Qara Mesediyev - Wikipedia
Qara Məşədiyev (15 may 1939, Gədəbəy rayonu – 7 dekabr 2021, Bakı) — tanınmış dilçi alim, filologiya elmləri doktoru, professor.
Qara Məşədiyev | |
---|---|
Qara İbrahim oğlu Məşədiyev | |
Doğum tarixi | |
Doğum yeri | Göyəmli, Gədəbəy rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı,Azərbaycan |
Vəfat səbəbi | beyindaxili qansızma |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | dilçilik |
Elmi dərəcələri | filologiya elmləri doktoru, professor |
Həyatı
redaktəMəşədiyev Qara İbrahim oğlu 1939-cu il may ayının 15-də Azərbaycan Respublikasının Gədəbəy rayonunun Göyəmli kəndində anadan olmuşdur.
1946-cı ildə Zamanlı kənd 7 illik məktəbinin 1-ci sinfinə daxil olub, 1956-cı ildə Çayrəsullu kənd orta məktəbini bitirib, 1958–1959-cu illərdə hərbi xidmətdə olub. 1959–1961-ci illərdə Bakı şəhərində 40 №-li evlər idarəsində işləyib. 1961–1966-cı illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsil alıb. Təyinatla üç il 1966–1968-ci illərdə Gədəbəy rayonunun Maarif kənd səkkizillik məktəbində müəllim işləyib.
Qara Məşədiyev 1968-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda çalışır. 1968-ci ildən 1989-cu ilədək Müasir Azərbaycan dili şöbəsində işləyib. 1968–1974-cü illərdə kiçik elmi işçi, 1974–1979-cu illərdə elmi işçi, 1979–1989-cu illərdə isə böyük elmi işçi vəzifəsində çalışıb.
1989–1992-ci illərdə Onomastika şöbəsinin, 1992–1998-ci illərdə Tətbiqi Dilçilik və Onomastika şöbəsinin müdiri işləyib. 1998-ci ildən yenidən Onomastika şöbəsinə rəhbərlik edirdi.
1974-cü ildə "Müasir Azərbaycan ədəbi dilində adlıq cümlə" mövzusunda namizədlik dissertasiyası, 1991-ci ildə "Qafqazın ərazi və tayfalarının təsviri materialları məcmuəsində (SMOMRK) qeydə alınmış onomastik vahidlərin tarixi-etimoloji təhlili" adlı doktorluq dissertasiyası müdafiə edib, 1998-ci ildə professor elmi dərəcəsi alıb.
Bu illər ərzində onun bir çox (12) monoqrafiyası və 120-dən çox elmi əsəri çap olunmuşdur.
7 dekabr 2021 ildə koronavirusdan vəfat edib.[1]
Elmi fəaliyyəti
redaktəQara Məşədiyev Respublikamızda elmi konfranslarda, eləcə də, Türkiyə (Elazik); Özbəkistan (Karçi); (Mahaçkala) Rusiyada keçirilmiş konfrans və simpoziumlarda maraqlı məruzələrlə çıxış etmişdir. 2007-ci ildə Azərbaycanda keçirilən Türkdilli ölkələrin dil qurultayında nümayəndə kimi gözəl məruzə etmişdir. Məruzə hərarətlə qarşılanmışdır.
Q. İ. Məşədiyev İnstitutun ictimai həyatında da iştirak etmişdir o, uzun müddət İnstitutun ilk partiya təşkilat katibi, həmkarlar təşkilatının sədr vəzifəsində çalışmış, kollektivin hörmətini qazanmışdır. Q. Məşədiyev İnstitutumuzda fəaliyyət göstərən Dissertasiya Şurasının (1992-ci ildən indiyə kimi) elmi katibi olmuşdur. 31 nəfərə aspirant və dissertanta rəhbərlik etmişdir: 25 namizədlik, 6 nəfər doktorluq.
1. Dəfələrlə Rəyasət Heyəti tərəfindən təşəkkürlər almış. 2. Əmək veteranı medalı ilə təltif olunmuş. 3. Центральный комитет КПСС Совет Министров СССР ВЦСПС и ЦК Влксм Почетная грамота за достижение наивысших результатов во всесоюзном сосиалистическом соревновании в честь 70-летия Великой Октябрской социалистической революции награждается Мешадиев Кара Ибрагим оглы. 4. Milli Məclisin toponimika Komissiyasının daimi üzvüdür. 5. İnstitutda keçirilən elmi konfransın təşkili və keçirilməsində fəal iştirakına "Onomastika məsələləri" bölməsinə rəhbərliyinə görə Onomastika şöbəsinin müdiri filologiya elmlər doktoru, professor Qara. İbrahim oğlu Məşədiyevə Fəxri fərman təqdim edilmişdir.
Rəhbərlik etdiyi elmi kadrlardan 20 nəfər namizədlik diplomu, 4 nəfər doktorluq diplomu almışlar. Hal-hazırda 5 elmlər doktoru iddiaçılarına və 3 nəfər, filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün onların dissertasiya işlərinə elmi rəhbərlik edir. İndiyə kimi 20 nəfərin opponenti olmuşdur. 50 nəfərdən çox iddiaçıların, başqa yazarların elmi, publisist əsərlərinin rəyçisi olmuşdur. O daimi elmi axtarışdadır. Elmin müxtəlif sahələrinə aid tədqiqat aparan, yorulmaq bilməyən, zəhmətkeş bir alimdir.
Əsərləri
redaktə- 1. Müasir Azərbaycan dili (həmmüəllif). Bakı, Elm, 1981
- 2. Azərbaycan dilinin semasiologiyası(həmmüəllif). Bakı, Elm, 1985
- 3. Azərbaycan dilinin onomastikası (həmmüəllif). Bakı, Elm, 1987.
- 4. Zaqafqaziyanın Azərbaycan toponimləri, Bakı, Elm, 1990.
- 5. Nitq hissələrinin semantikası (oçerklər), Bakı, Elm, 1998.
- 6. İzahlı Onomastik terminlər lügəti. Bakı, "Nurlan", 2005.
- 7. Azərbaycan toponimlərinin tarixi-linqvistik təhlili. Bakı, "Nurlan", 2007.
- 8. Azərbaycan toponimlər-Ensiklopedik lüğət, (əsas müəlliflərindən biri). I cild, Bakı, 2007.
- 9. Azərbaycan toponimləri Ensiklopedik lüğət. II cild, Bakı, (kollektiv), 2010.
- 10. Bakı küçələri: adlar və talelər. Bakı, "Elm və təhsil", 2013.
Ədəbiyyat
redaktə- Qara Məşədiyev, "Bakı küçələri: adlar və talelər", Bakı: "Elm və təhsil", 2013.
İstinadlar
redaktə- ↑ "Tanınmış dilçi alim koronavirusdan vəfat etdi". 2021-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-12.