Gigi Deresi - Wikipedia
Gığı dərəsi (bəzən Qaravun dərəsi[1]; erm. Գեղվա ձորում Geğva dzorum) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin qərbində vaxtilə azərbaycanlıların kompakt məskunlaşdığı Qazangölçay boyunca uzanan vadi, dərə.[2]
Gığı dərəsi |
---|
1965-ci ildə Gığı dərəsində 840 təsərrüfat (ailə), 4884 nəfər əhali yaşayıb, 1988-ci ildə təsərrüfatların sayı 650-yə, əhalinin sayı isə 2657 nəfərə qədər enib.
Keçmiş Qafan rayonu ərazisində yerləşən dərəni Naxçıvan MR-ının Ordubad rayonundan Zəngəzur silsiləsi ayırır.[3]
Adı
redaktəDərə adını eyniadlı Gığı kəndindən alır. Toponim türk mənşəli kiği - kiğili etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Toponim erməni dilinə kalka edilərək Geği (erm. Գեղի) şəklində işlədilir.[4]
Zəngəzurun aran kəndlərindən Gığı dərəsinə yaylağa gələn azərbaycanlılar dərəni Qaravun dərə adlandırsalar da, Gığı dərəsinin yerli camaatı eyni adla Gərd kəndi yaxınlığındakı yaylaqları adlandırıblar.[1]
İnzibati vahid kimi
redaktəSSRİ yarananda milli məsələyə ciddi fikir verilmiş, qaçqınların əksəriyyəti öz yerlərinə qayıtmış və o vaxt Gığı dərəsinə Qafan rayonunun daxilində, "Gığı Nim rayonu" statusu verilmişdir. Gığı Nim rayonunun rəhbəri isə əslən naxçıvanlı olan, Qafanda mis mədənində fəhlə işləyən Abbas Həmidov olmuşdur. Sonralar bu inzibati struktur ləğv olunmuş, ancaq az-az hallarda Gığı Nim rayonu sözü işlədilmişdir.[5]
Kəndləri
redaktəGığı dərəsi kəndləri | |||||
---|---|---|---|---|---|
№ | azərbaycanca adı | ermənicə adı | qeyd | hal-hazırda yaşayış | |
1 | Acıbac | erm. Աջաբաջ Acabac |
var | ||
2 | Baharlı | — | 1983-cü ildə su anbarı tikintisi ilə əlaqədar əhalisi Zeyvə kəndinə köçürülərək ləğv edilib | yoxdur | |
3 | Çiriş | — | kənd əhalisi 1950-ci illərdə aqrar-iqtisadi səbəblərə görə qonşu Kurud və Kirs kəndlərinə köçərək orada məskunlaşıb[2] | yoxdur | |
4 | Daşbaşı | — | yoxdur | ||
5 | Dərməzür | — | yoxdur | ||
6 | Gərd | erm. Կարդ Kard |
yoxdur | ||
7 | Gığı | erm. Գեղի Geği |
var | ||
8 | Həçəti | erm. Ոչեթի Voçeti |
yoxdur | ||
9 | Hüçütü | — | yoxdur | ||
10 | Keypəşin | erm. կեֆաշեն Kefaşen erm. Աստղաբերդ Astğaberd[qeyd 1] |
yoxdur | ||
11 | Kurud | erm. Քարուտ Karut |
yoxdur | ||
12 | Kirs | erm. Կիցք Kitsk |
yoxdur | ||
13 | Qovşud | erm. Կավճուտ Kavçut |
var | ||
14 | Qarabaş | — | əhalisi 1939-cu ildə qonşu Baharlı kəndinə köçürülərək ləğv edilib[2][3] | yoxdur | |
15 | Mahmudlu | erm. Գետիշեն Getişen |
1949-cü ildə kəndin adı dəyişdirilərək Çaykənd edilib. | var | |
16 | Mollalı | — | yoxdur | ||
17 | Pəyhan | erm. Փայահան Payahan erm. Նոր Աստղաբերդ Nor Astğaberd |
var | ||
18 | Pürülü | erm. Վերին Գեղավանք Verin Geğavank |
yoxdur | ||
19 | Pışan[qeyd 2] | — | yoxdur | ||
20 | Səncərəli | — | yoxdur | ||
21 | Yuxarı Gərd | erm. Վերին Կարդ Verin Kard |
yoxdur | ||
22 | Zeyvə | erm. Դավիթ Բեկ Davıt Bek |
var |
- ↑ Keypəşin kəndi Ermənistan SSR və Ermənistan Respublikası dövründə "Kefaşen" şəklində adlansa da, hal-hazırda bəzi online xəritələrdə kənd ərazisi "Astğaberd" kimi göstərilir Arxivləşdirilib 2011-08-26 at the Wayback Machine. Qonşu, bitişik Pəyhan kəndi isə rəsmi şəkildə Nor Astğaberd (azərb. Yeni Astğaberd) adı ilə adlandırılır və özündə bir neçə kəndi birləşdirən kənd icmasıdır. Nor Astğaberd kənd icması özündə Acabac (erm.), Getişen (erm.), Nor Astğaberd (erm.), Voçeti (erm.) kəndlərini birləşdirsə də, icmanı təşkil edən kəndlər arasında ən yaxın kəndin Astğaberdin adı görsənmir. Görünür Keypəşin kəndi uzun müddətdir mövcud deyil.
