Gulustan Melik Sarayi - Wikipedia
Gülüstan məlik sarayı — Ağdərə rayonunun Talış kəndində yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsi. Kompleks Gülüstan məliyi titulunu daşımış Məlik-Bəyləryanlar sülaləsi tərəfindən inşa etdirilmişdir. Qəsr-saray həm də müdafiə xarakteri daşıyırdı. Qəsrin qarnizonu ondan bir qədər şimalda inşa edilmiş kiçik qalada yerləşirdi.
Gülüstan məlik sarayı | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Ağdərə rayonu |
Yerləşir | Talış kəndi yaxınlığında |
Aidiyyatı | Gülüstan məlikliyi |
Vəziyyəti | xarabalıqları qalıb |
|
|
Kompleks qülləli qala divarları ilə əhatə olunmuş çoxsaylı tikililərdən ibarətdir. Qəsr, landa düzbucaqlı formasına malikdir. Qəsr ərazisindəki bütün tikililər şərq-qərb oxu üzərində iki sırada düzülmüşdür.
Tarixi
redaktəSarayın xarabalıqları Ürəkvəng monastırından 100-150 metr aralıda yerləşir. Kompleks Gülüstan məliyi titulunu daşımış Məlik-Bəyləryanlar sülaləsi tərəfindən inşa etdirilmişdir.[1] Tikilinin inşaat kitabəsində onun inşasına XVIII əsrin əvvəlində başlanıldığı qeyd edilir.[1][2]
Memarlıq xüsusiyyətləri
redaktəKompleks qülləli qala divarları ilə əhatə olunmuş çoxsaylı tikililərdən ibarətdir. Planda düzbucaqlı formasına malik qəsr binası, 42 metr uzunluğa və 36.5 metr enə malikdir. Qəsr ərazisindəki bütün tikililər şərq-qərb oxu üzərində iki sırada düzülmüşdür.[3]
Cənubdakı sırada səkkiz zal vardır ki, onlardan da dördü bir ümumi qalereyaya malikdir. Uzun kolonnadaya malik iki orta zal funksional xüsusiyyəti ilə yanaşı həm də, saray-qalanın təşkilat sistemində əlaqələndirici funksiyasını yerinə yetirir.[4]
Qalereyanın sağ və sol tərəflərində yerləşdirilmiş otaqlar hər biri pəncərə yerləri və buxarılara malikdir.[1] Qalereya ilkin quruluşuna görə kvadrat formalı yeddi pilona dayanan silindrik qübbəyə malik idi. Qərb qanadının otaqları tağtavanlı tavana malik zal vasitəsiylə kollonadalı zalla əlaqələndirilir.[3]
Qərb qanadında yerləşən dörd otağın hər biri gizli qapı və buxarıya malikdir.[3] Qəsrin daxili həyəti şimal və cənub zallarını əlaqələndirən element kimi istifadə olunub. Xarici dünya ilə əlaqə də həyət vasitəsiylə həyata keçirilirdi. Qəsrin əsas girişi həyətin qərb tərəfindədir.[3]
Qəsr-saray həm də müdafiə xarakteri daşıyırdı. Qəsrin qarnizonu ondan bir qədər şimalda inşa edilmiş kiçik qalada yerləşirdi. Hazırda həmin qalanın dörd qülləsi və qüllələri birləşdirən divarlar görünməkdədir.[3] Gülüstan məlikliyinin əsas qalası isə Gülüstan kəndində yerləşən Gülüstan qalası olmuşdur.[3]
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989