Goyemli - Wikipedia
Göyəmli - Haqqında Məlumat
Göyəmli — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Düz Rəsullu kənd inzibati ərazi dairəsində kənd.[1]
Göyəmli | |
---|---|
40°40′00″ şm. e. 45°25′00″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəToponimikası
redaktəİstidərə adlanan ərazidə, Köçdərə çayının (Axınca çayının qolu) sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XIX əsrdə Düz Rəsullu kəndindən ayrılmış ailələr Göyəmli adlanan yerdə saldığı üçün belə adlanmışdır. Ərazidə çoxlu göyəm kolları var.[2]
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 122 nəfər yaşayır.[3]
Tanınmış şəxsləri
redaktə- Qara Məşədiyev — Dilçi alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Onomastika şöbəsinin müdiri.
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. AMEA Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı: 2007, səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı: 2010, səh.629