Faiq Quliyev Dovlet Xadimi - Wikipedia
Faiq Maqbet oğlu Quliyev (7 yanvar 1977, Bakı) — Azərbaycan Respublikasının dövlət xadimi və diplomatı. Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri. 2018–2020-ci illərdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövət Komitəsinin Sədr müavini.
Faiq Quliyev | |
---|---|
Vəzifədədir | |
17 avqust 2020-ci ildən | |
Əvvəlki | Dursun Həsənov |
9 fevral 2018 – 17 avqust 2020 | |
Əvvəlki | vəzifə təsis edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 yanvar 1977 (47 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəFaiq Maqbet oğlu Quliyev 7 yanvar 1977-ci ildə Azərbaycan SSR-in Bakı şəhərində doğulmuşdur. 1993-cü ildə Bakı Dövlət Universitetinə daxil olmiş və 1997-ci Beynəlxalq hüquq fakültəsini bitirmişdir. 2001-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin Magistraturasını Beynəlxalq hüquq Magistri dərcəsi üzrə başa vurmuşdur.
Faiq Quliyev əmək fəaliyyətinə Bakıda, hüquqünas kimi 2001-ci ildə "Fərid MMC" şirkətində başlamışdır.
2007-ci ildə Tbilisidə fəaliyyət göstərən, Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti olan "SOCAR Energy Georgia" MMC-də Marketinq və Beynəlxalq əlaqələr Departamentinin rəhbəri təyin edilmiş və 2017-ci ilə kimi bu vəzifəni icra etmişdir.
2012–2017-ci illərdə "SOCAR Energy Georgia" MMC-nin Sosial məsələləri üzrə meneceri vəzifəsində çalışmışdır.
Ailəlidir. 3 övladı var.
Diplomatik fəaliyyəti
redaktəFaiq Quliyev 15 mart 2018-ci ildə Azərbaycan Respublikasın Prezidentinin fərmanı ilə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Sədr müavini təyin edilmişdir.
17 avqust 2020-ci ildə Faiq Quliyev Azərbaycan Respublikasın Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Gürcüstandakı Fövqaladə və Səlahiyyətli Səfiri vəzifəni təyin edilmişdir. Azərbaycan Respublikasının Fövqaladə və Səlahiyyətli Səfiri rütbəsi verilmişdir.
İstinadlar
redaktəXarici keçidlər
redaktəArxivləşdirilib 2020-09-26 at the Wayback Machine