Hesen Ibn Ziyad - Wikipedia
Əbu Əli əl-Həsən ibn Ziyad əl-Ənsari əl-Kufi (ərəb. ابو علي الحسن بن زياد) - Əbu Hənifənin ən məşhur tələbələrindən biri.[1][2] Müctəhid alim.
Həsən ibn Ziyad | |
---|---|
ərəb. ابو علي الحسن بن زياد | |
Doğum tarixi | hicri 116 |
Doğum yeri | Kufə, Abbasilər |
Vəfat tarixi | 819 və ya 824 |
Vəfat yeri | Bağdad, Abbasilər |
Fəaliyyəti | fəqih, qazi |
Həyatı
redaktəHicri 116-cı ildə, Kufədə anadan olmuşdur.[2] Daha sonra Bağdada köçmüşdür. Bir müddət Əbu Hənifənin dərslərində iştirak etmiş, onun vəfatından sonra Əbu Hənifənin oğlu Həmmaddan fiqh dərsləri alaraq Hənəfi məzhəbində ictihad səviyyəsinə çatmışdır. Hədis dinlədiyi müəllimlər arasında İbn Cüreyə, Malik ibn Miğvəl, Vəki ibn Cərrah, Eyyub ibn Uqbə, Həsən ibn Ümarə, İsa ibn Ömər əl-Həmədani[2] kimi alimlər vardır. İbn Cüreyədən fiqhi mövzulara dair 12.000 hədis yazmışdır.[1]
Həsən ibn Ziyad 810-cu ildə Hafs ibn Qiyasın vəfatından sonra qısa bir müddət Kufə qaziliyi vəzifəsini yerinə yetirmişdir, lakin fətva mövzusundakı həddindən artıq həssaslığı səbəbiylə bu vəzifədən azad olunmasını istəmişdir. 819-cu ildə vəfat edən Həsən ibn Ziyadın ölüm tarixi bəzi qaynaqlarda 824-cü il olaraq göstərilmişdir.[3]
Alimlərin fikirləri
redaktəDövrün böyük alimlərindən onu yaxından tanıyan Yəhya ibn Adəm, Həsən ibn Ziyadın Hafs ibn Qiyasdan sonra gördüyü ən fəqih şəxs olduğunu söyləməkdədir. Ayrıca tələbələri arasında dövrün muhəddislərindən İshaq ibn Bəhlul da var ki, bu alimin əlli minə yaxın hədis rəvayət etdiyi etibarlı qaynaqlarda bildirilməkdədir. Yenə həm hədis, həm fiqh alimi məşhur Məhəmməd ibn Şücanın da onun tələbələri arasında iştirak etməsi, Həsən ibn Ziyadın fiqhdə və hədisdə etibarlı bir imam olduğunu göstərməkdədir.[3]
Zahid Kövsəri, Həsən ibn Ziyadın elmi mərtəbəsi haqqındakı əsassız iddiaları cavablandırırkən Əbu Avanənin "əş-Şahihul-müsnəddə", Hakimin "əl-Müstədrək"də ondan hədis təxric etdiklərini və İbn Cərir ət-Təbərinin "İxtilafül-füqaha" adlı əsərində İmam Əhməd ibn Hənbəl başda olmaq üzrə bir çox müctəhid imamın fikirlərinə yer verməzkən Həsən ibn Ziyadın fikirlərinə yer verdiyini söyləyər.[3]
Tələbələri
redaktəYetişdirdiyi çox sayda tələbə arasında İshaq ibn Bəhlul ət-Tənuhi, Məhəmməd ibn Şüca əs-Səlci, İbn Səmaya, Şuayb ibn Eyyub, qardaşının oğulu Vəlid ibn Həmmad əl-Lulu, Əbu Hənifənin nəvəsi İsmayıl ibn Həmmad, Xələf ibn Eyyub əl-Bəlxi, İsmayıl əl-Fəzari, Məhəmməd ibn Muqatil ər-Razi, Hənəfi imamı Xəşşafın atası Amr (Ömər) ibn Müheyr kimi alimlər sayıla bilər.[1]
Əsərləri
redaktəHəsən ibn Ziyadın bir çox əsər yazdığı qaynaqlarda zikr edilməklə bərabər, bunların çoxu dövrümüzə qədər gəlməmişdir. Günümüzə qismən gəlib çatan əhəmiyyətli əsərləri vardır. Həsən b. Ziyadın qaynaqlarda adları keçən və müstəqil bir kitab ola biləcəkləri kimi, bir fiqh kitabının hissələri də ola biləcək digər əsərləri bunlardır:[3]
- Kitabül-Mücərrəd[2] - Həsən ibn Ziyadın Əbu Hanifədən eşitdiyi fiqhə dair məlumatları əhatə edən bu əsər Məhəmməd ibn Şüca tərəfindən rəvayət edilmişdir.
- Kitabul Ədəbil-Qazi,
- Kitabül-Hişal,
- Kitabü Məanil-Əyman,
- Kitabun-Nəfəqat,
- Kitabul-Xərac,
- Kitabül-Fəraiz,
- Kitabül-Vəsaya,
- Kitabül-Məqalat,
- Kitabüt-Töhmə,
- Kitabül-İcarə,
- Kitabüs-Sarf,
- əl-Əmali.
İstinadlar
redaktə- ↑ 1 2 3 Mikali, Rəfail. Dəlilləri ilə İslam fiqhi (az.). Bakı: Şərq-Qərb. 2014. 198. ISBN 978-9952-489-98-7.
- ↑ 1 2 3 4 Təcrümə və şərh edən: FİZULİ HÜSİYEV, Əbu Hənifə Numan ibn Sabit. əl-Fiqhul Əkbər (az.). Bakı: İpəkyolu Nəşriyyatı. 2014. 34. ISBN 978-9952-8221-7-5.
- ↑ 1 2 3 4 Mikail, Rəfail. Dəlilləri ilə İslam fiqhi (az.). Bakı: Şərq-Qərb. 2014. 199. ISBN 978-9952-489-98-7.