldılmış forması olub, “bəyənilən, xoşagələn” [6] mənasını verir. Cəlilabad rayonunda Hacıməmmədli, Xaçmaz rayonunda isə Hacıməmmədoba adlı kənd var.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Hacıməmmədli (Ağdam) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ "Ərəb və fars sözləri lüğəti.Bakı, 1967, s.712". (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ "Kitabi-Dədə Qorqud. Bakı, 1988, s.32". (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ ". Azərbaycan şəxs adları. Bakı, 1987, s.58". (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ [B.Abdullayev. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı, 1985, s.60 B.Abdullayev. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı, 1985, s.60] (#bad_url) (#bare_url_missing_title). İstifadə tarixi: 23 sentyabr 2021.
Ağdam rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |