Haci Sefi Mescidi - Wikipedia
Hacı Şəfi məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Üstüpü kəndində yerləşən məscid. Məscid kəndin mərkəzində, “Karvansara” məhəlləsində yerləşən meydanın şimal tərəfində, üzü qibləyə inşa olunmuşdur. Yerli əhalinin dediyinə görə məscid kəndin mötəbər şəxsiyyətlərindən olan Hacı Şəfi tərəfindən inşa etdirildiyi üçün “Hacı Şəfi məscidi” adlanır.
Hacı Şəfi məscidi | |
---|---|
Ölkə | Azərbaycan |
Status | Yerli əhəmiyyətli abidə |
Yerləşir | Üstüpü, Ordubad rayonu |
Tikilmə tarixi | 1524 |
Memarlıq quruluşu
redaktəMəscidin girişi cənub tərəfdəndir. Qadınlara və kişilərə aid olmaqla 2 qapısı vardır. Daxildən uzunu 17,4 metr, eni 10,7 metr (186 m²), hündürlüyü 4 metrdir. Binanın tavanı 4x2=8 dirəyin üstündə oturub. Şimal divarın qarşısında qadınlar üçün ikinci mərtəbə düzəldilib.
Kitabəsi
redaktəMəscid binasının bayır tərəfdən cənub divarının qərb tərəfində, təxminən 2 metr yüksəklikdə divara yaşıl rəngli başdaşı üzərində həkk edilmiş kitabə qoyulmuşdur. Kitabə güclü şəkildə aşındığı üçün mətnin tam oxunması mümkün olmamışdır. Kitabədən ancaq aşağıdakı sözlər oxunmuşdur: “Quran XVIII-88... oğlu, mərhum, günahları bağışlanmış Şeyxülislam Kərbəlayi Fəthullah... 930-cu il” (10.11.1523-28.10.1524-cü il).
Bu kitabənin tarixinə əsasən məscidin tarixini XVI əsrə aid etmək olar.
Mənbə
redaktə- Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.