Huseyn Bin Abdulla - Wikipedia
Hüseyn bin Abdulla (ərəb. الحسين بن عبد الله الثاني; 28 iyun 1994) — İordaniya Haşimilər Krallığının vəliəhdi, taxt-tacın birinci varisi, kral II Abdulla və kraliça Rania əl-Abdullanın böyük oğlu. 2004-cü ildə ögey əmisi Həmzə bin Hüseyni varislik siyahısında əvəz etmiş və 2009-cu ildə vəliəhd titulu almışdır. Yetkinlik yaşına çatandan sonra bir neçə dəfə kral naibi kimi öz atasını əvəz etmişdir.
Hüseyn bin Abdulla | |
---|---|
ərəb. الحسين بن عبد الله الثاني | |
Vəzifədədir | |
2 iyul 2009-cu ildən | |
Monarx | II Abdullah |
Əvvəlki | Həmzə ibn Hüseyn |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 iyun 1994 (30 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | Vəliəhd |
Atası | II Abdullah |
Anası | Raniyə əl-Abdullah |
Həyat yoldaşı |
|
Ailəsi | Haşimilər |
Dini | sünni islam |
Hərbi xidmət | |
Qoşun növü | İordaniya Silahlı Qüvvələri[d][2] |
Rütbəsi | mayor |
|
|
alhussein.jo/en | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəHüseyn bin Abdulla 28 iyun 1994-cü ildə İordaniyanın paytaxtı Amman şəhərində doğulub. Məhəmməd peyğəmbərin nəslindən gələn 42-ci şəxsdir. 2 iyul 2009-cu ildə vəliəhd elan edilib. 2016-cı ildə Corctaun Universitetində beynəlxalq tarix və iqtisadiyyat fakültəsindən məzun olub. Hazırda Sandhörst Kral Hərbi Akademiyasında təhsil alır. Ərəb və ingilis dillərini mükəmməl, fransız dilini yaxşı dərəcədə bilir.
İordaniya ordusunda baş leytenant rütbəsindədir.