Fudeyl Ibn Iyad - Wikipedia
Fudeyl ibn İyad ibn Məsud (ərəb. الفضيل بن عياض; 726, Səmərqənd – 28 fevral 803, Məkkə) — Əbu Hənifənin tələbələrindən biri.[1] Sufi.[2]
Fudeyl ibn İyad | |
---|---|
ərəb. الفضيل بن عياض | |
Doğum tarixi | 726 |
Doğum yeri | Səmərqənd, Abbasilər |
Vəfat tarixi | 28 fevral 803 |
Vəfat yeri | Məkkə, Abbasilər |
Dəfn yeri |
|
Fəaliyyəti | sufi |
Həyatı
redaktəFudayl ibn İyad 726-cı ildə Səmərqənddə anadan olmuşdur.[1] O, bir müddət yolkəsənliklə məşğul olmuşdur. Sonra qulağına gələn bir Quran ayəsinin (əl-Hədid surəsi, 16-cı ayə) təsiri ilə tövbə edərək özünü zühd və təqvaya həsr etmişdir. Dövrünün böyük ariflərindən və hikmətli sözləri ilə məşhurlaşan şəxsiyyətlərindəndir. Fiqhi Əbu Hənifədən öyrənmişdir.[1]
Fikirləri
redaktəFudeyl ibn İyada görə dövlət adamları ilə əlaqəsi olmayan şəxs, onlarla əlaqəsi olub, gecələri namaz qılan, gündüzləri oruc tutan, cihad edən, ümrə və həcc ziyarətləri edən şəxsdən daha üstündür.[3] Elə buna görədir ki, dövrünün xəlifəsi Harun ər-Rəşid ilə görüşmək istəməmiş, lakin israr üzərinə xəlifə ilə görüşdə onu sərt tənqid etmiş və xəlifənin hədiyyələrini də rədd etmişdir.[4]
Tələbələri
redaktəFudeyl ibn İyadın tələbələri arasında aşağıdakı şəxslərin adı çəkilir:
- Əli əz-Zöhdi (oğlu),[5]
- İbrahim ibn Əşas,
- İbrahim ibn Şəmmas əs-Səmərqəndi,
- Qədim əd-Deyləmi.
Vəfatı
redaktəEtibarlı hədis ravilərindən olan Fudeyl ibn İyad,[6] 803-cü ildə Məkkədə vəfat etmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 3 Tərcümə və şərh edən: FİZULİ HÜSİYEV, Əbu Hənifə Sabit ibn Numan. əl-Fiqhul Əkbər (az.). Bakı: İpəkyolu Nəşriyyatı. 2014. 35. ISBN 978-9952-8221-7-5.
- ↑ Əbu Nueym. Hilyə, cild VIII (ər). 93, 99.
- ↑ Əbu Nueym. Hilyə, cild VIII (ər). 98.
- ↑ Tərcümə edən: Süleyman Uludağ, Əttar. Təzkiratul-əvliya (tür). İstanbul. 1991. 132.
- ↑ Cami. Nəfəhat. 92.
- ↑ Zəhəbi. Siyəri aləmun-nubəla, cild VIII (ər). 42.