Eva Kaili - Wikipedia
Eva Kaili (26 oktyabr 1978, Saloniki) — 2014-cü ildən Avropa Parlamentinin (AP) üzvü olan yunan siyasətçisi. O Avropa Parlamentində Qətər korrupsiya qalmaqalının bir hissəsi kimi korrupsiyada ittiham olunub və 2022-ci ilin yanvarından 2022-ci ilin dekabrında həbs olunana qədər Avropa Parlamentinin on dörd vitse-prezidentindən biri vəzifəsində çalışıb. 2007–2012-ci illərdə Yunanıstan Parlamentinin üzvü olub və siyasi karyerasından əvvəl 2004–2007-ci illərdə Yunanıstanın televiziya kanalı MEGA Channel-da xəbər aparıcısı olub. Kaili 9 dekabr 2022-ci ildə həbs edildikdən sonra Brüsseldə istintaq təcridxanasında saxlanılır və vəkilləri vasitəsilə ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.
Eva Kaili | |
---|---|
yun. Εύα Καϊλή | |
Avropa Parlamentinin deputatı[d] | |
1 iyul 2014 – 1 iyul 2019 | |
Avropa Parlamentinin deputatı[d] | |
2 iyul 2019 – 15 iyul 2024 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 oktyabr 1978 (46 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | jurnalist, siyasətçi, memar, televiziya aparıcısı |
evakaili.gr | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəKaili 1978-ci ilin oktyabrında Salonikidə Mariya İqnatiadou və Aleksandros Kailis ailəsində anadan olub.[2]
O Saloniki Aristotel Universitetində memarlıq və inşaat mühəndisliyi üzrə təhsil alıb, daha sonra təhsilini Pirey Universitetində davam etdirib, 2008-ci ildə beynəlxalq və Avropa münasibətləri üzrə magistr dərəcəsi alıb.[3]
Kailinin həyat yoldaşı 35 yaşlı deputat köməkçisi Françesko Giorgidən 2021-ci il təvəllüdlü bir qızı var.[3]
Karyerası
redaktəSiyasi karyerasından əvvəl Kaili 2004–2007-ci illərdə Mega Channel-da xəbər aparıcısı olub.[4]
Kaili 1992-ci ildə PASOK Gənclərinə qoşulub. 2001-ci ildə Memarlıq Məktəbi Tələbələr Birliyinin prezidenti, 2002-ci ildə isə Saloniki Şəhər Şurasına seçilən ən gənc üzv oldu.[3]
Yunanıstan parlamentinin üzvü
redaktəKaili 2004-cü il ümummilli seçkilərində ən gənc namizəd kimi iştirak edib.[3] O, 2007-ci ildə keçirilən ümummilli seçkilərdə Saloniki birinci bölgəsi üzrə Yunanıstan parlamentinin üzvü seçilib. O, həmin dövrdə PASOK partiyasının ən gənc deputatı idi.[5] 2009-cu il ümummilli seçkilərində yerini 2012-ci ilə qədər qorudu.
Parlamentdə işlədiyi müddətdə Kaili Mədəniyyət və Təhsil Məsələləri üzrə Daimi Komitə, Milli Müdafiə və Xarici Əlaqələr üzrə Daimi Komitə və Xaricdəki Yunanlar üzrə Xüsusi Daimi Komitə Parlament Komitələrinin üzvü kimi fəaliyyət göstərmişdir. O, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasında, NATO Parlament Assambleyasında və Aralıq Dənizi İttifaqının Parlament Assambleyasında Yunanıstan nümayəndə heyətinin üzvü olub.[4]
İstinadlar
redaktə- ↑ 1 2 Vilaweb (kat.). 1995.
- ↑ "Εύα Καϊλή (Eva Kaili)". HuffPost (yunan). 1 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2023.
- ↑ 1 2 3 4 Stamouli, Nektaria. "The long rise and abrupt fall of Greek MEP Eva Kaili". Politico Europe (ingilis). 13 Dec 2022. 15 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2023.
- ↑ 1 2 "Curriculum vitae | Eva KAILI | MEPs | European Parliament". www.europarl.europa.eu (ingilis). 2022-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-23.
- ↑ Weisenthal, Joe. "One-On-One With Eva Kaili, The Most Popular Greek Politician In The World". Business Insider (ingilis). 9 November 2011. 21 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 December 2022.