Franko Zeffirelli - Wikipedia
Franko Zeffirelli (it. Franco Zeffirelli, əsl adı Canfranko Korsi, it. Gianfranco Corsi; 12 fevral 1923, Florensiya)[9] — İtaliya rəssamı, rejissor, prodüser, ssenarist. İki dəfə "Oskar" mükafatına namizəd olub, BAFTA mükafatına layiq görülüb, beş dəfə David di Donatello, iki dəfə Emmi mükafatlarını alıb.
Franko Zeffirelli | |
---|---|
it. Franco Zeffirelli | |
Doğum adı | Canfranko Korsi |
Doğum tarixi | 12 fevral 1923[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 15 iyun 2019[3][4][…] (96 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xəstəlik |
Milliyyəti | italyan |
Vətəndaşlığı | İtaliya |
Uşağı | 2 |
Fəaliyyəti | Rejissor, ssenarist, prodüser, aktyor |
Fəaliyyət illəri | 1950–1999 |
Təhsili | |
Mükafatları | |
IMDb | ID0001874 |
francozeffirelli.it | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəCanfranko Korsi Zeffirelli 1923-cü ildə Florensiyada anadan olmuşdur. 6 yaşı olarkən, onun anası vəfat edir və Franko Britaniya diasporunun hamiliyi ilə böyüyür. Məhz orada o, Skorpioni ilə tanış olur və bu, illər sonra – 1999-cu ildə onu "Mussolini ilə çay" filmini çəkməyə sövq edir.
İkinci dünya müharibəsi zamanı o, partizan olmuşdur. Müharibədən sonrakı illərdə Florensiya Universitetində incəsənət və memarlıq kimi sahələri öyrənir. 1945-ci ildə daha çox teatra diqqət ayırmağa başlayır. Beləcə o, Florensiya teatrlarının birində səhnə tərtibatçısı kimi çalışmağa başlayır. Orada rejissor Lukino Viskonti ilə tanış olur və 1948-ci ildə onun çəkdiyi "Yer titrəyir" (La Terra trema) filmində rejissor köməkçisi kimi çalışır[10].
Lukino Viskonti ilə işləmək Zeffirellinin kinoya həvəsini daha da artırır. O, eləcə də Vittorio de Sika və Roberto Rossellini kimi nüfuzlu rejissorlarla da çalışmağa müvəffəq olur. 1960-cı illərdə London və Nyu-York kimi böyük şəhərlərdə bir neçə xüsusi pyesə quruluş verən Zeffirelli tezliklə öz yolunu bütünlüklə kinematoqrafiyaya yönəldir.
Rejissorun kino sahəsində debütü 1967-ci ildə çəkdiyi "Tərsin yola gətirilməsi" filmi olur. O, bu filmin baş rollarına Elizabet Teylor və Riçard Barton kimi aktyorları çəkir. Amma əsl müvəffəqiyyəti bir il sonra – 1968-ci ildə "Romeo və Cülyetta" filmi ilə qazanır. Bu film çəkildiyi gündən dünyada böyük maraqla qarşılanır. Zeffirelli bu filmdən sonra 12 gözəl ekran nümunəsi ərsəyə gətirsə də, onların heç biri "Romeo və Cülyetta"nın uğurunu təkrar edə bilmir.
Filmoqrafiya
redaktəRejissor fəaliyyəti
redaktə- İnadkarın ram edilməsi (film, 1967) / The Taming Of The Shrew
- Romeo və Cülyetta (film, 1968) / Romeo and Juliet
- Qardaşı Günəş, bacısı Ay (film, 1972) / Brother Sun, Sister Moon
- Nazaretli İsa (film, 1977) / Jesus of Nazareth
- Çempion (film, 1979) / The Champ
- Sonsuz məhəbbət (film, 1981) / Endless Love
- Klounlar (film, 1982) / Pagliacci
- Traviata (film, 1983) / La Traviata
- Otello (film, 1986) / Otello
- Hamlet (film, 1990) / Hamlet
- Sərçə (film, 1993) / Sparrow
- Ceyn Eyr (film, 1996) / Jane Eyre
- Mussolini ilə çay (film, 1999) / Tea With Mussolini
- Əbədi Kallas (film, 2002) / Callas Forever
Ssenarist fəaliyyəti
redaktə- İnadkarın ram edilməsi (film, 1967) / The Taming Of The Shrew
- Traviata (film, 1983) / La Traviata
- Hamlet (film, 1990) / Hamlet
- Sərçə (film, 1993) / Sparrow
- Ceyn Eyr (film, 1996) / Jane Eyre
- Mussolini ilə çay (film, 1999) / Tea With Mussolini
İstinadlar
redaktə- ↑ Franco Zeffirelli // Encyclopædia Britannica (ing.).
- ↑ Franco Zeffirelli // filmportal.de. 2005.
- ↑ E' morto Franco Zeffirelli, addio al Maestro. Firenze dichiara il lutto cittadino. 2019.
- ↑ Franco Zeffirelli // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ RKDartists (nid.).
- ↑ Garrett C. H. Grove Dictionary of American Music (ing.). 2 OUP, 2013. ISBN 978-0-19-531428-1
- ↑ 1 2 Zeffirelli, Franco // OPAC SBN (it.).
- ↑ https://www.lanazione.it/firenze/cronaca/morto-franco-zeffirelli-1.4647533.
- ↑ Ləqəbini çox vaxt yanlış olaraq Zefirelli kimi yazırlar.
- ↑ "About Franco Zeffirelli". 2013-06-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-11.