- ↑ Pışan (Pşan) kəndi bəzən Fişən adlandırılıb.
Yaylaqları
redaktəDağlarında on min hektarlarla yaylaq olan Gığı dərəsi qədim vaxtlardan bəri otluluq və bol sululuğuna görə Zəngəzurun aran kəndlərinin əhalisini və Qarabağ ellərini özünə çəkib. Həmin yaylaqlarda bir çox elin, kəndin öz adına yaylağı olub, son vaxtlara kimi həmin adlarla adlandırılıb. Yaylaqların əksəriyyətində yaylaq vaxtı dünyadan köçənlərin dəfn edildiyi qəbiristanlıqlar da olub.[6]
Cəbrayıl, Füzuli elləri Acıbac kəndindən yuxarıda Sarıdərə çayının başında yerləşən Harami yaylaqlarına gələrdilər. Həmin ərazidə eyniadlı böyük Harami qəbiristanlığı da yerləşib. Azərbaycanlıların Qafan rayonu ərazisindən deportasiyasına kimi ermənilərin qadağalarına baxmayaraq Cəbrayıl rayonunun Hovuslu, Horovlu (Horavlı), Şahvəlli (Şahvəlili), Qovşud (Qovşudlu), Mahmudlu, Çərəkən fermaları Harami yaylaqlarına gəliblər.[6]
Dərədə Qubadlı rayonunun Xanlıq, Zilanlı, Mahrızlı (Marfuzlu), Xocahan, Məmər, Hal, Qazyan, Qarağac, Çərəli, Göyyal, Fərcan kəndlərinin, Zəngilan rayonunun Məmmədbəyli, Ağalı, Zərnəli, Alıbəyli, Hüseynbəyli[qeyd 1], Hacallı, Yeməzli, Ağbiz (Ağbis), Qaraqoyunlu, Seyidlər və başqa kəndlərinin adı ilə adlanan yaylaqlar da olub.[6][qeyd 2]
Gığı dərəsi yaylaqlarının adları:
|
|
|
|
Qeydlər
redaktəİstinadlar
redaktə
- ↑ 1 2 Səməd Qarayev. «Qazangöl həsrəti», Bakı, "Azərbaycan Nəşriyyatı", 2002. səh. 18.Orijinal mətn (az.)
Arandan gələn elatdan soruşduqda ki, hansı dağa gedirsiniz? Cavab verərdilər ki, - «Qaravun dərə»yə gedirik. Onlar Gığı dərəsindəki bütün yaylaqlara Qaravun dərə deyərdilər. Bizim öz yerlilərimiz isə ancaq Gərd kəndinin yaylaqlarına Qaravun dərə deyərdilər.
Səməd Qarayev - ↑ 1 2 3 Akif Muradverdiyev. «Zəngəzur. Tariximizin yaddaşı», Bakı, "Xəzər" nəşriyyatı, 2007.
- ↑ 1 2 Səməd Qarayev. «Qazangöl həsrəti», Bakı, "Azərbaycan Nəşriyyatı", 2002.
- ↑ İ. M. Bayramov. «Qərbi Azərbaycanın türk mənşəli toponimləri» Arxivləşdirilib 2018-09-20 at the Wayback Machine, Bakı, "Elm" nəşriyyatı, 2002. səh. 318. ISBN 5-8066-1452-2
- ↑ Səməd Qarayev. «Qazangöl həsrəti», Bakı, "Azərbaycan Nəşriyyatı", 2002. səh. 9. "Ön söz əvəzi" - Professor T.N.Quliyev
- ↑ 1 2 3 Səməd Qarayev. «Qazangöl həsrəti», Bakı, "Azərbaycan Nəşriyyatı", 2002. səh. 17-18.